41
Normal doğuşda başın konfiqurasiyası kəskin olmur, yenidoğulmuşun sağlamlığına və inkişa-
fına təsir etmir.
Döl qovuğu tam olduqda döl başı və gövdəsi sancılar zama-nı eyni təzyiqə məruz qalır. Dölyanı
maye axdıqdan sonra təmas kəmərindən aşağıda yerləşən gəliş hissə atmosfer təzyiqinə, yuxa-
rıda yerləşən hissəsi və gövdə sancılar zamanı yaranan daha bö-yük təzyiqə məruz qalır.
Nəticədə başın aşağı hissəsindən venoz qanın axması çətinləşir, qanın maye hissəsi damar
divarlarından ətraf toxumalara süzülür və ödem əmələ gətirir.
Bu doğum şişi
adlanır.
Baş gəlişlərində doğum mexanizmindən asılı olaraq doğum şişi başın müxtəlif hissələrində
əmələ gəlir və
baş şişi
adlanır (şə-kil:5-17). Susuz dövr (dölyanı mayenin axması ilə doğuşun
qurtar-
ması arasındakı vaxt) nə qədər uzun olarsa doğum şişi bir o qədər böyük olur. Ön ənsə
gəlişində doğum şişi kiçik əmgək nahiyyəsin-də əmələ gəlir və təpə sümüklərinə yayılır. I
mövqedə doğum şişi ən çox sağ, II mövqedə sol təpə sümüyünə yayılır. Üz gəlişində doğum şişi
üzdə, çanaq gəlişlərində sağrıda olur. Normal doğuş-larda şiş böyük ölçülərə çatmır və
doğuşdan bir neçə gün sonra özbaşına keçib-gedir. Sürətli doğuşlarda, döl kiçik olduqda doğum
şişi əmələ gəlməyə bilər.
Baş doğum yollarından çətinliklə keçdikdə, operativ doğuşlarda başda qanlı şiş –
kefalohe-
matoma
əmələ gəlir. Kefalohematoma sümüküstlüyünün altına qansizma nəticəsində yaranır.
Bu yumşaq qeyri-düzgün formalı şişkinlikdir və ancaq bir sümüyün sərhəddini əhatə edir. Baş
şişindən fərqli olaraq tikiş və əmgəklərin xəttini keçmir. Kefalohematoma flüktasiya edir,
doğuşdan sonra bir həftə və daha artıq qalır.
Dostları ilə paylaş: