İynərefleksoterapiya (akupunktura-
AP və akupressura). Bu metodda təsir nöqtələri seçərkən klassik Çin akupunkturasının tövsiyyələri
və orqanların seqmentar innervasiya prinsipi nəzərə alı-nır. Akupressura ağrısızlaşdırma effektinə nail olan “iynəsız akupunktura”dır.
Akupunktura və aku-pressura sancılar zamanı ağrıların aradan götürülməsınə yardım edir, doğuş fəaliyyətini normallaş-dırır, dölə mənfi
təsir göstərmir. Bu metod doğanın hərəki aktivliyini məhdudlaşdırır və diqqətli nə-zarət tələb edir. İynərefleksoterapiya az sayda (2-3
iynə) mikroiynələrin uzun müddətə (30 dəqiqə-dən 12-18 saatadək) yeridilməsini nəzərdə tutur.
Hazırda elektroakupunkturaya (EAP) üstünlük verilir. Bu zaman impuls generatorlarının kö-məyi ilə iynələrə elektrik təsiri verilir. EAP
akupunkturanın təkmilləşmiş formasıdır, daha sabitdir. Belə ki, EAP ilə qadına əlavə təsir göstərilmir.
Ağrısızlaşdırma mədsədi ilə elektroanalgeziyadan istifadə edilir. 130 hers və yuxarı tezliklə 1 mA gücündə dəyişən cərəyan verən
elektrodlar alına və boyunun arxasına qoyulur. Seansın müd-dəti 1-2,5 saatdır. 40-60 dəqiqədən sonra sancılar arası mürgüləmə halı,
doğuş zamanı isə ağrı reak-siyasının azalması baş verir. Bir çox ölkələrdə massajdan istifadə olunur. Bu zaman müxtəlif massaj növləri
dəri reseptorlarını stimullaşdırır, çox saylı mielin liflərinin nevral aktivliyini artırır. Bu sti-mullar ağrılardan daha tez ötürülür. MSS-nin
“bombardman edilmə”si ağrıları azaldır.
Hidroterapiya metodunun da
əhəmiyyəti vardır. İlıq vannaların təsiri altında dərinin tempera-tur və taktil reseptorları fəallaşır, bu da ağri
impulslarının beyin qabığına ötürülməsini ləngidir. Hid-roterapiya ağrıları azaldır, relaksiyanı təmin edir, fizioloji gərginliyi və abdominal
əzələlərə təzyiqi azaldır, uşaqlığa daha effektiv yığılma imkanı verir, oksigenləşməni yaxşılaşdırır. Aseptika təminatının çətinliyi,
uşaqlığın yığılma fəaliyyətinin xarakterinin, dölün və dölyanı suların açılma vaxtının izlənilməsi və s. bu metodun çatışmazlığıdır.
Bəzi ölkələrdə audioanalgeziyadan istifadə olunur. Doğuşun ağrısızlaşdırılması üçün şəlalə, dəniz və s. səslərdən istifadə edilir. Sancılar
zamanı səs gücləndirilir bu da diqqəti yayındırır. Diq-qəti yayındırmaq və fokuslaşdırmaq məqsədi ilə musiqi, televiziya və digər
vasitələrdən istifadə edilir. Doğuş zamanı musiqini ilk dəfə Goldştein (1980) istifadə etmişdir. Onun fikrincə musiqi diq-qətin
yayınmasına, relaksiyaya, tənəffüsün ritmikliyinə kömək etməklə, endorfinin ifrazını təmin edir, ağrının azalmasına səbəb olur.