YAŞIL ENERJİYƏ KEÇİDDƏ ÖZƏL İNVESTİSİYANIN
ƏHƏMİYYƏTİ
Cavid Babayev
Bak
ı
, Az
ə
rbaycan
jbbabayev@gmail.com
Açar sözl
ə
r:
bərpa olunan enerji, yaşıl enerji, investisiya
Yaşıl enerji gələcəyin enerjisidir. Bərpa olunan, yaşıl enerji mənbələrin-
dən istifadə dünya ölkələrinin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Azərbaycanda işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib.
[1] Bu ərazilərdə bir çox yaşıl enerji layihələrinin reallaşdırılması planlaşdı-
rılır.
Bu enerji növlərinin yaşıl olmasına baxmayaraq, avadanlıqların istehsalı,
logistika məsələləri bir sıra ölkələr üçün baha başa gəlir. Bu problem həmin
ölkələrdə bərpa olunan enerji sahəsinin inkişafını, yaşıl enerjiyə keçidi ləngidir.
Məhz bu baxımdan özəl və xarici investisiyaların cəlbi bu kimi ölkələrdə
bərpa olunan enerjinin inkişafı baxımından vacibdir. Dünyanın bir sıra inves-
THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
452
tisiya şirkətləri, o cümlədən enerji, texnologiya şirkətləri bərpa olunan ener-
jiyə yatırım edir. “Google”, “Apple”, “Facebook”, “Vodafone”, “Beko”, “Microsoft”,
“Amazon” və digər texnologiya nəhəngləri bərpa olunan enerji mənbələrinə
investisiya yatırır və yaşıl enerjidən istifadə edir. [2]
Fiqur 1.
Bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalar. Mənbə: BloombergNEF
Statistikaya görə, 2020-ci ildə bərpa olunan enerji mənbələrinə qoyulan
investisiyanın ümumi həcmi 304 milyard dollar olub. Bərpa olunan enerji sa-
həsinə qoyulan investisiyanın həcmi son on illə müqayisədə 93 milyard dollar
artıb. [3]
Külək və günəş enerjisi ən çox investisiya yatırılan bərpa olunan enerji
mənbələridir. Son illər isə korporativ (şirkət) yatırımlarda artım müşahidə edilir.
Azərbaycanda bərpa olunan enerji sahəsinə xarici investisiya cəlbi
istiqamətində mühüm işlər aparılır. 2021-ci ildə Azərbaycan Səudiyyə Ərə-
bistanının “ACWA Power”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və BP
şirkətləri ilə bərpa olunan elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilələr
imzalanıb. Xarici şirkətlərin bərpa olunan enerji sahəsinə investisiya yatırma-
sı yarana biləcək risklərin və digər məsələlərin məhz şirkətin üzərində ola-
cağı anlamına gəlir.
2022-ci ilin yanvar ayının 13-də “ACWA Power” şirkətinin investisiyası
hesabına inşa ediləcək “Xızı-Abşeron” külək elektrik stansiyasının təməli qo-
yuldu. Stansiya Azərbaycanda xarici sərmayə cəlb edilməklə həyata keçirilə-
cək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Külək enerjisi layihəsi-
nin investisiya dəyəri 300 milyon dollar həcmində qiymətləndirilir. Layihə döv-
lət büdcəsinin təxminən 500 milyon manat vəsaitinə qənaət etməyə imkan
verəcək. Başqa əhəmiyyət isə ondan ibarətdir ki, layihənin reallaşması enerji
|