43
daxilinə promedol, pipolfen və ya dimedrol yeridilir. Anal-geziyanın qüvvətləndirilməsi üçün ağrıkəsiciləri 3-4 saatdan tez olmamaq
şərtilə, yarı dozada təkrarlamaq
Uşağın doğulmasına iki saatdan az qaldıqda promedol yerit-mək olmaz,
çünki preparat dölün tənəffüs mərkəzini zəiflədə bilər.
Doğuş zamanı neyroleptik təsirli droperi-dol (2-4 ml) preparatının
fentanillə (2-4 ml) qarı-şığı ilə neyroleptanalgeziya edilir. Droperidol sa-
kitləşdirici effekt verməklə, narkotik analgetik vasitələrin fəaliyyətini
potensiallaşdırılır. Neyro-leptanalgeziya zamanı ağrısızlaşdırma, psixi sa-
kitlik halı yaranır, hemodinamika sabitləşir.
Mamalıq təcrübəsındə 0,5%-li novakain, 10%-li lidokain yaxud 1,0%-li
xlorprokaindən istifadə etməklə, pudendal və ya yerli ağrısız-laşdırmadan
geniş istifadə edilir.
Pudendal anesteziya aparmaq üçün oturaq qabarlarından 2 sm medial
istiqamətdə sol və sağ tərəfdə yerləşən cinsiyyət sinirinin olduğu nöqtəyə
yuxarıda qeyd olunan məhlullardan 10 ml yeridi-lir. Əlavə olaraq,
cinsiyyət dodaqlarının əsasına və qasıq bucağı nahiyyəsinə 50-60 ml,
0,5%-li no-
vakain məhlulu yeridilir (şəkil:5-17).
Reridural anesteziya ağrısızlaşdırmanın müasir metodlarindandır (şəkil:5-
18). Uzunmüddətli peridural anesteziya (UPA) bir sira üstünlüklərə
malikdir, belə ki, buna ağrısızlaşdırmanın yüksək effektivliyi (92-95% ), istifadə edilən alətlərin sadəliyi, xəstənin ayıq saxlanılması
imkanı, uşaqlığın və böyrəklərin qan dövranını yaxşılaşdıran simpatik blokadanın mövcudluğu, doğuş fəaliyyətinə, ana və dölün
vəziyyətinə zəiflədici təsirin olmaması aiddir.
Dostları ilə paylaş: