maq yerləşdikdə kiçik çanağın dar his-səsindədir; 1 barmaq yerləşdikdə baş çanağa keçib.
Avropa və amerika mamalari ba-şın doğum yollarındakı hərəkətini otu-raq qabarlarından keçən müstəviyə nə-zərən təyin edir. Oturaq
qabarlarından keçən müstəvi “0”, ondan yuxarıda yer-ləşən müstəvilər (-1,-2,-3), aşağıda yer-ləşən müstəvilər (+1,+2,+3) götürülür.
Uşaqlıq boynunun açılmasından asılı olaraq, aşağı seqment nazikləşir, kontraksion həlqə getdikcə qasıq qöv-sündən yuxarı qalxır.
Uşaqlıq dibi ha-miləliyin 39-cu həftəsində olduğu kimi xəncərvarı çıxıntı səviyyəsinə qalxır. Bütün bunlar palpasiya ilə təyin olunur.
Sancıların sayı, intensivliyi pauzalarda uşaqlığın boşalmasınin xarakteri və dava-miyyəti də palpasiya ilə qiymətləndirilir. Bunun üçün
mama əlini doğanın qarnının üzərinə qoyur, 10 dəq müddətində sancıların sayını və hər sancını davmiyyəini təyin edir. Sancıların
davamiyyəti 20 san. və daha az olarsa sancılar zəif, 20-40 san. davam edərsə orta intensivlikdə, 40 san-dən çox davam edərsə güclü
kimi qiymətləndirilir. Sancılar hər 30 saniyədən bir sayılır.
Dostları ilə paylaş: