THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
17
TALIŞ ZONASININ SUBQƏLƏVİ PİKRİTLƏRİNİN
FORMALAŞMASININ PETROLOJİ XÜSÜSIYYƏTLƏRİ
Sarıyev.F.H
Az
ə
rbaycan Milli Elml
ə
r Akademiyas
ı
Geologiya v
ə
Geofizika
İ
nstitutu
Bak
ı
, Az
ə
rbaycan
ferrux.sariyev.2018@mail.ru
Elmi rəhbər: Professor Musa Məmmədov
Açar sözlər:
pikrit, peridotit, şpinel,
differensasiya
Talış zonası Əlborz qırışıqlıq zonasının şimal qərb davamında yerləş-
məklə, Göyçə-Həkəri və Vedi-Zəngəzur ofiolit qurşaqlarının aralarında yer-
ləşir. Bu zona bir struktur vahid kimi İran piltəsinin şimal-qərbində Palmir-
Abşeron linyamenti ilə Kiçik Qafqazdan ayrılır və qitə parçası yaxud terregen
kimi özünün geloji inkşafının orogen mərhələsində rift təbiətli qırılma struk-
turlarının nəzarəti ilə təmas zonalardan təcrid olunur. Talış zonasının geoloji
inkşafının eosen mərhələsində qraben tipli qırılma strukturalarının aktivləş-
mə-si nəticəsində metasamatik dəyişmiş yaxud sıxlığı azalmış şpinelli-
peridotit bünövrəsi qismən əriyərək ilkin subqələvi bazalt maqması formalaş-
mışdır. [Məmmədov,Babayeva,2001,20-23] Bu ilkin bir yerdə rast gəlməyən
elementlərlə zəngin olan olivinli subqələvi bazalt maqması
ərintinin ilkin
fraksiyası qraben tipli strukturanın nəzarəti ilə yer qabığı şəraitində zəif təka-
mülə uğrayaraq subqələvi kaliumlu absorkit-şoşenit-latit-fonolit seriyası əmə-
lə gəlmişdir. Ərintinin ikinci yaxud çətin əriyən elementlərlə zəngin olan yer
qabığnın yuxarı horizontlarında layvari, ştoka oxşar bəzən dayka tipli sub-
qələvi pikrit-peridotit seriyalarını əmələ gətirmişdir. Layvari intruzivlər yer
qabığının yuxarı horizontlarında formalaşdıqlarına görə bir növ möhtəvi quru-
luşla xarakterizə olunurlar. Burada kamera daxili differensasiyanın təsiri ilə
intruzivlərin alt təmas zonasından-üst təmas zonasına
doğru rəngli mine-
raların (olivin, piroksen, amfibol, floqopit vs ) miqdarı tədricən azalır. Amma
şəffaf minerallar (plagioklaz, qələvi çöl şpatları ) artır. Makroskopik olaraq
həmin istiqamətdə isə aşağıdan yuxarı suxurların tünd qara rəgləri tədricən
boz,açıq boz rənglərlə əvəzlənir.Pikritlər bu seriyanın bir növ qidalandırıcı
kanalları ilə daykalarla və kiçik diametirli ştoklarla təmsil olunmuşlar. Onlar
tünd qara rəngli olub,orada gizli floqopit vərəqləri adi gözlə seçilir. Mikros-
kopik olaraq subqələvi pikritlər xarakterik möhtəvi qurluşludurlar.
Möhtəvilər forsterit və xrizolit tərkiblidirlər. Onlar əksər hallarda törəmə
minerallarla indinqisit-bolunqit sepentinlərlə əvəzlənmişdir. Piroksenlər xa-
rakterik tipamorf diopsit- salit tərkiblidirlər. Amfibol trimolitdən, aktinolitdən
mika isə floqopit tərkiblidir, məhdud miqdarda pirop, almandin, xromşpinel,
muassanitdə iştrak edir.