Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə16/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   12   13   14   15   16   17   18   19   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
19
təzyiqlər azalır, temperaturun paylanmasında da müəyyən dəyişiklər baş 
verir ki, bunların da nəticəsində lay sularının tərkibi yeni şəraitə uyğun olaraq 
dəyişir. Son illərdə aparılmış tədqiqatlar göstərir ki, FLD və onun alt şöbəsinin 
lay dəstələrində yatan qələvi natrium-hidrokarbonat tipli sularda hidrokarbo-
nat natrium (HCO
3
-
) ionunun konsentrasiyası çox yüksəkdir və əksər hallarda 
2000-5000-10000 mq/l, bəzən daha artıq (15000-18000 mq/l) miqdarda olur-
lar ki, bu da lay sularında böyük həcmdə CO
2
qazının həll olduğunu göstərir. 
CO
2
qazının həll olması isə onun parsial təzyiqi ilə sıxı əlaqədə olduğundan 
lay, quyudibi və quyu ağzında təzyiqin azalması nəticəsində CO
2
qazının su-
dan ayrılması baş verir və nəticədə CaCO
3
duzu əmələ gəlir ki, o da suda pis 
həll olunduğu üçün çökür. Oxşar, bir qədər az çökmə MgCO
3
duzu üçün də 
xarakterikdir. Lakin, işlənmə prosesinin sonrakı mərhələlərində flüid hasilatı 
sürətlə artır, lay təzyiqi kəskin aşağı düşür, temperatur şəraiti də xeyli dəyişir 
və layda, quyudibində, quyuağzında, borularda və neft-mədən avadanlıqla-
rında duzların (əsasən CaCO
3
) çökməsi baş verir.
Yataqların işlənməsi prosesində kəskin aşağı düşən lay təzyiqini qaldır-
maq, hasilatı artırmaq və müəyyən qədər də duzçökmənin qarşısının alın-
ması məqsədilə laylara su vurulur və suvurma ilə əlaqədar baş verə bilən 
duzçökmə prosesi öyrənilir. 
Neft yataqlarının işlənməsi və istismarı prosesində duz əmələ gəlməsi 
mürəkkəb problemdir və neft hasilatının səmərəliyinə hiss ediləcək dərəcədə 
mənfi təsir göstərir. Duz əmələ gəlməsi laylarda, xüsusilə də, quyudibi -
quyuətrafı zonalarda baş verdikdə kollektorların effektiv məsaməliyini və 
keçiriciliyini xeyli azaldır ki, buda hasilatın azalmasına, yatağın işlənməsinin 
effektivliyinin aşağı düşməsinə səbəb olur. Çökən duzların əsas mənbəyi 
neftlə birlikdə laylardan çıxarılan sulardır. 
Hasiledici quyuların lülələrində, dərinlik-nasoslarında, neftin yığılması və 
hazır-lanması avadanlıqlarında çökən duzların təmizlənməsi həm xeyli ma-
terial sərfi tələb edir, həm də böyük həcmdə hasilatın itirilməsinə gətirib 
çıxardır. Neft yataqlarının sonuncu işlənmə mərhələlərində, xüsusilə də, 4-
cü mərhələdə, hasiledici quyularda suyun və sulaşma %-nin artması ilə əla-
qədar çökən duzların həcmi, intensivliyi artır və problemin həlli daha da 
mürəkkəbləşir. 
Neft-qazkondensat yataqlarında çökən duzların hamısı, istər karbonat, 
istər borat, istərsə də ali karbon turşularının duzları, qələvi torpaq element-
ləri, xüsusilə də, Ca
2+ 
və Mg
2+
elementləri ilə əlaqədardır (CaCO
3
, MgCO
3

CaSO
4
, Ca(HCO
3
)
2
, Mg(HCO
3
)
2
, RCOOCa, RCOOMg, CaB
4
O
7
, MgB
4
O
7
). 
Ona görə də, laylara vurulan suların tərkibində qələvi torpaq elementlərinin 
miqdarları, onların lay sularında olan konsentrasiyalarından artıq olmama-
lıdır: o cümlədən, Ca
2+
və Mg
2+
ionlarının miqdarı neft-qazkondensat yataq-
larının lay sularında əksər hallarda rast gəlinən konsentrasiyalarından, uyğun 
olaraq, 35-40 mq/l və 30-35 mq/l-dən artıq olmamalıdır. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin