TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


KTQ ilə dölün ürək fəaliyyətinin qiymətləndirilməsi şkalası



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə77/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   73   74   75   76   77   78   79   80   ...   141
DƏRSLİK

KTQ ilə dölün ürək fəaliyyətinin qiymətləndirilməsi şkalası
Cədvəl: 5.3 
əlamətlər
0 bal
1 bal
2 bal
Bazal ritm (vur/dəq)
100-80
100-120
160-180
120-160
Ossilyasiyaların
amplitudası (vur/dəq)
3
3-5
6-25
Ossilyasiyanın sayı
3
3-6
6-dan çox
30 dəq. ərzində
aksellerasiyaların sayı
0
1-4 sporadik
və ya periodik
5 və daha
çox sporadik
Dessellerasiyalar
gec və ya variabelli
(ağır atipik)
erkən (ağır) yaxud va-
riabelli (yüngül)
yoxdur yaxud
erkən (yüngül)
Müasir mamalıqda KREBS şkalasından istifadə edilir. Bu şkalaya əsasən ürəyin bazal ritmi, vur-ğuların ossillasiyası, variabelliyi, 
aksellerasiyası və dessellerasiyası kimi parametrlər qiymətləndirilir. Dölün ürək fəaliyyətini əks etdirən hər bir əlamət ballarla 
qiymətləndirilir. Balların cəmi 8-10 olarsa, dölün vəziyyəti normal hesab edilir, 6-5 bal yüngül, 5 baldan aşağı ağır hipoksiyanı göstərir.
Doğuş zamanı dölün ürək fəaliyyətini qiymətləndirmək üçün elektrokardioqrafiyadan-EKQ (birbaşa və ya dolayı), fonokardioqrafiyadan-
FKQ, doppleroqrafiyadan və s. istifadə olunur.
Bütün bu müayinələrdən sonra klinik diaqnoz və doğuşun planı müəyyənləşdirilir. Beləliklə, doğuşun birinci dövründə həkim doğan 
qadının ümumi vəziyyətinə, doğum fəaliyyətinə, dölün ürək döyüntülərinə, gələcək hissənin doğuş yollarında irəliləməsinə, cinsiyyət 
yolundan ifrazata, sidik ki-
səsi və bağırsaqların fəaliyyətinə fikir verməlidir. Doğanın ümumi vəziyyətini qiymətləndirmək üçün requlyar 
olaraq, onun nəbzi sayılmalı, arterial təzyiqi, bədən temperaturu ölçülməli, şikayətləri araşdırılmalıdır. Sidik kisəsinin və düz bağırsağın 


45 
dolu olması doğuşun normal keçməsinə mane olur. Hər sidik ifrazından və defekasiyadan sonra mütləq xarici cinsiyyət üzvləri və 
aralığın gigiye-nik tualeti aparımalıdır. Doğan qadının ümumi vəziyyəti (yorğunluq, baş ağrısı, baş gicəllənməsi, xarici görkəminin 
dəyişməsi, epiqastral nahiyyədə ağrı) nəzarət altında saxlanılmalıdır. Açılma döv-ründə doğum fəaliyyəti nəzarətdə saxlanılır. Bu 
məqsədlə sancılar, onların qüvvəsi, tezliyi, ağrıların intensivliyi qiymətləndirilir. Bunun üçün sancılarin sayılması, qarının palpasiyası, 
xarici histeroqra-
fiya, daxili tokoqrafiya aparılır, partoqramma tərtib etməklə doğum fəaliyyəti qiymətləndirilir.
Açılma dövründə doğan qadının rejimi müəyyənləşdirilir. Dölün başı kiçik çanağa daxil ola-na qədər qadına yataq rejimi təklif olunur (döl 
I mövqedə olarsa–sol böyrü üstə, II mövqedə sağ böyrü üstə). Dölyanı maye axmayıb, amma döl başı kiçik çanağa daxil olubsa doğan 
qadına ayağa qalxmağa icazə verilir.
Doğanın qidalanması haqqında müxtəlif fikirlər var (qidanı azaltmaqdan qadağan etməyə qə-dər). Lakin doğan asan həzm olunan qida 
məhsullarından (şirin çay, şirələr, bulyon, meyvələr) az porsiyalarla qəbul etməlidir. I dövrün sonunda yemək məsləhət deyil.
Hamiləliyin 37-40-cı həftələrində spontan başlayan (hamiləlik və doğuş zamanı az risk faktor-ları və ya onlarsız) ananın yaxşı 
vəziyyətində, sağlam dölün doğulması 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin