§ 6. Doğuşun biomexanizmi Qovulma dövründə döl doğum yollarında hərəkət edir. Bu hərəkət çanağın ötürücü xətti boyu olur. Çanağın divarları hamar deyil. Oma
simfizdən böyükdür, kiçik çanaq müstəviləri müxtəlif for-madadır: giriş-böyrəyəbənzər (köndələn dartılmış); boşluq-girdə; çıxış-ön və
arxa ölçüdə dartılmış oval formadadır. Döl başı bu müstəvilərdən müxtəlif ölçü ilə keçir.
Çanağın və başın formasından asılı olaraq, baş doğum yollarından düz ölçü ilə xaric ola bil-mir. Ona görə çanaq oxu boyu irəliləyən döl
başı bir sıra hərəkətlər: boylama oxu ətrafında dönmə, köndələn oxu ətrafında fırlanma (bükülmə-açılma) hərəkətləri edir. Dölün doğum
yollarından (kiçik çanaq və yumşaq toxumalar) keçərkən etdiyi hərəkətlər kompleksi
doğum mexanizmi adlanır. Döl doğum yollarından
elə qovulur ki, onun başı ən kiçik ölçüsü ilə çanağın ən böyük ölçüsündən keçir. Doğuşun biomexanizmində başın hərəkətləri gövdənin
müəyyən hərəkətləri ilə müşayət olunur. Döl başının hərəkəti (irəliləmə, dönmə, bükülmə-açılma), başın oxabənzər tikişinin çanağın bir
ölçüsün-
dən digər ölçüsünə keçməsi, böyük və kiçik əmgəklərin yerdəyişməsi ilə qiymətləndirilir.
Normal doğuşlarda başın sinklitik və ya cüzi ön asinklitik duruşu olur. Fizioloji doğuşlarda bu asinklitizm aradan qalxır (oxabənzər tikiş
oma burnu ilə simfizdən eyni məsafədə olur – sinklitik duruş).
Ön ənsə gəlişində doğuşun biomexanizmi. Doğuş, 95-96% hallarda ənsə gəlişi, ön görkəm-də baş verir. Ənsə gəlişi zamanı,
bükülmüş döl başı doğuş yollarından keçərkən, onun ən aşağı his-səsi (öndə gələn hissəsi) ənsə nahiyyəsi olur. Dölün arxası qarının ön
divarına meyilli olur. Ön gör-kəm ənsə gəlişində 4 mərhələ ayırd edilr.
I mərhələ (şəkil:5-12)
başın bükülməsi (flexio capitis)
– baş öz köndələn oxu ətrafında dö-nür. Açılma dövründə baş öz oxabənzər tikişi
ilə çanaq girəcəyinin köndələn, qismən çəp ölçüsündə yerləşir və ya ona dirənir. Uşaqlığın və qarın pressinin yuxarıdan təzyiqi dölün
onurğasına oradan da başa ötürülür. Onurğa başa mərkəzdən deyil, ənsəyə yaxın yerdən birləşdiyi üçün təzyiq bir başa ənsəyə ötürülür.
Bu mancalağı xatırladır. Mancalağın uzun qolunda alın, qısa qolunda ənsə yerləşir. Ənsə enir, çənə döş qəfəsinə yaxınlaşır. Kiçik
əmgək böyük əmgəkdən aşağıda yerləşir. Sonradan kiçik əmgək nahiyyəsi çanaq oxu boyu irəliləyir və cinsiyyət yarığından görünür. Ön
ənsə gəlişində kiçik əmgək ötürücü nöqtədir. Gəliş hissədə yerləşən, çanaq girəcəyinə ilk enən, daxili dönüşdə ön-də gələn və cinsiyyət
yarığından ilk görünən hissə