TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə79/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   75   76   77   78   79   80   81   82   ...   141
DƏRSLİK

Şəkil:5-25. A) 
ön çiyinin simfizin altına keçməsi; B) arxa çiyinin 
doğulması 
Baş cinsiyyət yarığını oyanda mama doğanın vəziyyətini, başın irəliləməsini müşahidə edir. Baş cinsiyyət yarığını yarana və ənsə çuxuru 
simfizin altında fiksə olunana qədər mama vilvar həl-qəni başdan kənarlaşdırmaqla kifayətlənir. Ənsə çuxuru simfizin altında fiksə 
olunduqdan sonra sağ əli ilə aralığı dölün üzündən arxaya çəkir, sol əli ilə başı yuxarı qaldırır. Baş açılır və ardıcıllıqla ən-sə, təpə və 
nəhayət bütün baş doğulur. Baş doğulduqdan sonra mama gücverməninin təzyiqi altında döl başının xaricdə, çiyinlərin daxildə 
dönməsini gözləyir. Göbək ciyəsinin başa dolanıb-dolanma-dığını yoxlayır. Göbək ciyəsi dölün boynuna sıx dolanıbsa iki sıxac 
arasından onu kəsir.
Dölün başının xarici dönüşü başa çatdıqdan sonra mama çiyinləri azad etmək üçün hər iki əli ilə başı tutaraq, aşağı istiqamətə o vaxta 
qədər çəkir ki, ön çiyin simfizin altına çatsın. Ön çiyin simfizin al-tına fiksə olunduqdan sonra başı önə və yuxarı qaldırır. Nəticədə 
əvvəlcə arxa çiyin, sonra ön çiyin azad edilir. Çiyin qurşağı doğulduqdan sonra mama orta və şəhadət barmaqları ilə dölün kürəyi 
tərəfdən qol-tuqaltı çuxurdan tutaraq dölün bədənini önə qaldırır, nəticədə bədənin qalan hissələri asanlıqla doğulur.
Arxa ənsə gəlişi zamanı doğuşun idarə olunmasında mama yardımı ön ənsə gəlişində olduğu ki-mi, baş cinsiyyət yarığını yardıqdan 
sonra başlayır. Arxa ənsə gəlişində doğuş ağır və uzun keçir, qadı-nın daha çox qüvvə sərf etməsi tələb olunur. Çanaq dibi və aralıq 
daha çox gərilir və çox vaxt cırılır. Uzunmüddətli doğuş və başın maksimal bükülməsi zamanı doğum yollarının güclü təzyiqi çox vaxt dö-
lün hipoksiyasına, beyindaxili qan dövranı pozğunluqlarına, serebral zədələnmələrə səbəb olur. Ona gö-rə arxa ənsə gəlişində doğuşu 
Kesar əməliyyatı ilə başa çatdırmaq daha məqsədəuyğundur.
Amerika mamaları döl başını fırladaraq ön ənsə gəlişinə gətirilməsinə üstünlük verirlər. Bu zaman mama əlini omanın önündən doğum 
yoluna salır. Dölün ənsəsini barmaqları və ya əli ilə tu-taraq başı döndərir. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin