TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Doğuşun III dövrünün (son) idarə olunması



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə80/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   76   77   78   79   80   81   82   83   ...   141
DƏRSLİK

 
Doğuşun III dövrünün (son) idarə olunması
 
Dölün doğulmasından ciftin doğulmasına qədər olan dövr 
son dövrü 
adlanır. Bu 
dövrdə həm ana, həm də yeni-doğulmuş ciddi nəzarətdə olmalıdır. Döl doğulduqdan 
30 san sonra mama dölün vəziyyətini Apqar şkalası ilə qiy-mətləndirir, onu isti 
dəsmalla qurulayır və ananın sinəsinə qoyur. Nəm dəsmal qurusu ilə əvəzlənir, uşağın 
başına pa-paq, ayağına corab geyindirilir və üzəri yorğanla örtülür. Bu 
dəri-dəriyə 
kontakt 
adlanır və böyük əhəmiyyətə ma-likdir. Ehtiyac olmadıqda uşağın ağız və 
burun boşluğunun aspirasiyası aparılmır. Göbək ciyəsində pulsasiya kəsildik-dən 
sonra uşağı anadan ayırmadan göbək ciyəsi iki sıxac arasından kəsilir. Göbək 
ciyəsinin dezinfeksiyaedici məh-lullarla işlənməsinə lüzüm yoxdur.
Doğuşun III dövründə cift ayrılır, qişalar və göbək ciyəsi ilə birlikdə doğulur. Bu dövr 
döl doğulduqdan dərhal sonra baş verir. Ciftin ayrılması adətən qanitirmə ilə keçir və 
bu qanitirmə fizioloji hal hesab edilir. Ciftin ayrılması və qovulması prosesi pozulduqda 
qan itkisi çox olur. Qa-
naxma doğum yollarının cırılması zamanı da ala bilər. Bu-na 
görə də son dövründə doğan ciddi nəzarət altında olmalıdır. Mama onun yanında da 
oturmalı, ümumi vəziyyətinə, dəri və selikli qişaların rənginə nəbzə, arterial təzyiqə 
nəzarət etməlidir.


47 
Fizioloji gedişli son dövründə doğanın ümumi vəziyyəti yaxşıdır, nəbzi ritmik və dolğundur, arterial təzyiqi normaldir. Ümumi vəziyyətinin 
d
əyişməsi (süstlük, başgicəllənmə), dəri və selikli qişanın rənginin dəyişməsi (avazıması), nəbzin sürətlənməsi, arterial təzyiqin 
azalması, təcili yar-dım tələb edən qanaxmadan xəbər verir. 
Doğanın itirdiyi qanın miqdarına nəzarət olunmalıdır. Bunun üçün qadının altına yastı emallı qab və ya qaynadılmış sudno qoyulur. Bunu 
da yadda saxlamaq lazımdır ki, ifraz olunan qan həqiqi qanitirməni göstərmir. Onun bir hissəsi ciftlə uşaqlıq arasına yığılır 
(retroplasentar hematoma ).
İtirilən qanın miqdarı 250 ml-ə qədərdirsə, bu 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin