Elmi rəhbər: g-m.e.d. Elmira Əliyeva
Açar sözlər:
Eosen çöküntüləri, litofasiya, kollektorluq
Azərbaycan ərazisində neft-qazlılıq perspektivliyinin elmi qiymətləndir-
məsi üzrə aparılmış tədqiqatlar göstərir ki, Məhsuldar qat çöküntülərindən
başqa ikinci neft-qazlı kompleks Paleogen-Miosen çöküntüləridir. Hesabla-
malara görə proqnoz neft ehtiyatının 40%-ə qədəri məhz bu çöküntülərin
payına düşür. Buna baxmayaraq bu günə qədər qeyd edilən bu çöküntülər-
dən yalnız kiçik neft-qaz yataqları aşkar edilmişdir. Bu əsasən kollektor sü-
xurların kəskin litoloji-fasial dəyişkənliyi və yayıldığı rayonların səciyyəvi mü-
rəkkəb geoloji quruluşları ilə izah olunmalıdır [Məmmədov, 2001, 121-135].
Qumlu-alevrolitli layların az qalınlığa malik olması, tərkibində autigen
montmorillonitin və 90%-dən çox sementli gilin olması bu çöküntülərin kollek-
tor xüsusiyyətlərini praktiki olaraq perspektivsiz edir.
THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
21
Orta və Üst Eosenin aşağı hissələrində terrigen kollektorlarında qum-
daşı və alevrolit çöküntülərinə (Sovetlər, Ağcabədi, Mirbəşir, Naftalan, Bor-
sunlu, Qazanbulaq və b.) demək olar ki, hər yerdə rast gəlinmişdir. Məsa-
məlik Eosen kollektorlarında 3-24,1%, keçiricilik 0-0,158 mkm
2
aralığında də-
yişir. Şimal-qərbdən cənub-şərq istiqamətində məsaməlik 8,9-dan (Duzdağ -
Gödəkboz) 16,9%-ə (Mil) qədər artır [Даидбеков, 1983, 1-5].
Qazanbulaq, Tərtər və Beyləqan strukturlarında yerinə yetirilmiş mədən
geofiziki tədqiqat işlərindən əldə edilən məlumatlara əsaslanaraq, tədqiqat
sahəsində yerləşən bu strukturların çöküntü toplanma şəraiti, litoloji tərkib və
kollektor xüsusiyyətlərinə baxılmışdır (Şəkil1). Qazanbulaq sahəsində 35,
13, 75, 3 saylı quyular strukturun tağ hissəsində yerləşir. Bu sahədə Eosen
çöküntülərinin ümumi qalınlığı 90-140 m civarındadır. Kəsilişin yuxarı hissəsi
alevrolitli gil, 990-1000 m intervalı nazik qum, dərinliyə getdikcə isə xalis gil
çöküntülərindən ibarətdir. 13 və 75 saylı quyuların kəsilişinin əsasən gilli
litofasiya ilə təmsil olunduğu izlənilir. Yalnız 3 saylı quyuda kəsiliş boyu
yuxarıdan aşağıya doğru qum, gilli qum, alevrolitli gil və gilli layların bir-birini
əvəz etdiyini müşahidə edirik.
Tərtər sahəsi NQR-in mərkəzi hissəsində yerləşir. Mərkəz hissədə
Eosen çöküntülərinin ümumi qalınlığı 1500-2000m olub, çökəkliyin bort his-
sələrinə nəzərən daha dərində yatır (1500-3500m). 154, 153, 100 saylı quyu-
lar strukturun tağından qanadlarına doğru uzanan profil xətti üzərində yer-
ləşir. 154 saylı quyuda 1500-2650 m intervalı Üst Eosenə aiddir. Üst Eosenin
kəsilişi aşağıya doğru gilli laylardan qumlu-gilli laylara doğru dəyişir. Ancaq
Orta Eosendə 450, 250 m-lik xalis gil laylarını izləyirik. Strukturun qanadına
doğru getdikcə kəsilişdə alevrolitli gilləri müşahidə edirik. 2400-2600 m
intervalında strukturun tağ və qanadında qumlu laylar davamlı olaraq izlənilir.
Beyləqan strukturu NQR-in C-Şq hissəsində yerləşir. 31, 9, 32, 15 saylı
quyular strukturun tağ hissəsindən qanada doğru uzanan profil xətti üzərində
yerləşir. 31-N-li quyuda geofiziki mədən məlumatlarının interpretasiyasına
əsasən deyə bilərik ki, strukturun tağ hissəsində alevrolitli gil, gil və çox az
gilli qum layları izlənilir. Strukturun qanadında Eosen çöküntüləri 1500m-də
açılıb.
Eosen transqressiyası bütün Qərbi Azərbaycan ərazisini əlavə qalxma
və enmə zonalarına bölmüş, bununla əlaqədar olaraq Orta Kür hövzəsində
iri intensiv eroziyaya uğramış qalxımlar əmələ gəlmiş və bu da Eosen
dövrünün kəskin litofasial müxtəlifliyinə səbəb olmuşdur. Buna görə də Orta
Kür çökəkliyinin bort hissələrinin ayrı-ayrı sahələrində Alt Eosen çöküntüləri
iştirak etmir [ Чиковани, 1983, 158-161].
|