Tezislər / Theses


Elmi rəhbər: g-m.e.d. Elmira Əliyeva



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə18/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   14   15   16   17   18   19   20   21   ...   493
BHOS Tezisler 2022 17x24sm

Elmi rəhbər: g-m.e.d. Elmira Əliyeva 
Açar sözlər:
Eosen çöküntüləri, litofasiya, kollektorluq
 
Azərbaycan ərazisində neft-qazlılıq perspektivliyinin elmi qiymətləndir-
məsi üzrə aparılmış tədqiqatlar göstərir ki, Məhsuldar qat çöküntülərindən 
başqa ikinci neft-qazlı kompleks Paleogen-Miosen çöküntüləridir. Hesabla-
malara görə proqnoz neft ehtiyatının 40%-ə qədəri məhz bu çöküntülərin 
payına düşür. Buna baxmayaraq bu günə qədər qeyd edilən bu çöküntülər-
dən yalnız kiçik neft-qaz yataqları aşkar edilmişdir. Bu əsasən kollektor sü-
xurların kəskin litoloji-fasial dəyişkənliyi və yayıldığı rayonların səciyyəvi mü-
rəkkəb geoloji quruluşları ilə izah olunmalıdır [Məmmədov, 2001, 121-135]. 
Qumlu-alevrolitli layların az qalınlığa malik olması, tərkibində autigen 
montmorillonitin və 90%-dən çox sementli gilin olması bu çöküntülərin kollek-
tor xüsusiyyətlərini praktiki olaraq perspektivsiz edir.


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
21
Orta və Üst Eosenin aşağı hissələrində terrigen kollektorlarında qum-
daşı və alevrolit çöküntülərinə (Sovetlər, Ağcabədi, Mirbəşir, Naftalan, Bor-
sunlu, Qazanbulaq və b.) demək olar ki, hər yerdə rast gəlinmişdir. Məsa-
məlik Eosen kollektorlarında 3-24,1%, keçiricilik 0-0,158 mkm
2
aralığında də-
yişir. Şimal-qərbdən cənub-şərq istiqamətində məsaməlik 8,9-dan (Duzdağ - 
Gödəkboz) 16,9%-ə (Mil) qədər artır [Даидбеков, 1983, 1-5]. 
Qazanbulaq, Tərtər və Beyləqan strukturlarında yerinə yetirilmiş mədən 
geofiziki tədqiqat işlərindən əldə edilən məlumatlara əsaslanaraq, tədqiqat 
sahəsində yerləşən bu strukturların çöküntü toplanma şəraiti, litoloji tərkib və 
kollektor xüsusiyyətlərinə baxılmışdır (Şəkil1). Qazanbulaq sahəsində 35, 
13, 75, 3 saylı quyular strukturun tağ hissəsində yerləşir. Bu sahədə Eosen 
çöküntülərinin ümumi qalınlığı 90-140 m civarındadır. Kəsilişin yuxarı hissəsi 
alevrolitli gil, 990-1000 m intervalı nazik qum, dərinliyə getdikcə isə xalis gil 
çöküntülərindən ibarətdir. 13 və 75 saylı quyuların kəsilişinin əsasən gilli 
litofasiya ilə təmsil olunduğu izlənilir. Yalnız 3 saylı quyuda kəsiliş boyu 
yuxarıdan aşağıya doğru qum, gilli qum, alevrolitli gil və gilli layların bir-birini 
əvəz etdiyini müşahidə edirik. 
Tərtər sahəsi NQR-in mərkəzi hissəsində yerləşir. Mərkəz hissədə 
Eosen çöküntülərinin ümumi qalınlığı 1500-2000m olub, çökəkliyin bort his-
sələrinə nəzərən daha dərində yatır (1500-3500m). 154, 153, 100 saylı quyu-
lar strukturun tağından qanadlarına doğru uzanan profil xətti üzərində yer-
ləşir. 154 saylı quyuda 1500-2650 m intervalı Üst Eosenə aiddir. Üst Eosenin 
kəsilişi aşağıya doğru gilli laylardan qumlu-gilli laylara doğru dəyişir. Ancaq 
Orta Eosendə 450, 250 m-lik xalis gil laylarını izləyirik. Strukturun qanadına 
doğru getdikcə kəsilişdə alevrolitli gilləri müşahidə edirik. 2400-2600 m 
intervalında strukturun tağ və qanadında qumlu laylar davamlı olaraq izlənilir. 
Beyləqan strukturu NQR-in C-Şq hissəsində yerləşir. 31, 9, 32, 15 saylı 
quyular strukturun tağ hissəsindən qanada doğru uzanan profil xətti üzərində 
yerləşir. 31-N-li quyuda geofiziki mədən məlumatlarının interpretasiyasına 
əsasən deyə bilərik ki, strukturun tağ hissəsində alevrolitli gil, gil və çox az 
gilli qum layları izlənilir. Strukturun qanadında Eosen çöküntüləri 1500m-də 
açılıb. 
Eosen transqressiyası bütün Qərbi Azərbaycan ərazisini əlavə qalxma 
və enmə zonalarına bölmüş, bununla əlaqədar olaraq Orta Kür hövzəsində 
iri intensiv eroziyaya uğramış qalxımlar əmələ gəlmiş və bu da Eosen 
dövrünün kəskin litofasial müxtəlifliyinə səbəb olmuşdur. Buna görə də Orta 
Kür çökəkliyinin bort hissələrinin ayrı-ayrı sahələrində Alt Eosen çöküntüləri 
iştirak etmir [ Чиковани, 1983, 158-161]. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin