Qeyri- medikamentoz ağrısızlaşdırma metodları. Qeyri-medikamentoz metodlara psixo-
profilaktik hazırlıq, autogen və heterogen
məşqlər, hipnoterapiya, akkupunktura və akupressura, elektroanalgeziya, doğuş zamanı massaj, hidroterapiya, audioanalgeziya və s.
aiddir.
Psixoprofilaktika. Doğuşa psixoprofilaktik hazırlıq metodu 1940–ci ildə İ.Z.Velkovski və K.İ.Platonov tərəfindən hazırlanmışdır
. Doğuş ağrisi -
uşaqlıq boynunun açılması, uşaqlığın yığılması zamanı xüsusi sinir reseptoları-na malik olan damarların sıxılması və
dartılması, uşaqlıq toxumalarının işemiyası, dölün gəliş hissə-sinin sinir ucları ilə zəngin olan aşağı seqmentə təzyiqi, uşaqlığın yığılması
zamanı əzələ qatlarının sıxılması və yerdəyişməsi nəticəsində yaranır. Ağrını yaradan bu səbəbləri aradan qaldırmaq müm-kün deyil,
lakin ağrını dəfələrlə artıran amilləri (qorxu, mənfi emosiyalar, baş beyin qabığının tor-mozlanması) aradan qaldırmaq olar. Ona görə də
qadını doğuşa psixoprofilaktik hazırlamaq lazım-dır: qadında hamiləliyə şuurlu münasibətin formalaşması, doğuşun fizioloji olduğunun
aşılanması; yaxşı emosional fon, hamiləliyin və doğuşun müvəffəqiyyətlə başa çatacağına inandırılması; öz güvvəsinin səfərbər etmək
bacarığının aşılanması.
Bu metodun əsasını doğuş aktının mahiyyətini açıqlamaq, doğuş zamanı ağrı hissinin meyda-na çıxmasının vacib olmadığını
aşılamaqdır. Ağrının intensivliyi sinir sisteminin vəziyyətindən ası-lıdır. Sakit təmkinli qadınlarda doğuş az ağrılı, hətta bəzən ağrısız
keçir, sinir sistemi zəif olan qa-dınlarda sancılar və gücvermə nəticəsində interoreseptorların qıcıqlanması güclü ağrılar kimi qəbul
olunur.
Hamilə qadının doğuşa psixoprofilaktik hazırlanması qadın məsləhətxanasında aparılan məş-ğələlərlə başlayır. Sonuncu (3–cü)
məşğələdə qadına doğuşu ağrısızlaşdırma üsulları: psixoemosio-nal vəziyyətin möhkəmləndirilməsı üçün autotreninq və nöqtəli massaj
öyrədilir. Bu tədbirlər do-ğum evində davam etdirilir.
Doğuşa psixoprofilaktik hazırlığın növlərindən biri autogen və heterogen məşqlər metodu-dur. Bu metod emosional gərginliyin
azaldılmasına kömək edir. Autotreninq kursu hər məşğələ 25-30 dəqiqə olmaqla 9-10 məşğələdən ibarətdir. Autotreninqin tətbiqi ağrı
qıcıqlarına tolerantlığı artı-rır, ağrı hissinin intensivliyini və davamlılığını azaltmağa imkan verir, ağrı ilə bağlı nəzərə çarpan hərəki
oyanıqlığı aradan qaldırmağa kömək edir.
Doğuşun ağrısızlaşdırılmasında hipnozun da əhəmiyyəti var. Hipnoterapiya bu metoda yaxşı yiyələnmiş mütəxəssis tərəfindən
aparılmalıdır.