Texniki diaqnostikanın əhəmiyyəti


Proqram təminatı vasitəsilə diaqnostika



Yüklə 84,35 Kb.
səhifə28/32
tarix19.04.2022
ölçüsü84,35 Kb.
#55802
1   ...   24   25   26   27   28   29   30   31   32
Komputer diaqnostikasi (1) (1)

Proqram təminatı vasitəsilə diaqnostika
İşləri qaydaya salmazdan əvvəl WINDOWS təhlil edərək, kompüterdə baş verən nasazlıq və xətanın miqyası haqqında təsəvvür əldə edilməlidir. Bunu etmək üçün "Win + R" düymələrini basıb və "perfmon/report" əmrini daxil edilir. Windows məhsuldarlığın monitorinqinə başlayayıb, sistemin iş qabiliyyəti göstəricilərinin siyahısını təqdim edəcək. Ən əvvəl qırmızı rənglə səhvlər - məsələn, işləməyən qurğular və ya sistem xidmətlərinin çox uzun reaksiyası qeyd olunacaq. Bu işarələr çoxdursa, əvvəlcə bu problemləri verilmiş tövsiyələr əsasında həll edin. Yaşıl yazılar Windows-un normal olduğunu göstərsə də mükəmməl işi təmin etmək üçün hələ bəzi məsələlər həll olunmalıdır.

Avtomatik yüklənmə siyahısını təmizləyirik. Bu qovluğundakı proqramların artıqlığı Windows-un işə salınmasını ləngidir. Arxa planda işləyən prosesləri görmək üçün Autoruns kimi kənar analiz proqramlarına müraciət edilməlidir. Bu proqram sistemi yoxlayır və işləyən tətbiqləri, yüklənmiş drayverləri və işləyən xidmətləri göstərir. Avtomatik yüklənməni optimallaşdırmaq üçün lazım olan məlumatları "Logon" əlavəsindən götürmək olar. Windows öz "msconfig" funksiyasından fərqli olaraq, Autoruns proqramın təsvirini və imkan daxilində onu hazırlayanın adını təqdim edir. Bunun sayəsində naməlum xidmətlə qarşılaşdıqda onu dayandırıb-dayandırmamaq barədə qərar qəbul etmək imkanı yaranır.

"Zibili" CCleaner ilə təmizləyirik. Windows-da bir çox lazımsız məlumat toplanır. İndiki Windows də onların tormozlayıcı təsiri əvvəlki kimi güclü olmasa da, onları vaxtaşırı silməklə sərt diskdə yer boşaltmaq tövsiyə olunur. CCleaner proqramının seçilməsi onunla əlaqədardır ki, o nəinki yalnız Windows-dakı müvəqqəti faylları və keşi silir, həm də quraşdırılmış proqramlar arasında məqsədli olaraq yaddaş "yeyənlər"lə məşğul olur. Ən son (dördüncü) versiya hətta Photoshop quraşdırma prosesinin keşini də silir. Bunu etmək üçün, “Təmizləmə” ekranının sol tərəfində, sadəcə təmizlənməsi lazım olan Windows elementləri və proqramları seçilir. "Analiz" düyməsi basıldıqdan sonra CCleaner, seçilən bölmələrdə rəqəmsal zibil olduğunu yoxlayacaq və nəticələrin əyani siyahısını tərtib edəcək. "Təmizləmə" düyməsi basılmaqla proses başlanacaqdır. CCleaner ilə daha çox təmizləmək lazım gəldikdə CCEnhancer genişlənməsi ilə davam etmək olar. Bu proqram, CCleaner-ə digər proqramların təmizlənməsi üçün 500 əlavə imkanı daxil edir. Bundan başqa, quraşdırılmış tətbiqləri ildə bir dəfə nəzərdən keçirilməli və lazımsız tətbiqlər silinməlidir. Bu ya Windows İdarəetmə Paneli, ya da xüsusi proqram - məsələn, RevoUninstaller vasitəsi ilə edilə bilər.

Bir səhv aşkar edilərsə, FK-nın aparat diaqnostikasına başlamazdan əvvəl, xüsusi proqram testlərindən istifadə etməklə xətanı təyin edib, lokallaşdırmaş (yerinə müəyyən etmək) lazımdır. Bunlar çox vaxt proqram təminatından vasitəsilə müəyyən edilə bilən səhv quraşdırma və ya qüsurlardır. Bu cür vəziyyətlərin tipik nümunələri, kəsilmədərdə kənar qurğunun donmasına səbəb olan münaqişələrdir. Kompüteri diaqnostika, "müalicə edən" və təmirə kömək edən çox sayda proqram mövcuddur.




Yüklə 84,35 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin