- 3 -
NAXÇIVAN DÖVLƏT UNİVERS İTETİ-1967
İSSN 2224-5529
öhjkhgk777775555558777666
5555940X
ELMİ ƏSƏRLƏR
HUMANİTAR ELMLƏR SERİYASI
THE SERIES OF THE HUMANITARIAN
SCIENCES
СЕРИЯ ГУМАНИТАРНЫХ НАУК
№1(66)
NAXÇIVAN, NDU, “QEYRƏT”-2015
НАУЧНЫЕ ТРУДЫ
SCIENTIFIC WORKS
- 4 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
ÍÀÊÙÆÙÛÂÀÍ ÑÒÀÒÅ ÓÍÛÂÅÐÑÛÒÉ. СЖЫЕНТЫФЫЖ WО РКС, 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
ƏDƏBİYYATŞÜNASLIQ
ADİL BAĞIROV
AMEA Naxçıvan Bölməsi
e-mail: bagirovadil@yahoo.com
UOT: 82.0
BƏDİİ ƏSƏR ADLARI
Məqalə onomastik leksikanın ideonimlər qrupuna daxil olan nəzm əsərlərinin adlarının tədqiqinə həsr
olunmuşdur. Məqalədə dilimizin leksik sistemində özünəməxsus yeri və mövqeyi olan nəzm əsərlərinin adları xalq
şairi M.Araz və Naxçıvanda yaşayıb yaradan şairlərin şeir adlarından seçilmiş nümunələr əsasında
qruplaşdırılmış və təhlil edilmişdir.
Açar sözlər: poetik tapıntı, nəzm, nəsr, şeir adları, dağ adları.
Key words: poetical finding, poetry, prose, poem names, mountain names
Ключевые слова: поетическая находка, поэзия, проза, названия стихотворений,
названия гор.
Dünyanın bütün dillərində olduğu kimi Azərbaycan dilində də bədii əsəri səciyyələndirən əsas
əlamətlərdən biri onun adı məsələsidir. İndiyə qədər çox az tədqiq olunmuş bədii əsər adları çox zəngin,
rəngarəng, özünəməxsus leksik-semantik və qrammatik xüsusiyyətləri ilə xarakterizə olunan xüsusi
adlardan biridir. Bu adların toplanması və elmi-linqvistik şəkildə tədqiqi ktematonimlərin öyrənilməsi
və mahiyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə bədii əsər adları onomastik
tədqiqatın daim diqqət mərkəzində olmalıdır.
Məlumdur ki, hər bir bədii əsərə janr xüsusiyyətləri, məzmunu və ümumi ruhu ilə bağlı ad
verilir. Bədii əsərə ad vermə sənətkarlıq məsələsi, yazıçı və şairin fərdi yaradıcılıq üslubunun
məhsuludur. Belə adlar asanlıqla başa gəlmir, qondarma, göydən düşmə olmur. “Ədəbiyyatşünaslıq və
ədəbi tənqid bu məsələyə nəzər yetirməsə də, heç kəs inkar etməz ki, bədii əsərin adı da özü kimi xüsusi
yaradıcılıq işidir” (4, s. 487). Bədii əsər adları yazıçı və şairin yaradıcılıq laboratoriyasında yaranır,
dəfələrlə saf-çürük edilir, bədii fikir süzgəcindən keçirilir, müəllifin qarşıya qoyduğu ideyaya uyğun
seçilir. Odur ki, bədii əsərə ad vermədə müəllif sərbəstdir. O yazdığı hər hansı şeirə, hekayəyə, povestə,
romana, poemaya ad verərkən müəyyən nəzəri prinsipləri gözləyir. A.Qurbanov yazır ki, bədii əsərə ad
vermədə aşağıdakı prinsiplərin gözlənilməsi vacib şərtlərdəndir: a) ad əsərin ideyasını özündə əks
etdirməlidir; b) ad qəliz olmamalıdır; c) ad dilimizin öz sözləri əsasında yaranmalıdır; ç) ad əsərin
mahiyyətindən doğmalıdır, qondarma olmamalıdır; d) bədii əsər adı milli xarakter daşımalıdır və s. (3, s.
440).
Təcrübə göstərir ki, hər bir yazıçı və şair yazdığı əsərə əvvəlcədən ad qoyur, yaxud yazıb
qurtardıqdan sonra ona ad verir və ya əvvəlcədən qoyduğu adı sonra dəyişə də bilir ki, bu da yaradıcılıq
iztirablarından doğan ad olur və ədəbiyyatşünaslıqda ən məqbul sayılan prinsiplərdəndir. Bu haqda
danışan Y.Seyidov yazır ki, “Əsərlərin əksəriyyətinin adları əvvəlcədən, yəni mövzu seçilərkən, əsərin
əhatə dairəsi, planı yazıçının təxəyyülündə canlanarkən meydana gəlir, təxminən əsərin yaranmağa
başlaması ilə eyni ana düşür və kağızda ilk söz olur. Belə adlar, fikrimizcə, daha uğurlu, bədii və mənalı
görünür. Onlar yazıçının həmin mövzu üzrə yaradıcılıq ehtiraslarının coşduğu dövrə düşür, bədii
yaradıcılıq məhsulu olur. Bu vaxt ad nisbətən asan tapılır, əslində onu axtarmaq lazım gəlmir, o, kəşf
olunur” (4, s.487).
İnsanın adı onun xarakterini ifadə etdiyi kimi əsərin adı da müəllifin ədəbi kimliyini
xarakterizə edir, onun yaradıcılıq potensialını, sənət dünyasının nəyə qadir olduğunu üzə çıxarır, əsərin
ədəbi taleyini müəyyənləşdirir. Ümumilikdə bədii əsərin adı əsərin ən dolğun, mənalı hissəsi sayılır.
- 5 -
Bədii əsər nəşr olunduqdan sonra adı ilə tanınır, kataloqlarda əksini tapır. İnsan doğularkən onun adı
sənədlərdə rəsmiləşdiyi kimi, bədii əsərin də adı onun nəşrindən sonra təsdiqlənir, yazıçının tərcümeyi-
halına möhürlənir, yaddaşlara yazılır. Yazıçı yaxşı bilir ki, “oxucunun və ya tamaşaçının nəzərini birinci
növbədə, bədii əsərin adı cəlb edir. Əsərin adı oxucunu, tamaşaçını, bir növ aşağıdakı hadisələrə
hazırlayır, onda maraq oyadır. Bu cəhətdən bədii əsərin adı reklam xarakteri daşıyır. O, nə qədər
yığcam, bitkin, mənalı, əsərin məzmun və ideyasına uyğun olsa, oxucunu tamaşaçını bir o qədər də
maraqlandırar” (1, s. 168). Odur ki, hər bir müəllif çalışır ki, əsərin adı dilimizin qrammatik qanunlarına
uyğun, uğurlu, diləyatım, bədii dildə simvola çevrilə bilən, leksik-semantik cəhətdən məzmunlu, mənalı,
bitkin və diqqətəlayiq olsun.
Azərbaycan ədəbiyyatında bədii əsər adlarının fondu çox zəngindir. Bu adlar kəmiyyətcə
üstünlük təşkil edir, müxtəlif söz və söz birləşmələrindən ibarət olur, leksik tərkibinə, sintaktik
quruluşuna, xarakterik linqvistik əlamətlərinə, forma və məzmununa görə diqqəti cəlb edir.
Ədəbiyyatımızda bədii əsər adlarına nəzm əsərlərinin adları, nəsr əsərlərinin adları və dram əsərlərinin
adları daxildir. Söz yox ki, bir məqalə daxilində bədii əsər adlarını əhatə etmək, onların verilmə səbəbi,
leksik-semantik xüsusiyyətlərini təhlil etmək imkan xaricindədir. Odur ki, yazının həcmini nəzərə alaraq
nəzm əsər adlarının bəzi xarakterik xüsusiyyətləri haqda fikir və mülahizələrimizi bildirmək istəyirik.
Məlumdur ki, tarix boyu Azərbaycan dili və ədəbiyyat tarixində müxtəlif janrlarda saysız-
hesabsız poeziya nümunələri yaradılmış, hər bir əsərə bir-birindən mənalı, yadda qalan adlar verilmişdir.
Bu adlar müəllifin adına möhürlənmiş, şeirdə şairin şəxsiyyəti görünmüş, kimliyi bilinmiş, imzası
yaşamışdır. Məsələn, “Məni candan usandırdı...”, “Söz”, “Padişahi-mülk” qəzəlləri dilə gəldikdə şeir,
sənət aləminin ustadı Mövlanə Məhəmməd Füzuli, “Hayıf ki, yoxdur” dedikdə gözəllik aşiqi Molla
Pənah Vaqif, “Dağlar” dedikdə ustad sənətkar Aşıq Ələsgər, “Azərbaycan” dedikdə istedadlı şair
Səməd Vurğun, “Bakı, sabahın xeyir” dedikdə nəğməkar şair İslam Səfərli, “Vətən mənə oğul desə...”
dedikdə xalq şairi Məmməd Arazın adı yaddaşlarda əksini tapır.
Şeir adları şair təxəyyülünün məhsuludur. Odur ki, şeirə adqoyma hər bir sənətkardan işıqlı
zəka, obrazlı düşüncə, poetik duyum, az sözlə çox fikir ifadə etmək prinsipi tələb edir. Bu baxımdan
xalq şairi Məmməd Arazın şeir adları ədəbiyyata yüksək bədiilik gətirən vasitələrdən biri kimi qüvvətli
üslubi imkanlara malikdir. M.Araz şeirlərinə ad verərkən bu məsələyə yaradıcılıqla yanaşmış, hər bir
adın milli səciyyəsinə, bitkin, yığcam olmasına, konkret və dərin məna tutumuna diqqət etmişdir. Onun
şeirlərinin adı estetik məziyyətinə, məna çalarına görə oxucunu özünə çəkir. Oxucu şairin nə demək
istədiyini, şeirin nədən bəhs etdiyini şeirin adından oxuyur. Məsələn: “Bu millətin dərdi-səri”, “Ayağa
dur, Azərbaycan!”, “Ata millət, ana millət, ağlama”, “Azərbaycan-dünyam mənim”, “Vətən mənə oğul
desə...”, “Ya rəbbim, bu dünya sən quran deyil”, “Bu millətə nə verdik ki?”, “Şahım, qılıncına
söykənim”, “Məndən ötdü, qardaşıma dəydi”, “Babək qılıncı”, “Bizi Vətən çağırır” kimi şeir adları
xalqın tarixi taleyi, azadlıq uğrunda mübarizəsi ilə bağlı olduğunu diktə edir. “Ana yurdum, hər daşına
üz qoyum”, “Dağlar”, “Dağlar məni tanımadı”, “Dağlar küsüb”, “Qanadlı qayalar”, “Dağlara çağırış”,
“Həkim çay”, “Ağlayan qayalar”, “Daş qartal”, “Daş harayı”, “Murova qar yağdı”, “Qızıl qaya”,
“Məmməd Araz qayası”, “Çoban çörəyi, çoban ürəyi”, “Bu yerlər, o yerlər”, “Çinarla söhbət” kimi şeir
adlarında ana təbiətin gözəllikləri tərənnüm olunur, insana saflıq, təmizlik, gözəllik, əzəmət, vüqar verən
dağ adları sərgilənir. Şairin “Söznən zarafat eləmə”, “Artıran söz qədrini”, “Yoxdu sözüm, yoxdu daha”,
“Yoxdu” kimi şeir adlarında sözə yüksək qiymət verilir, sözün hikməti və qüdrəti oxucuya çatdırılır,
“Təəssüfə-təəssüf”, “Bu tərifə inansam”, “Qurd xasiyyəti”, “Bir natiqə tövsiyə” və s. şeir adlarında
cəmiyyətdə özünü gəstərən mənfiliklərə qarşı etiraz səsləri ucalır (2, s. 318).
Məmməd Araz şeirlərinin adı poetik tapıntıdır. Onun şeir adlarında yaradıcılıqla bərabər, elinə,
obasına, xalqına olan məhəbbəti, obrazlılıq, bədiilik əksini tapmış, şeir adları yığcam, düşünülmüş söz
və söz birləşmələri əsasında verilmişdir. Məsələn: “Yaşamağa nə var ki?”, “Mən Araz şairiyəm”, “Ad
günümə”, “Ay allah”, “Ata ocağı”, “Şuşada bir gecə”, “İnsan qayalar”, “Şöhrətə atılan güllə”,
“Yurdumuzun qızları”, “Ağarma, saçım, ağarma!”, “Nənəmin kitabı”, “Bulaq başında”, “Qonşu gəlini”,
“Səhər-səhər”, “Dənizçi”, “Kəklik”, “Ayrılıq”, “Şeirim”, “Ötən günlər”, “Durnaları dönməz oldu”, “Əl
dəydi, çaxmaq daşıyam”, “Gecə nağılı”, “Vəsiyyət”, “Haqqın yoxdu, haqqın var”, “Nə bilim” və s. kimi
şeir adlarında şair qəlbinin çırpıntıları duyulur.
- 6 -
Bu hal şairin “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Qayalara
yazılan səs”, “Atamın kitabı” kimi poema adları üçün də xarakterikdir. M. Araz “Üç oğul anası”
poemasının adını real həyatdan götürmüş müharibədə (1941-1945-ci illərdə) üç oğlunu itirən, gözləri
yol ayrıcında qalan ağsaçlı ananın həyəcan və iztirablarını poemanın adında oxucuya çatdırmışdır.
Müəllifin “Atamın kitabı” poema adı da zəhmətkeş atanın keçdiyi həyat yolu, günü-güzəranı haqda
çox şey deyir (2, s. 318).
Araşdırmalar sübut edir ki, istər xalq şairi M.Araz, istərsə də digər şairlər vətən torpağından,
onun şəhərindən, kəndindən, dağından, daşından ilham alıb əsərlərinə uyğun adlar seçir, adın məna
dəyərinə, yığcam və aydın olmasına ciddi fikir verirlər. Bu baxımdan hazırda Naxçıvanda yaşayıb
yaradan şairlərin şer adları da öz xarakterik əlamətlərinə görə diqqəti cəlb edir. Tədqiqat sübut edir ki,
Naxçıvanlı şairlərin şeir adları məna və məzmunca rəngarəngdir, bu adlar həyatımızın bütün sahələrini
əhatə edir, birbaşa Vətən torpağının coğrafi obyektlərinin adlarını əks etdirir, doğma diyarın onomastik
xəritəsinə çevrilir. Bu baxımdan M.Qasımzadənin “Bənövşə”, “Tut ağacı”, “Daşar, gözəllikdən daşar bu
yerlər”, A.Yadigarın “Bahar - sevgi fəslidir”, “Batabat dağları», V.Məmmədovun “Bura Naxçıvandır”,
“Gəmiqaya misralandı gözümdə”, “Duzdağ mağarasında”, “Ordubad lövhəsi”, ”Köç çiçəyi”, “Meşələr”,
“Dağların”, “Gecə lövhəsi”, “Sizin dağlarda”, gənc şair E.Yurdoğlunun “Gecə qaranlığı, yasəmən və
mən”, ”Payız yağışının səsi”, “Axşamın xeyir, gecə”, “Bura can evidir Azərbaycanın” və s. şeir adları
xarakterikdir.
Şeir adlarında Naxçıvanın təbiəti ilə bağlı mövzulara daha çox üstünlük verilir. Əyilməzlik
simvolu, qürür mənbəyi olan bir-birindən uca, gözəl, “qüdrətdən səngərli” dağ adları sərgilənir:
“Haşadağ”, “Dağlar”, “Gəmiqaya”, “Dağlar da Vətəndir”, “Əlincə”, (M.Qasımzadə), “Telli Tejgar”,
“Gəmiqayada” (V.Məmmədov), “Əlincə” (A.Yadigar), “Salvartıda” (Ə.Muxtaroğlu) və s.
Dağ adları zaman-zaman tarixdə baş vermiş ictimai-siyasi hadisələri, milli yaddaşı, xalqın
yaşam tərzini, məşğuliyyət sahələrini, adət-ənənələrini, coğrafi obyektə ad vermə mədəniyyətini
qoruyub saxlamış, torpağın köksünə dilin yaddaşını yazmışdır. Bu dağların hər biri şairlərimiz üçün
doğma məkan, daim müraciət olunan təbiət abidələridir. Odur ki, söz sahibləri dağlara ucalıq rəmzi,
paklıq, qürur mənbəyi kimi baxmış, onları xüsusi məhəbbətlə tərənnüm obyektinə çevirmişlər.
Şeir adlarında dağ adları ilə yanaşı Naxçıvanın dərin dərə, yaylaq, qala, türbə adları da bədii
vasitə obyektinə çevrilir, bu adlar bədii obraz kimi işlədilir. Məsələn: “Qarabağlar türbəsi”, “Babək
qalası”, “Əshabi-kəhf”, “Fərhad evi”, “Duz saray”, “Çalxanqala”, “Xaraba Gilan”, ”Xanəgah”,
“Gülüstan”, “İmamzadə”, “Şərq hamamı”, “Buzxana”, “Araz boyu, qatar yolu” (M.Qasımzadə),
“Gəmiqaya lövhələri”, “Qız-gəlin çuxuru”, “Qaranquş yaylağında”, “Əyricədə”, “Sədərək qalası”,
“Ordubad lövhələri”, “Yaylaq etüdləri” (V.Məmmədov), “Sən sevgilim, sən anamsan”, “Mömünə-
xatun” (E.Yurdoğlu) və s.
Nəzm əsərlərinin adlarında Azərbaycanın nur mənbələri, dəniz, çay, göl, bulaq, çeşmə adları
böyük məhəbbətlə poetik duyuma çevrilir, doğma respublikamızın, o cümlədən Naxçıvanın hidronimik
sistemi haqqında təsəvvürü genişləndirir. Bu baxımdan “Göy göl“ (Adil Qasımlı), “Xəzər”, Araz
gəlir”, “Göygöl” (Ə.Muxtaroğlu), “A Kür bacım” (X. Kərimli), “Qızlar bulağı”, “Qazan gölüm, Göy
gölüm”, “Dənizdə” (M.Qasımzadə), “Arpaçaya sözüm var”, “Dəniz və sən”, “Dənizə qar yağırdı”,
“Hüseyn bulağı” (V.Məmmədov) və s. kimi şeir adları üçün də xarakrerikdir.
Şeir adlarında fəsillərin təsviri, bölgənin flora və faunası əksini tapır, bu adlar onomastik
informasiya mənbəyinə çevrilir, şairin doğma diyara məhəbbət hissini üzə çıxarır. “Payız lövhələri”
(A.Qasımlı), “Gözəl bir fəsildi qış”, “Bahar gəldi” (Ə.Muxtaroğlu), “Payız da ömrünü başa vuracaq”,
“Yenə də başladı payız yağışı”, “Təbiət lövhələri”, “Qış lövhələri”, ”Payız”, “Bahar”, “Meşə”,
“Meşələr”, “Yağış”, “Günəş” (V.Məmmədov), ”Qış duyğuları”, “Quşlar uçar ilk bahara”, “Külək əsir”,
“Meşədə payız”, “Payız”, “Bulud”, “Səməni” (M.Qasımzadə), “Yağış yağır”, ”Qağayılar”,
“Yasəmənlər açanda”, ”Yağışlı gecədə”, “Bənövşəsənmi?”, ”Bu hava üşütdü məni”, ”Oxu, bülbülüm,
oxu” “Daha qar yağır, qar yağır” (İ.Yusifoğlu), “Səma haqqında ballada”, “Həyatın qışı”, “Payız
yağışının səsi” (E.Yurdoğlu) və s.
Şeir adları daha çox real toponimik vahidlərdən seçilir, hadisənin cərəyan etdiyi məkanla bağlı
yaranır, konkret bir ərazini təsvir edərkən həmin yerin adı olduğu kimi saxlanılır. Məsələn:
“Gəmiqayada”, “Əlincədə qızılgül”, “Şahbuz dağları” (A.Qasımlı), “Bura Şuşadır”, Ordubadın”
- 7 -
(M.Qasımzadə), “Şahbuzum”, “Batabat yaylağında”, “Batabat meşəsində”, “Plov təpə”, “Salvartıda”
(Ə.Muxtaroğlu), “Naxçıvan lövhələri”, “Ordubad lövhələri”, “Duzdağ etüdləri”, “Şərurum”, “Sədərək”
(V.Məmmədov) kimi şeir adları da bu qəbildəndir.
Nəzm əsərlərinin adlarına bədiilik gətirən vasitələrdən biri də saf məhəbbətin tərənnümü, saf
duyğuların aşılanmasıdır. Belə şeir adları bölgədə yaşayan bütün şairlərin yaradıcılıq laborotoriyası
üçün xarakterikdir. Naxçıvanda elə bir şair tapmaq olmaz ki, onun şeir adlarında və şeirin məzmununda
sevgi, saf məhəbbət, gözəl duyğu tərənnüm olunmasın. Məsələn: “Saçları sarı sonam”, ”Sevgi qatarı”,
“Ləçəklərə yazılan sevgi”, “Bir oğlan nağılı, bir qız nağılı”, “Sevgi qatarı” (M.Qasımzadə), “Bəlkə
unudam”, “Sənsizliyə öyrət məni”, “Yaxşı ki, sən mənim həyatımdasan”, “Sən mənim ömrümün payız
nəğməsi”, “Allahım, qoru sən bu məhəbbəti”, “Vəfalım, ay vəfalım”, “Sənin gözlərin”, “Qızlar inciyib
məndən” (V.Məmmədov), “Səni unudacağam deyirsən”, “Məhəbbət istəyirəm”, “Gözəl”, “Sevda yolu”,
“Unut bu sevdanı” (A.Yadigar), “Sənin gözlərindən məhəbbət yağır”, “İlahi bu qızı bəd gözdən gözlə”
(İ.Yusifoğlu), “Bir qız dönüb gül oldu” (H.Bağıroğlu), “Vallah, öldürəcək bu gözlər məni”,
“Məhəbbətin bəsimdi”, ”Sevirəm”, “Dünya böyük, gözəl çox” (Z.Vüqar), “Gecə səni düşünürəm”,
“Söylə, sevirəm səni”, “Ömürün sahilində”(E.Yurdoğlu), “Həsrətimdən saralan qız” (Q.Qərib) və s.
Naxçıvanın şeir mühitində görkəmli sənətkar, alim, şair, yazıçı, həkimlərə ünvanlanmış şeir
adları, xatirə adçəkmə nümunələri də mühüm yer tutur. Məsələn: “Məmməd Araz”, “Məmməd Arazı
gördüm”, ”Füzulinin qəbri önündə”, “Hafiz işığına yol gedirik biz”, “Cavid Sibirdən gəlir”, “Səməd
Vurğunu düşünərkən”, “Nəbi Xəzri”, “Əli Kərim”, “Eldar Baxışa məktub” (V.Məmmədov), “Ulu
Cavid”, “A Məmməd Araz” (A.Yadigar) və s.
Şeir adlarında son 20-25 ildə torpaqlarımıza göz dikmiş erməni işğalçılarının törətdikləri qanlı
faciələr, xalqımızın başına gətirilən fəlakətlər, Qarabağda və Naxçıvanda baş verən ağlasığmaz
hadisələr özünə geniş yer tutur. “Şəhidlər xiyabanında” (X.Kərimli), “Xocalı”, “Dəyanət dəmiydi,
qeyrət dəmiydi”, “Diz çökürəm bu qeyrətin önündə”, “Şəhid ruhu”, “Taxıl zəmisinə düşmən od
atıb”, “Bu kənd niyə yetimdir” (V.Məmmədov), “Şəhid gətirməsin vətən yolları”, “Öp, vətən eşqini
əsgərə göndər”, “Şuşada ürəyim qaldı” (Z.Vüqar), “Şəhidlər xiyabanı”, “Məlhəmimiz Qarabağda”,
“Vətən, bizi bağışla”, “Xocalıya qan yağıb” (Q.Qərib), “Vətən”, “Qara Yanvara gedir”, “Xocalım,
hey...”, “Əsgər inamı”, “Şəhid bacıları”, “Ağlama, qardaş, ağlama”, “Yara sağalmaz yüz ilə”
(İ.Yusifoğlu) və s.
Nəzm əsərlərinin mövzu dairəsi geniş olduğu kimi onun adlarının coğrafiyası da dünyanın bir
sıra ölkə və şəhər, çay, dəniz və göllərinin adlarını əks etdirir. “Xirosima”, “Vyetnam ağıları”
“Vaşinqtonun vicdanı”, “Ukraynanın qızılgülü”, “Alman körpüsü”, “Qəhrəman Minsk”, “Belarus
toyunda”, “Daşkənd böyük eldi”, “Səmərqənd”, “Qars qalası”, “Himalay da bizim dağlar kimidir”
(V.Məmmədov), “Bu yol Təbriz yoludur”, “Üzü Təbrizə-Təbrizə” (A.Yadigar), “Saxalin”, “Gözəl
gördüm Saxalində” (İ.Yusifoğlu) və s.
Bədii əsərlərinin adlarından aydın olur ki, şeir adları dilin daxili imkanlarını üzə çıxarır, bədii
üslubu zənginləşdirir, leksik, morfoloji və sintaktik cəhətdən zəngin dil xüsusiyyətlərini özündə əks
etdirir. Məsələn:
Poeziya nümunələrində bir sözdən ibarət şeir adlar məhsuldar şəkildə işlənir. Məsələn: “Sevgi”,
“Sual”, “Ağrı”, “Ümid”, “Çarə”, “Təzad”, ”Yer”, “Varis”, “Heyf”, “Qayçı”, “Etiraf” (X.Kərimli),
“Daş”, “Şair”, “Təndir”, “Bahar”, “Qəza, “Sifət”, “Gözəl” (V.Məmmədov), “Duet”, “Elegiya”,
(M.Qasımzadə), “Tarix”, “Dünya”, “Kölgə”, “Bələk”, “Gözəl” (A.Yadigar), “Lalə”, “Bənövşə”,
“Ayna” (İ.Yusifoğlu), “ Şair”, “Yalan”, “Qərib”, “Sevgi”, “Məktub” (H.Bağıroğlu), “Gözəl”, “Qardaş”,
“Yazıq” (Z.Vüqar) və s.
Şeir adlarının bir qismi iki və daha artıq sözdən ibarət olur: “Ad günümə”, “Ay yazıq”,
“Dalımca gəlmə”, “Həkim çay”, “Salamat qal”, “Dağlar küsüb”, “Dünya sənin, dünya mənim”,
“Yazı masama”, “Nə bilim?” (M.Araz), “Təbiət oxuyur”, “Bəlkə qayıtdı”, “Tanıt məni”, “Anamdan
məktub”, “Ahıl sevgisi”, “Günəş dostluğu”, “Xoşbəxt adam”, “Bahar təbəssümü”, (X.Kərimli),
“Sözüm yox”, “Dodaqdəyməz təcnis”, “Haqdan zəka aldın”, “Həkim dostuma məktub”, “Kəndə
gəlmişəm” (V.Məmmədov), “Bu dünyanın səbri böyük”, “Dağlar da Vətəndir”, “Şəhərlərə gedən
yollar” (M.Qasımzadə) və s.
Şeir adlarının bir qismi də təyini söz birləşmələri modelində formalaşır.
- 8 -
a) Birinci növ təyini söz birləşməsi modelində olur: “Duz saray” (M.Qasımzadə), “Özgə
millət”, “Bayağı şeir”, “Qoşa bulaq” (X.Kərimli), “Qara əqrəb”, “Yalan dünya” (V.Məmmədov),
“Açıq məktub”, “Qara kağız” (A.Yadigar), “Qar havası” (H.Bağıroğlu), “Yazıq Vətən” (İ.Yusifoğlu),
“Açıq dərs” (Q.Qərib) və s.
b) İkinci növ təyini söz birləşməsi modelində olur: “Azərbaycan bayrağı”, “Payız
duyğuları”, “Qartal ömrü”, “Zirvə ömrü”, “Şair ürəyi”, “Şair ömrü”, “Ağrı dağı”, “Küçə iti”
(X.Kərimli), “Vətən sevgisi”, “Babək qalası”, “Metro fəhləsi”, ”Novruz gecəsi”, “Payız toyları”, “Özgə
ürəyi”, ”Sevgi qatarı”, ”Nağıllar adası”, “Körpə qəlbi”, “Ümid işığı” (M.Qasımzadə), “Azərbaycan
bayrağı”, “Azərbaycan əsgəri”, “Azərbaycan sovqatı”, “Vətən sevgisi”, “Sevda yolu”, “Zirvə yolu”,
“Bahar yağışı”, “Ərk qalası” (A.Yadigar), ”Hüseyn bulağı”, “Ordubad lövhələri” “Həmrəylik günü”,
“Təbiət lövhələri”, “Ulduz müharibələri” (V.Məmmədov), “Torpaq bayatıları”, ”Müəllim ömrü”, “Qəm
nəğməsi” (İ.Yusifoğlu), “Şair dünyası”, “İnsan ömrü”, “Günəş səadəti” (Q.Qərib) və s.
c) Üçüncü növ təyini söz birləşməsi modelində olur: “Naxçıvanım mənim”, “Mənim
könlüm” (X.Kərimli), “Mənim ürəyim”, “Mahirin tələsi”, “Gülşadın dəftəri” (M.Qasımzadə),
“Ömrümün baharı”, “Nənəmin arzusu” (A.Yadigar), “Zamanın hökmü”, “Mənim anam”, “Mənim
dünyam”, “Ukraynanın qızılgülü”, “Qocanın istəyi”, “Şeirin sürəti” (V.Məmmədov), “İlkanənin
hədiyyəsi”, “Arpaçayın uşaqları” (İ.Yusifoğlu), “Sözün yaraşığı”, “Könlümün nəğməsi”, “Mənim
ölümüm” (Q.Qərib) və s.
ç) Şeir adlarının bir qismi bitkin cümlə şəklində yaranır: “Gəzirəm Vətəndə itən vətəni”,
“Bu dünya bir dəyirmandı”, “Mən zamanın sualıyam”, “Bu şöhrətin indisindən qorxuram”,
“Toğluqayanın Savalna məktubu”, ”Şair haqqın yolçusudur” (X. Kərimli), “Mən ayaq üstə gəzən
torpağam”, “Səhnədə Məcnun gəzir”, “Bu yaz kəndimizə qayıdacağam”, “Bir uşaq bələkdə öldü”,
“Duel Rusiyanın dar ağacıydı” (M.Qasımzadə), “Cavid Sibirdən gəlir”, “Döndü Naxçıvanın
salnaməsinə”, “Fani dünya kimə qaldı”, “Mənim kişilərə yazığım gəlir”, ”Ağacdələn, nə qapımı
döyürsən”, “Bir gün bu nağıl da yetəcək sona”, “Payız da ömrünü başa vuracaq”, “Hələ səbrli ol,
hələ döz görək”, “Həyat kitablarda gördüyün deyil” (V.Məmmədov), “Kəsiləcək bu zənglərin
arası”, “Döyüş havaları çaldırmalıyıq”, “Qoy yormasın yollar səni”, “Mən səni çox sevdim”
(A.Yadigar), “O mənim gözümə soyuq dəyibdi”, Deyəsən sən məni ölümdən aldın”, “Bir gün başın
daşa dəyər” (H.Bağıroğlu), “Dərdlərin belimi əydi, ay Vətən”, “Bir qədər tək qalmaq istəyirəm
mən”, “Mənə bir məhəbbət şeiri oxu”, “Ana kəndim, qayıtmışam qoynuna”, “Sən məni bənzətmə
yaz yağışına” (İ.Yusifoğlu), “Yar, məni qəlbindən çıxart”, “Özümə baxmağa ürəyim gəlmir”, “Bu
gün sənin ad günündür” (Q.Qərib) və s.
Bir faktı da qeyd edək ki, son illərin poeziyasında adsız şeirlər silsiləsinə də rast gəlirik. Bu
isə ənənədə şeirin adını ifadə edən dolğun bənddir və müəllifin fikrini konkretləşdirir.
Dostları ilə paylaş: |