TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə78/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   74   75   76   77   78   79   80   81   ...   141
DƏRSLİK

normal doğuş 
adlanır. 

 
 
Doğuşun II dövrünün (qovulma) idarə olunması
 
 
Qovulma dövründə qadın orqanizmi böyük gərginliyə məruz qalır: sinir, ürək-damar, əzələ sistemləri, tənəffüs orqanları və başqa 
sistemlər artıq yüklə işləyir. Ona görə ürək–damar, ağ ciyər və s. xəstəlikləri olan qadınlarda doğuşun II dövründə ürək fəaliyyətində, qaz 
mübadiləsində poz-ğunluqlar ola bilir. Qovulma dövrü uzandıqda, güclü sancılar və gücvermələr uşaqlıq-cift qan döv-ranının 
pozulmasına və dölün asfiksiyasına səbəb olur. Ona görə bu dövrdə həm doğan, həm də döl ciddi müşahidə altında olmalıdır.
Mama doğanın ümumi vəziyyətini, dəri və selikli qişalarını, nəbzini, arterial təzyiqini siste-matik nəzarətdə saxlayır. Tez-tez doğanın 
əhvalını (başgicəllənmə, baş ağrıları, görmə pozğunluqla-rı və s.) soruşur. Doğum fəaliyyətinin xarakterini, gücünü, davamiyyətini 
(gücvermələrin tezliyini), uşaqlığın vəziyyətini nəzarətdə saxlamaq vacibdir.
Palpasiya ilə uşaqlığın yığılma və boşalması, girdə bağların gərilmə dərəcəsi, kontraksion həl-qənin hündürlüyü müəyyənləşdirilir. Aşağı 
seqmentin vəziyyətinə (nazikləşmə, ağrı) fikir verilir.
Qovulma dövründə təkrari xarici mamalıq və uşaqlıq yolu müayinələri aparılır və doğum yol-larında gəliş hissənin irəliləməsi izlənilir. III 
və IV palpasiya üsulları ilə gəliş hissənin çanaq müstə-vilərinə nisbəti müəyyənləşdirilir. Bu nisbət uşaqlıq yolu müayinəsi ilə daha dəqiq 
təyin edilir:
1.Baş çanaq girəcəyindədir, hərəkətlidir və ya kiçik çanaq girəcəyinə dirənib. Simfizin üstün-dən palpasiya aparan əlin bütün barmaqları 
başın üzərindədir. Uşaqlıq yolu müayinəsində çanaq boşluğu sərbəstdir, baş hündürdədir, oxabənzər tikiş köndələn ölçüyə uyğun gəlir, 
böyük və kiçik əmgəklər eyni səviyyədədir ( ənsə gəlişi). 
2.Baş kiçik seqmentlə kiçik çanağa enib, hərəkətsizdir, onun böyük 
hissəsi çanaq girə-cəyindən yuxarıdadir, kiçik hissəsi ondan aşa-
ğıdadır. Xarici müayinədə əlin dörd barmağı başın üzərində yerləşir. 
Uşaqlıq yolu müayinə-sində oma çökəkliyinin sərbəst olduğu aşkarla-
nır, oma burnu (ona əl çatırsa) əllənir. Simfi-zin daxili səthini müayinə 
etmək olur. Oxa-bənzər tikiş köndələn, qismən çəp ölçüdədir.
3.Baş böyük seqmentlə kiçik çanaq boş-luğundadır. Xarici müayinə 
zamanı başın üzə-rində iki barmaq yerləsir. Onun böyük bir his-səsi 
çanaq girəcəyindən aşağıda yerləşir. Daxi-li müayinədə omanın və 
simfizin yuxarı 1/3-i başla tutulub, oma burnu əllənmir, oturaq qa-
barları asanlıqla əllənir. Baş bükülmüşdür kiçik əmgək aşağıda yerləşir, 
oxabənzər tikiş köndələn qismən çəp ölçüyə uyğun gəlir.
4.Baş çanağın enli hissəsindədir. Xarici müayinədə başın üzərində bir 
barmaq yerləşir. Daxili müayinədə başın böyük hissəsi çanağın enli 
hissəsindədir. Simfizin yuxarı 2/3-i, oma çökəkliyinin yuxarı hissəsi 
başla tutulub. Oturaq qabarları və IV və V oma fəqərələri əllənir. 
Oxabənzər tikiş çəp ölçülərin birindədir.
5.Baş çanağın dar hissəsindədir. Xarici müayinədə baş əllənmir. 
Uşaqlıq yolu müayinəsində omanın yuxarı 2/3–i, simfizin bütün səthi 
baş ilə tutulub, oturaq qabarları çətinliklə əllənir, baş ça-naq dibinə yaxındır, onun daxili dönüşü hələ başa çatmayıb. Oxabənzər tikiş çəp 
ölçülərin birinə uyğun gəlir (düz ölçüyə yaxın).
6.Baş çanaq çıxacağındadır. Xarici müayinədə baş əllənmir. Daxili müayinədə oma çökəkliyi başla tutulub, oturaq qabarları əllənmir. 
Oxabənzər tikiş çanağın düz ölçüsündədir.
Normal çanaqda başın hərəkəti ardıcıl olur, onun müstəvilərdən birində yubanması (2 saat-dan çox), dölün qovulmasında hər hansı 
maneənin olduğunu və ya doğum fəaliyyətinin zəiflədiyini göstərir.
Doğuşun II dövründə hər gücvermədən sonra dölün ürək döyüntülərinə qulaq asmaq və say-maq lazımdır. Ürək döyüntüləri 5 dəqiqədən 
bir və hər gücvermədən sonra sayılmalı və doğum tari-xinə qeyd olunmalıdır.
Doğuşun II dövründə xarici cinsiyyət üzvlərinin vəziyyəti və uşaqlıq yolu ifrazatının xarakteri nəzarətdə olmalıdir. Xarici cinsiyyət 
üzvlərində ödemin olması yumşaq toxumaların döl başı ilə ça-naq arasında sıxılmasından xəbər verir. Uşaqlıq yolundan qanlı ifazatın 
gəlməsi, ciftin ayrılmağa başladığını və ya yumşaq toxumaların zədələndiyini (cırıqlar, çatlar) göstərir. Dölyanı mayeyə mi-koniumun 
qarışması dölün asfiksiyası əlamətidir. Uşaqlıq yolundan irinli ifrazatın gəlməsi infek-siyanın olduğunu göstərir.
Qovulma dövründə doğan, Raxmaninov çarpayısında ona rahat olan vəziyyətdə, adətən arxa-sı üstə ayaqları bud-çanaq və diz 
oynağından bükülmüş, yarı oturaq vəziyyətdə uzanır. Çarpayının baş tərəfinin bir qədər yüksəkdə olması, gecvermələri asanlaşdırır, 
gəliş hissənin doğum yollarından rahat keçməsinə səbəb olur.
Baş cinsiyyət yarığını yardıqdan sonra mama doğuşu qəbul etməyə hazır olmalıdır. O, əlləri-ni dezinfeksiya edir. Sonra doğanın xarici 
cinsiyyət üzvlərini, budun daxili səthini, oturaq və anus nahiyyələrini zəif kalium permanqanat məhlulu ilə yuyur, sreril tənziflə qurulayır 
və 5%-li yodun spirtli məhlulu ilə silir. Anal nahiyyəni steril tənzif və ya iri salfet ilə örtür. Omanın altına steril mələfə salır. Doğanı 


hazırladıqdan sonra mama yenidən əllərini spirtlə silir, steril xalat və əlcək geyir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin