The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

ЛИТЕРАТУРА 
 
1.
 
«İncəsənət.  Bəşəriyyətin  misilsiz  sərvəti».  Bakı.  “Ayna  Mətbu  Evi”,  2004, səh. 19-23 
2.
 
S. Mir-Bağırzadə.  “İncəsənət  tarixi”.  Dərslik,  Bakı,  MSA, 2012, səh. 117 
3.
 
Б.Р. Виппер. «Искусство  Древней Греции». Москва, 1972 
4.
 
Популярная  художественная  энциклопедия.  Кн.  II,  «Сов.  энциклопедия»,  Москва, 
1986, стр. 431 
5.
 
В.М. Полевой. «Искусство  Греции». Кн. I, Древний мир, Москва, 1970 
 
XÜLASƏ 
Ləman  Məmmədova  
Krit-Mikena  incəsənəti. Arxeoloji  tədqiqatlar  və kəşflər  
 
Məqalədə  Krit-Mikena  incəsənətindən  bəhs  olunur.  Krit  mədəniyyətinin  çiçəklənmə 
dövründə  Knosda  zəngin  divar  rəsmləri  və  rəngli  relyeflərlə  bəzədilmiş  mürəkkəb  memarlıq 
quruluşuna  malik  hökmdar  sarayı  tikilmişdir.  Sarayda  ilk  dəfə  olaraq  mühəndislik  və  memarlıq 
möcüzələri  tətbiq  olunmuşdur  –  çoxmərtəbəli  evlər,  təbii  və  süni  işıqlanma  sistemi,  su  kəməri  və 

- 152 - 
kanalizasiya,  istilik,  hava  təmizləyici.  Arxeoloji  qazıntılar  1900-cu  ildən  ingilis  arxeoloqu  Artur 
Evans  tərəfindən  aparılmışdır.   
Məqalədə,  həmçinin,  arxeoloji  kəşflərin  sistematik  ardıcıllığı  göstərilmişdir.  Yunanıstanın 
Krit-Mikena  dövrünün  öyrənilməsi  H.  Şliman,  V.  Dörpfeld  və  xüsusilə  Evansın  arxeoloji 
qazıntılarının  nəticələrinə  əsaslanır.  Krit  və  Peloponnesdəki  saray,  Peloponnesdəki  siklop  şəhər 
divarları  və  məqbərə  qalıqları  sübut  edir  ki,  artıq  e.ə.  II  minillikdə  bu  ərazilərdə  erkən  quldarlıq 
dövlətləri  mövcud  olmuşdur.   
Krit-Mikena  mədəniyyətinin  yunan  arxaika  incəsənətinə  qüvvətli  təsiri  olmuşdur.   
 
 
      
 
ABSTRACT 
Laman  Mamadova 
Crete-Mycenaean Art.   
Archaeological  Research and discoveries 
The  article  is  about  the  Crete-Mycenaean  art.  Knosda  rich  culture  of  Crete  during  the 
blooming  period  sophisticated  architectural  design,  decorated  with  wall  paintings  and  colored 
relyeflərlə  palace  of  the  king.  Tədbiqolunmusdur  engineering  and  architectural  wonders  of  the 
palace  for  the  first  time  -  high-rise  buildings,  natural  and  artificial  lighting,  water  supply  and 
sanitation,  heating,  havatəmizləyici.  Archaeological  excavations  have  been  carried  out  since  1900 
by the  British  archaeologist  Arthur  Evans.   
The  article  also  contains  a  sequence  of  systematic  archaeological  discoveries.  Crete-
Mycenaean  period  in  Greece  H.  Shliman  study,  based  on  the  results  of  archaeological  excavations 
V.  Dorpfeld  and  especially  Evans.  Peloponnesdəki  Crete  and  the  palace,  mausoleum  of  the  city 
walls  and  the  remains  of  the  Cyclopes  Peloponnesdəki  proves  that  the  BC  Slavery  in  the  states 
where  it  existed  in  the early  second  millennium.   
Crete-Mycenaean  culture  of  archaic  Greek art was influenced  by the  strong.   
 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Xalq rəssamı H. Əliyev   
 
                                                                                            
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 153 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
 BƏNÖVŞƏ  RZAYEVA 
XALİDƏ MƏRDANOVA 
                                                                                      Naxçıvan Dövlət Universiteti   
UOT:  781        
                                                                
ÜMUMMİLLİ LİDER HEYDƏR  ƏLİYEVİN   MİLLİ DƏYƏRLƏRİMİZƏ QAYĞISI 
 
              Açar  sözlər: Azərbaycan, Heydər Əliyev, mədəniyyət, milli-mənəvi, musiqi. 
              Key words:  Azerbaijan, Heydar Aliyev, culture, national,  spiritual, music.             
              Ключевые 
слова:  Азербайджан,  Гейдар  Алиев,  культура,  национально-  
нравственные ценности, азербайджанская музыка. 
 
XX  əsr  Azərbaycan    xalqı    tarixində  siyasi,  elmi-  mədəni  inkişaf  baxımından  çox  önəmli  
olmuşdur.  1920-ci  ildə  ölkəmiz  Rusiya  tərəfindən  işğal  olunaraq    müstəqilliyini    itirmiş    və  
Azərbaycan    xalqı    sovet  ittifaqı  deyilən  qurumun  tərkibinə  daxil  edilmişdir.  Həmin  dövrlərin 
çətinliklərinə  baxmayaraq,  xalqımız  mədəniyyətini,  incəsənətini,  milli  mənsubiyyətini  saxlamışdır.
 
 
 
XX  əsrin  son  on  illiyində  ikinci  dəfə  müstəqillik  qazanan  xalqımız  bu  dəfə  də  öz  azadlığını  
itirmək  təhlükəsi  ilə  qarşılaşdı.  Belə  bir  çətin  vəziyyətlə  üzləşən  xalq  özünün  uzaqgörən,  dünya 
şöhrətli  siyasətçi  oğlu  möhtərəm  Heydər  Əlirza  oğlu  Əliyevi  özünə  rəhbər  seçdi.  Heydər  Əliyevin 
yeritdiyi  daxili  və  xarici  siyasət  nəticəsində  müstəqil  dövlətçiliyimizin  üzləşdiyi  təhlükə  aradan 
qaldırıldı,  suveren  ölkəmizdə  milli  dirçəliş,  sosial-iqtisadi  tərəqqi,  mədəni  intibah  yüksək  sürətlə 
inkişaf  etməyə  başladı.  Şübhəsiz,  müstəqilliyin  ilk  illərində  ölkəni  qlobal  problemlərin 
məngənəsindən  yalnız  Heydər  Əliyev  zəkası  xilas  edə  bilərdi.  Heydər  Əliyev  qüdrətinin  ölkədə 
yaratdığı  ictimai  sabitlik  xarici  dövlətlərin  siyasi  elitasını,  iş  adamlarını,  mədəniyyət  və  incəsənət 
xadimlərini  Azərbaycanla  əməkdaşlıq  etməyə  ruhlandırdı. 
 
Azərbaycan  xalqının  Ulu  öndəri  Heydər  Əliyev  ölkəmizin  inkişafı    naminə,  bütün  sahələrdə 
olduğu  kimi,  milli-mənəvi  dəyərlərimizə,  onların  öyrənilməsinə  və  təbliğ  olunmasına  böyük 
əhəmiyyət  verir,  Azərbaycan  mədəniyyətinin  dünya  sənət  xəzinəsinə  verdiyi  töhfələrlə  başqa 
xalqların  nümayəndələrini  tanış  etmək  məsələsini  daim  diqqət  mərkəzində  saxlayırdı.  Dahi 
şəxsiyyət  demişdir:  “Dünya  xalqları  arasında  əlaqələrin  daha  da  genişləndirilməsində,  mehriban 
dostluq  münasibətlərinin    formalaşmasında  mədəniyyətin  müstəsna  yeri  vardır”.(1,s.  3) 
 
Qloballaşma  prosesinin  geniş  vüsət  aldığı  indiki  dövrdə  milli  mədəniyyyətlərin  qorunub 
saxlanılması,  inkişaf  etdirilməsi  xüsusilə  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan  dövləti  öz 
azadlığını  əldə  etdikdən  sonra  mədəni  irsin  qorunub  saxanılması  və  təbliğ  edilməsi,  mədəniyyətin 
inkişafı  üçün  daha  münasib  şəraitin  yaradılması,  mədəniyyət  və  incəsənət  nümayəndələrinin  azad 
yaradıcılıq  imkanları  ilə  təmin  edilməsi  yolunda  müntəzəm  olaraq  zəruri  tədbirlər  həyata 
keçirmişdir.   
     
Ölkə  konstitusiyasında  mədəniyyətlə  bağlı  müddəalar,  tarix  və  mədəniyyət  abidələri, 
muzeylər,  arxiv  və  kitabxanalar,  kinematoqrafiyalar,  dil  və  folklor  kimi  mədəni  sərvətlər  haqqında 
müvafiq  qanunları  Ulu  öndərin  Azərbaycan  mədəniyyətinə  davamlı    qayğısının  əyani    ifadəsi  kimi 
göstərmək  olar.        
       
Ümummilli  Lider  dönə-dönə  vurğulayırdı  ki,  hər  bir  xalqın  mədəni  irsi  onun  milli  sərvəti, 
tarixi,  bu  günüdür.  Azərbaycan  mədəniyyəti  dünyanın  ən  qədim  mədəniyyətlərindən  sayılır.(1,s7) 
O,  həmişə  Azərbaycan  mədəniyyətini,  onun  sənətkarlarını  yüksək  qiymətləndirmiş,  bütövlükdə 
mədəniyyətimizin 
inkişafına  zəmin  yaratmışdır.  Bütün    nəhəng  fəaliyyətini  öz  millətinin 
xoşbəxtliyinə  həsr  edən  Heydər  Əliyev  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə  başqa  sənət  sahələri  ilə 
yanaşı    Azərbaycan  bəstəkarlıq  məktəbinin  və  musiqişünaslığın  inkişafına  böyük  diqqət  və  qayğı  ilə 

- 154 - 
yanaşmışdır.  Hələ  1969-1982-ci  illərdə  SSRİ-nin  digər  respublikaları  ilə  müqayisədə  böyük 
teatrların  səhnələrində,  əzəmətli  konsert  salonlarında  Azərbaycanın  görkəmli  bəstəkarlarının  səhnə 
əsərlərinin  tamaşaya  qoyulması  məhz  Ulu  Öndərin  incəsənət  xadimlərinə  göstərdiyi  diqqət  və 
qayğının  nəticəsi  idi.  Dahi  siyasətçinin    uzaqgörənliyi,  millətinə  və  sənət  adamlarına  sonsuz 
məhəbbəti  Azərbaycan  Respublikasının  hərtərəfli  inkişafı  naminə  həyata  keçirdiyi  böyük  işlər 
sayəsində  musiqimiz  dünyada  tanındı.  Dahi  şəxsiyyətin  həm    Azərbaycan  klassik    poeziyası    həm 
də  klassik  musiqimiz    haqqındakı  çıxışları  geniş    məlumatlarla  zəngin  idi.(2,s  8)  Bu  mənada, 
Heydər  Əliyev  milli–mənəvi  dəyər,  milli  sərvət  kimi  yüksək  qiymətləndirdiyi  muğamlara,  xalq 
musiqisinə  milli  ruhda  tərbiyənin,  milli  zəmində  bədii-estetik  tərbiyənin  vacib  amili  kimi  yanaşır, 
buna  görə  də  onların  qorunması  və  yaşaması  üçün,  istedadlı  xanəndə,  ifaçı  və  müğənnilərə  hər  cür 
dövlət    qağısı  göstərilməsi  üçün  əlindən  gələni  əsirgəmirdi.  O,    muğamların,  xalq  musiqisinin,    xalq 
rəqslərinin  yalnız  ənənəvi  yolla  deyil,  eyni  zamanda  peşəkar  bəstəkar  yaradıcılığı  vasitəsilə 
yaşamasına  da böyük  əhəmiyyət  verirdi. 
1975-ci  ildə  dahi  bəstəkar  Üzeyir  Hacıbəylinin  90  illiyinin  sovetlər  birliyi  ərəfəsində  geniş 
və  yüksək  səviyyədə  keçirilməsi  respublikanın  XX  əsr  tarixində  əsil  mədəniyyət  hadisəsinə  
çevrildi.  Ü.  Hacıbəyovun  yaradıcılığına,  çoxşaxəli  fəaliyyətinə  böyük  ehtiramla  yanaşaraq  dahi 
sənətkarın  xidmətləri  və musiqisi  haqqında  dəfələrlə   dəyərli  və maraqlı  fikirlər  söyləmişdir.   
H.  Əliyev  yubiley  tədbirlərində  də  fəal  iştirak  edərək,  bəstəkarın  musiqi  irsinin  bütün  SSRİ 
respublikanın  gəncləri  arasında  güclü  təbliğ  olunmasına  şərait  və imkan  yaratmış  oldu.  (2,10) 
Ü.  Hacıbəylinin  ev  muzeyinin  yaradılması  isə  Azərbaycan  musiqi  mədəniyyətində  əbədi  iz 
qoyan  hadisəyə  çevrildi. 
 Azərbaycan  bəstəkarlarının      yaradıcılıqları  ilə  tanış  olmaq,  onların  konsertlərində  iştirak 
etmək  və  əsər  bitdikdən  sonra  bir  qayda  olaraq  müəlliflərlə,  ifaçılarla  görüşərək,  öz  rəyini, 
təşəkkürünü  fikirlərini  onlarla  bölüşdürmək    Heydər  Əliyev  şəxsiyyətin  özünəməxsus  ənənəsi,  iş 
üslubu  idi.   
Sənət  adamlarının    yaradıcılıqlarını  yüksək  qiymətləndirərək,  onları  öz  yaradıcılıqlarını  
daha da inkişaf  etdirmələri  üçün  ruhlandırırdı. 
Heydər  Əliyev  musiqi  sənətinə  milli  özünüdərkin,  milli  şüurun  çox  mühüm  atributu  kimi 
yanaşmış  və bu münasibətini  xalq  qarşısındakı  tarixi  xidmətləri  ilə  sübut  etmişdir. 
Ulu  öndər  Azərbaycanın  görkəmli    bəstəkarlarından  Qara  Qarayevin  Moskvada  keçirilən  60 
illik  yubleyində    şəxsən  iştirak  etmişdir.  O,  Azərbaycan  Respublikasına    rəhbərlik  etdiyi  dövrdə 
görkəmli  bəstəkar  Qara  Qarayev  Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  görülmüş,      SSRİ  Ali 
Sovetinin  deputatı  seçilmişdir,  AMEA-nın  həqiqi  üzvü    seçilmişdir.  Heydər  Əliyevin  öndərin 
rəhbərlik  etdiyi  illərdə    yenə  də  korifey  sənətkarlarımızdan  görkəmli  bəstəkarımız  Fikrət  Əmirov 
SSRİ  xalq  artisti,    Sosialist  Əməyi  Qəhrəmanı  kimi  yüksək  təltiflərə  layiq  görülmüş,    dövrün  ən 
yüksək  mükafatı  olan  “Lenin”  ordeni  ilə  təltif  edilmiş,  Azərbaycan  SSR  EA-nın  müxbir  üzvü  
seçilmişdir.  Həmin  dövrün  dünya  şöhrətli  drijoru  maestro  Niyazinin  yaradıcılığı    dövlət  rəhbəri 
tərəfindən  yüksək  qiymətləndirilərək  ona  Sosialist  Əməyi  Qəhrəmanı,  SSRİ  xalq  artisti,    SSRİ  və 
Azərbaycan  SSR Dövlət  mükafatları  ilə  təltif  edilmişdir.        
 
Görkəmli  Azərbaycan  bəstəkarı    Arif    Məlikovun  yaradıcılığı  ilə  ulu  öndər  daim 
maraqlanmış  və    onun  sənətini  yüksək    qiymətləndirmişdir.  Arif  Məlikov  Azərbaycan 
Respublikasının  rəhbərliyi  tərəfindən  Azərbaycan  Respublikasının  xalq  artisti,  SSRİ  xalq  artisti, 
Azərbaycan  Respublikasının  Dövlət  mükafatı  Laureatı,”  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
müxbir    üzvü,  “Şərəf    Nişanı”  Ordeni,  İstiqlal    Ordeni  kimi  yüksək  mükafatlarla  təltif  edilmişdir. 
Belə  mükafatlarla  təkcə  bəstəkarlar  deyil,  eləcə  də  incəsənətimizin  digər  sahələrində  çalışan  sənət  
adamları  mükafatlandırılmışdır.(2,  s13)  Azərbaycan  dövləti  müstəqillik  əldə    etdikdən  sonra 
bəstəkarlarımızın  xaricdə  müxtəlif  musiqi  festivallarında,  beynəlxalq  müsabiqələrdə,  dünyanın 
mötəbər  mədəniyyət,  musiqi  layihələrində  iştirak  etmək,  Azərbaycan  musiqisini  dünyada  təmsil 
edib,  onu    bir  daha  beynəlxalq  aləmdə  tanıtdırmaq    imkanları  daha  geniş  şəkildə  həyata 
keçirilməkdədir.  Müstəqil  Azərbaycan  dövlətinin  incəsənət  xadimləri  ulu  öndərin  “Dünya  xalqları 
arasında  mehriban  dostluq  əlaqələrinin  yaradılmasında    mədəniyyətin  müstəsna  yeri  vardır”  kimi 
tövsiyələrini  özlərinə  örnək  götürərək  bu  ideyaları  yüksək  səviyyədə  həyata  keçirməyə  nail 

- 155 - 
olmuşlar.  İstedadlı  sənət  adamları  öz  yaradıcılıqları  ilə  Azərbaycan  musiqisini    dünyada  təmsil  edib, 
onu  bir  daha  tanıtdırmaq  imkanlarını  genişləndirmişlər.  Belə  ki,  Azərbaycan  yenidən  müstəqillik 
əldə  etdikdən  sonra  Türkiyədə  A.Məlikovun    (7  saylı  simfoniyası),  V.  Adıgözəlovun  (  “Çanaqqala” 
aratoriyası),  Kipirdə  T.  Bakıxanovun  (“  Quzey  Kipir  fəsilləri”,  “Quzey  Kipir  Süitası”)  və  başqa 
bəstəkarların  əsərlərinin  premyeraları  keçirilmişdir.  Hollandiyada  F.  Qarayevin  (“Xütbə,  Muğam, 
Surə”,  “Babil  qiyaməti”),  F.  Əlizadənin  (  “İlğım”),  R.  Həsənovanın  (“Səma”)  əsərləri  ifa  edilmişdir. 
“İpəkyolu”  layihəsində  F.Əlizadənin  “Dərviş”  və  C.  Quliyevin  “Karvan”  əsərləri  hər  iki  bəstəkara  
uğur    qazandırmışdır.  YUNESKO  və  Yaponiyanın  keçirdiyi  müsabiqədə    F.  Hüseynovun  “Zamana 
səyahət”  simfonik  orkestr  üçün  konserti  səslənmiş  və  müəllif  müsabiqənin  qalibi  olmuş  və 
bəstəkarın   “Qoy dünyada  sülh  olsun   aratoriyası”   BMT-nin  mükafatına  layiq  görülmüşdür. 
 
 Azərbaycanda  muğam  ifaçılığı  tarixində  əvəzsiz  xanəndə  olan  Qədir  Rüstəmovun  ulu  öndər  
Heydər  Əliyev  tərəfindən  qəbul  etməsini  və  onun  sənətinin  yüksək  qiymətləndirməsini  bir  daha  
xalq  musiqimizə  və  onun  mahir  ifaçılarına  dövlətimiz  tərəfindən  göstərilən  qayğının  əyani  ifadəsi 
kimi  göstərə  bilərik. 
 
Ölkəmizdə  milli  dəyərlərimizə  göstərilən  qayğının  nəticəsi  sayəsində  2009-cu  ildə 
Azərbaycan  aşıq  sənəti  YUNESKO-nun  qeyri-maddi  mədəni  irsin  Reprezentativ  siyahısına  daxil 
edilmişdir.  Bu  da  Azərbaycan  qədim    aşıq  sənətinin    beynəlxalq  miqyasda  tanınmasına    və  daha  da 
inkişaf   etməsinə  imkanlar  yaradır.(2,s87)   
1999-cu  ildə    mahir  muğam  ifaçısı  Alim  Qasımov  muğam  sənətinin  inkişafı  və 
təkmilləşdirilməsi  yolunda  naliyyətlərinə  görə  YUNESKO -nun   qızıl  medalı  ilə  təltif  edilmişdir.   
 
Göründüyü  kimi,  Azərbaycan  dövləti  öz  müstəqilliyini  əldə  etdikdən  sonra    incəsənətin 
bütün  sahələrində  olduğu  kimi  musuqi  sahəsində  də  beynəlxalq  əlaqələr  genişlənmişdir.  Bakı 
şəhərində  xarici  musiqiçilərin    iştirakı  ilə    beynəlxalq  musiqi  festivalları  əsasən  Heydər  Əliyev 
fondunun  hazırladığı  layihə  əsasında  həyata  keçirilir.  Bu  layihələrin  təşəbbüsü  ilə    Dünya  şöhrətli 
musiqiçilərdən  -  Mstislav  Rastrapoviç,  Bella  Davidoviç  və  Dmitri  Sitkovetski  Respublikamıza 
dəvət  edilmiş,  onlar    böyük  həvəslə    Bakıya  gəlib    fərqli    konsert    proqramları  ilə    çıxış  etmişlər. 
Heydər    Əliyevin  yaratdığı  müasir  Azərbaycan    Avropa,      ümumən  dünyanın  yüksək  dəyərlərini 
qəbul  edən  ölkəyə  çevrilmişdir.  Ulu  öndərin  siyasi  xəttini  uğurla  davam  etdirən  Prezident    İlham  
Əliyev  ölkəmizin  siyasi,  iqtisadi  və  mədəni  irsinin    daha  da  inkişaf  etdirir.  Müasir  dövrdə 
Azərbaycan 
mədəniyyətinin 
  çiçəklənməsi,  intibahı  Heydər  Əliyev  fondunun  prezidenti 
YUNESKO və  İSESKO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  adı ilə  bağlıdır.(3,s3) 
 
Qədim  tarixə  malik  olan  muğam  sənətinin  son  dövrlərdə  daha  da  şöhrətlənməsi,  yayılma 
coğrafiyasının  genişlənməsi  birbaşa  Heydər  Əliyev  fondunun  prezidenti  Mehriban  xanım 
Əliyevanın  təşəbbüsü  ilə  həyata  keçirilir.  Mehriban    xanımın  təşəbbüsü  və  rəhbərliyi  ilə  həyata 
keçirilən  muğam  layihələrindən:  “Muğam  irs”,  “Muğam  dəsgah”,  “Muğam  Ensiklopediyası”, 
“Muğam  İnternet”,  “Muğam  Antologiya”,  “Muğam  dünyası”,  “Muğam  mərkəzi”  beynəlxalq 
aləmdə  muğamın  təbliği    və  tanıdılması,  Azərbaycan  muğam  sənətinin  yaşadılması,  qorunub 
saxlanılması  və gələcək  nəsillərə  ötürülməsi  məqsədlərinə  xidmət  edir. 
 
Səsyazılarını,  elektron  və  çap  nəşrlərini  özündə  ehtiva  edən  bu  layihələrdə  dünyamiqyaslı 
tədbirlərin,  beynəlxalq  festivalların  və  müsabiqələrin  keçirilməsi  də  nəzərdə  tutulmuşdur.  Bu 
baxımdan  2009  və  2011-ci  illərdə  Bakıda  “Muğam  aləmi”  Beynəlxalq  musiqi  festivalının 
keçirilməsi,  festival  çərçivəsində  elmi  simpoziumlar,  muğam  ifaçılarının  beynəlxalq  müsabiqəsi  və 
müxtəlif  konsertlər,  dünyanın  hər  yerindən  tamaşaçıların  diqqətini  cəlb  edən  televiziya  muğam 
müsabiqələrinin  təşkili  Azərbaycan  muğamının  zəngin  irsin  canlandırılmasına  imkan  yaratmışdır.   
Muğam  sənətinin  öyrənilməsində  və    muğam  ifaçılarının  səsyazıları  irsinin  qorunmasında  
Heydər  Əliyev  Fondu  tərəfindən    hazırlanan  “Azərbaycan  muğamı”  tədrisi  vəsaiti,  “Qarabağ 
xanəndələri”,  “Muğam  ensiklopediyası”  nəşrlər  çox  qiymətlidir  və  bütün  bunlar  müasir  dövrdə  
milli  dəyərlərimizin  əsas  daşıyıcısı  olan    muğam  sənətinin  tədqiqi  və  təbliğini  daha  da 
genişləndirmişdir.  Bu  sənətin  öyrənilməsində    və  gələcək  nəsillərə  çatdırılmasında  əsas  mənbə    not 
yazıları  və  səs  yazılarıdır.  Məlum  olduğu  kimi,  şifahi  ənənəli  Azərbaycan  musiqisində  səsyazma 
mühüm  və  əhəmiyyətli  bir  işdir.  Bu  baxımdan  sənətşünaslıq  doktoru,  professor  Taryel  Məmmədov 
tərəfindən  həyata  keçirilən  qədim  qrammofon  vallarının  bərpası  xüsusilə  diqqətəlayiqdir.(3,s6) 

- 156 - 
Keçən  əsrin  əvvəllərindən  qrammafon  vallarına,  sonralar  isə  maqintafon  lentlərinə  yazılmış, 
xanəndə  və  sazəndə  dəstələrinin  ifa  etdiyi  muğam  və  digər  xalq  musiqi  nümunələri  Heydər  Əliyev 
fondunun    Muğam  irs  layihəsi  tərəfindən  bərpa  edilərək  müasir  texniki  vasitələrə  köçürülmüşdür. 
T.Məmmədovun  müəllifi  və  rəhbəri  olduğu  “Azərbaycan  diskoqrafiyası”  internet  sayıtında    muğam 
sənəti  dünyanın  istənilən  yerində  internet  istifadəçilərinin  xidmətinə  verilmişdir.  Bütün  bunlar 
muğam  sənətinin  tədqiqi  üçün  üçün,  muğam  ifaçılarının  yaradıcılıq  irsinin  öyrənilməsi    üçün 
qiymətli  əyani  vəsaitdir.   
Heydər  Əliyev  ideyalarını  həyata  keçirən      Mehriban  xanımın  Əliyevanın  səyi,    bacarığı  və 
təşkilatçılığı  nəticəsində  mədəniyyət  sahəsində  çalışan  yüzlərlə  incəsənət  xadimi,    o  cümlədən  uzun 
müddət  Vətən  həsrəti  cəkən  dünya    şöhrətli  ifaçılar  Azərbaycana  dəvət  olunmuşdur.  Həmin 
musiqiçilərdən  Rusiyanın    məşhur  Violençel    ifaçısı  Mstislav  Rastrapoviç,      Nyu-Yorkun    Cülyard  
universitetinin  professoru  Bella  Davidoviç,  Belfast  simfonik  orkestrinin  baş  drijoru    Dimitri  
Sitkovetski,  Rusiyanın  ən  tanınmış  rəqs  kollektivi  olan  İqor  Moiseyevin  rəhbərlik  etdiyi  ansambl 
böyük  həvəslə  Bakıya  gəlmiş,  onlarla  beynəlxalq  səviyyəli  müsabiqə,  festivallarda  iştirak  etmişlər. 
Bu  cür  mədəni  əlaqələrin    həyata  keçirilməsi  Heydər  Əliyev  fondunun    qarşıya  qoyduğu  ən  mühüm 
vəzifələrdəndir.    
 
ƏDƏBİYYAT 
 
1. 
Azərbaycan 
Milli 
Elmlər 
Akademiyası 
Memarlıq 
və 
İncəsənət 
İnsitutu                                                             
Azərbaycan  musiqi  tarixi.  Bakı  , 2012, 1-ci cild,  s.3,7. 
2.  Abduləliyev  A.  Heydər    Əliyev    və  Azərbaycan  musiqi  mədəniyyəti  //  “Musiqi  dünyası”    jurnalı, 
Bakı,   2008, № 12, s.8,10, 13,87. 
3.B. Rzayeva.   “Rəhab”  muğamı  (dərs vəsaiti).  Bakı  ,“Elm  və  təhsil”  , 2014 s. 3,6. 
                                                            
ABSTRACT 
                                                                       Banovshe Rzayeva 
Our  national  leader Heydar  Aliyev s care to our  national  values. 
 
In  the  article  the  author  talks  about  our  national  leader  Heydar  Aliyevs  care  to  our  national 
values.The  author  gives  explanation  about  our  prominent  composers  and  musicians  propagate  of 
Azerbaijan  music  with  their  creative  works  in  the  international  scale  within  last  years.In  the  article 
succesful  achievements  of  the  projects  in  this  area  which  Heydar  Aliyev  implemented  are  special 
emphasized.   
 
  
РЕЗЮMЕ 
              Бановша Рзаева               
Забота общенационального  лидера Гейдара Алиева о национальных ценностях 
 
В  статье  говорится  о  заботе  общенационального  лидера  Гейдара  Алиева                                                          
о  национально-нравственных  ценностях  азербайджанского  народа.  В  ней  подчеркивается, 
что  благодаря  этой  заботе  в  последние  годы  в  международном  масштабе  широко 
пропагандируется  азербайджанская  музыка,  созданная  видными  нашими  композиторами  и 
музыкантами. В этом плане особое внимание концентрируется на проектах, осуществляемых 
Фондом Гейдара Алиева. 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:Filologiya  üzrə fəlsəfə doktoru, dosent  S.Surə   
 
 
 

- 157 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
                                                                                          GÜLXARƏ    ƏHMƏDOVA                                                                                                                                  
                                                                                          Naxcıvan Dövlət Universiteti    
UOT:792       
MƏKTƏB TEATRI  ƏNƏNƏLƏRİ VƏ ZAMAN 
 
 
Açar  sözlər: məktəb teatrı, tələbə aktyorlar, studiya, festival,musiqili tamaşa 
 
Key words:  school theatre, student actors, studio, festival, musical play 
 
Ключевые  слова:  школьный  театр,  студенты  актеры,  студия.  фестивал, 
музыкальный спектакль. 
 
Yarandığı  gündən  həyatilik  və  realizm  yolunu  tutmuş  Azərbaycan  teatrı  böyük  əzm  və 
dönməzlik  nümayiş  etdirərək  kütlələr  arasında  işığı,  maarifi  yaymağa  çalışmışdır. 
Maarifçilik  ideyalarının  formalaşması  və  inkişafı  dövrü  kimi  səciyyələnən    ХIХ  əsrdə 
sosial-  siyasi,  ədəbi-  estetik  düşüncənin  bütün  sahələrində  ,  həmçinin  səhnə  sənəti  sahəsində  də 
böyük  dəyişikliklər  baş  vermişdir.  ХIХ  əsrin  ikinci  yarısından  başlayaraq    Azərbaycanda  teatra 
meylin  güclənməsi  ,  həvəskar  səviyyəsində  olsa  da  müasir  ədəbi-estetik  prinsiplərə  uyğun  gələn 
tamaşalar  hazırlamaq  mümkün  olmuşdur. 
1920-ci  ilin  aprelindən  başlayan  sovetlər  hakimiyyəti  ölkəmizin  ictimai-mədəni  həyatında 
öz  xarakterinə  görə  yeni  mərhələ  idi.  Belə  bir  mərhələdə  azərbaycan  teatrının  yaranması  və 
inkişafında  məktəbin  və  xalq  müəllimlərinin  rolu  çox  böyük  ölmuşdur.  Demək  olar  ki,  məktəb  teatrı 
ənənələri  Azəbaycan  profesional  teatr sənətinin  yaranması  və inkişafının  əsası  olmuşdur.   
Görkəmli  teatrşünas  professor  Cəfər  Cəfərov  yazirdı  “O  zamankı  müstəmləkə  Azərbaycan 
şəhərində  milli  teatr  başqa  cür  də  yarana  bilməzdi.  O  yalnız  həvəskar  tamaşaları  əsasında  doğulub 
özünə  yol  aça bilərdi”  (1,417 s.) 
XIX  əsrin  sonları  və  XX  əsrin  əvvəllərində    ziyalıların  məktəb  teatrlarına,  gənclərdən  ibarət 
Teatr  Studiyalarına    xüsusi  diqqət  yetirməklərində  əsas  məqsədləri  milli  düşüncəni  əks  etdirən,  milli  
teatr  sənətinin    inkişafına  nail  olmaqdan  ibarət  idi.  Digər  mədəni  təsisatlar  kimi  teatr  da  yeni  ideya  
ilə  yaşayan  gənc  nəslin  tərbiyəsi,  eyni  zamanda  aktyorlar  cərgəsinə  həqiqətən  istedadlı,  incəsənəti 
sevən  adamlarla  təmin  etməkdən  ötrü  geniş  ideoloji  təbliğata  başlamışdı. 
Akademik  İsa  Həbibbəyli  yazır  :  “XIX  əsrin  80-90-cı  illərində  teatr  və  məktəbin 
birləşməsinin  mühüm  əhəmiyyəti  var  idi.  Bu  iki  qüvvətli  ideoloji  mərkəzin  eyni  mövqedən  fəaliyyət 
göstərməsi  milli  şüurun  oyanışına,  maarifçilik  hərəkatının  ritminin  sürətlənməsinə  ciddi  təsir 
göstərmişdir”.  (4, s.178) 
 Azərbaycanın  əksər  qüdrətli  sənət  adamlarının  professional  səhnəyə  gələn  yolu  da  elə 
məktəb  teatrından  başlanmışdır.  Özfəaliyyət  dərnəklərinin  üzvlərindən  böyük  bir  qismi  sənətə 
maraq  və  istedadı  ilə  seçilən  məktəbli  həvəskarlardan  ibarət  olmuşdur.  Görkəmli  səhnə  ustaları 
vaxtilə  orta  təhsil  almaqlq  yanaşı,  özfəaliyyət  kollektivlərinin  fəal  iştirakçıları  kimi  çıxış  etmişlər. 
Onlar  yaradıcılıq  fəaliyyətlərinə  məktəb  yaşlarından  başlamışlar. 
Bu  gün  xalqımızın  tarixi,  adət-ənənələri,  milli  və  ümumbəşəri  dəyərlərləri  tamaşa,  oyun  və 
rəqslər  vasitəsilə  universitetlərdə  və  məktəblərdə  geniş  şəkildə  təbliğ  edilir.  Milli  bayramlar  və 
tarixi  günlərdə  hazırlanan  belə  tamaşa  və  oyunlar  xalqımızın  milli  adət  və  ənənələrinin  yetişən  nəsil 
tərəfindən  qorunub  yaşadılmasına,  bədii  qiraət,  şeir  müsabiqələri,  ədəbi-bədii  kompozisiyalar, 
oratoriyalar  isə  xalqımızın  görkəmli  şəxsiyyətlərinin  həyat  və  fəaliyyətlərinin  öyrənilməsinə, 
müstəqilliyimizin  əbədi  olduğu  inamının  möhkəmlənməsinə,  Azərbaycançılıq,  insanpərvərlik, 
vətənpərvərlik  ideyalarının  formalaşmasında  böyük  rol  oynayır.  Bu  gün  artıq  ali  təhsil 
müəssisələrində  teatr  studiyalarının  geniş  şəbəkəsi  yaradılmışdır. 
 Bu  gün  ümumilli  lider  Heydər  Əliyev  siyasi  kursunu  ləyaqətlə  davam  etdirən  Prezident 
İlham  Əliyev  milli  teatrımızın  inkişafına  xüsusi  qayğı  göstərir.  Azərbaycan  Respublikası 

- 158 - 
Prezidentinin  19  fevral  2007-ci  il  tarixli  “Azərbaycan  teatr  sənəntinin  inkişaf  etdirilməsi  haqqında” 
Sərəncamı  teatrların  inkişafında  əsl  dönüş  yaratmışdır.  Prezident  İlham  Əliyevin  “Azərbaycan  teatrı 
2009-2019-cu  illərdə  “Dövlət  Proqramı”nın  təsdiq  edilməsi  haqqında  Sərəncamı,  “Azərbaycanda 
peşəkar  milli  teatrın  yaradılmasının    140  illik  yubileyi  haqqında”  imzaladığı  sərəncam  və  digər 
sənədlər  teatr  sənətimizin  yeni  inkişaf  mərhələsinə  qədəm  qoymasına  şərait  yaratmışdır. 
Orta  və  ali  təhsil  müəssisələrində  fəaliyyət  göstərən  rəqs,  musiqi,  dram  dərnəklərində, 
studiyalarda  keçirilən  müxtəlif  növ  tədbirlər  özünün  məzmun  və  formasına  görə  müstəqillik 
dövründə  inkişafımızı  təmin  edən  tələblərin  daşıyıcısına  çevrilmişdir.    
Bu  gün  Naxçıvanda  teatr  və  incəsənətin  digər  sahələri  üzrə  ixtisaslı  kadrların  hazırlanması 
işinə  xüsusi  əhəmiyyət  verilir.  Bu  işdə  ali  teatr  məktəbləri    ilə  yanaşı,  sahə  universitetlərində 
yaradılan  studiyalar  da  əhəmiyyətli  rol  oynayır.  Naxçıvan  Dövlət  Universitetində  fəaliyyət  göstərən 
Tələbə  Teatr Studiyası   buna  çox gözəl  nümunə  sayıla  bilər.  (10,7) 
Bu  studiyanin  fəaliyyətinin  əməli  nəticəsi  kimi  2001-ci  ildə  Naxçıvan  Dövlət  Universitetinin 
İncəsənət  fakültəsində  Teatr  və  mədəniyyətşünaslıq  kafedrası  yaradılmasıdır.    Bu  gün  artıq, 
universitetdə  “Aktyor  sənəti”  ixtisası  üzrə  aktyor  tələbələr  təhsil  alır.  Bu  isə  muxtar 
respublikamızda  ixtisaslı  aktyor  kadrlarına  olan  təlabatın  ödənilməsi  probleminin  həll  edilməsində 
mühüm  əhəmiyyət  kəsb edir.   
Artıq,  studiya  universitetin  mədəni  həyatının  tərkib  hissəsinə,  çoxminli  kollektivin  mənəvi-
estetik  ehtiyaclarının  ödənilməsi  işinə  xidmət  edən  mədəniyyət  ocağına  çevrilmişdir. 
Studiyanın  ilk  tamaşası  “Kitabi-Dədə  Qorqud”  dastanlarının  motivləri  əsasında,  tanınmış 
alim,  dramaturq  Kamal  Abdullanın  “Beyrəyin  taleyi”əsəri  əsasında  hazırlanmış  “Beyrəyin  andı” 
tamaşası  olmuşdur.  Tamaşa    ilk  dəfə  olaraq  1999-cu  ilin  may  ayının  29-da  Naxçıvan  Dövlət 
Universitetinin  səhnəsində  baş  tutdu.  Tamaşa  “Kitabi-Dədə  Qorqud”  dastanlarının  1300  illiyinə 
Tələbə  Teatr Studiyasının  layiqli  töhfəsi  idi. 
 Tamaşaya  baxan  əsərin  müəllifi  Kamal  Abdulla,  Respublikanın  xalq  artisti    Həsənağa 
Turabov,  tanınmış  teatr  rejissoru  Azər  Paşa  Nemətov  və    sənətşünaslıq  üzrə  elmlər  doktoru  İlham 
Rəhimli  tamaşa  haqqında  xoş təəssüratlarını  yaradıcı  kollektivlə  bölüşmüşlər. 
Həmən  il  iyul  ayında  Türkiyə  Cümhuriyyətinə  dəvət  olunumuş  kollektiv  Bayburt  şəhərində 
uluslararası  “Dədə  Qorqud-  1300”  mədəniyyət  və  sənət  festivalında  “Beyrəyin  andı”  tamaşasını 
uğurla  nümayiş  etdirmiş,  festivalın  xüsusi  diplomuna  layiq  görülmüşlər.  (11,8) 
Beləliklə  Naxçıvan  Dövlət  Universitetinin  Tələbə  Teatr  Studiyası  öz  işinə  uğurla  başlamış  
və  bu  günə  qədər    on  yeddi  illik    teatr  təcrübəsində  “Beyrəyin  andı”,  türk  yazıçısı  Turan 
Oflazoğlunun  “Atatürk”  (2000),  Cəlil  Məmmədquluzadənin  “Anamın  kitabı”  (2001),  “Ölülər” 
(2004),  “Poçt  qutqsu”  (2005),  ”Danabaş  kəndinin  məktəbi”  (2006)  Həmid  Arzulunun  “Qaçaq 
quşdan”  əsəri  əsasında  səhnələşdirilmiş  “Milaxda  həyəcan”  (2005),  Nazim  Hikmətin  “Qəribə 
adam”  (2012),  Esxilin  “Zəncirlənmiş  Prometey”  (  2013),  Adil  Babayevin  “Sarı  gəlin”  (2014),  Elnur 
Rzayevin  “Boz”  (2005)  tamaşalarını  universitet  səhnəsində,  eyni  zamanda  muxtar  respublika,    onun 
bütün  rayonlarında,  Bakıda,  hətta  respublikamızdan  kənarda-Türkiyə  Cümhuriyyətinin  onlarla 
universitetində  uğurla  nümayiş  etdirmişdir.  (9) 
Tələbə  Teatr  Studiyasının    yaradıcı  kollektivi  bu  tamaşalarda  vətənpərvərlik,  ədalətlilik  , 
prinsipiallıq,  ideal  liderlik,  yüksək  keyfiyyətlərə  malik  şəxsiyyət,  yüksək  mənəvi  dəyərlərə,  milli  və 
ümumbəşəri  xarakterə  sahib  olan  obrazlar  yaratmaqla,  müstəqil  dövlətçilik  ənənələrinə  sadiq  oıa 
biləcək  yeni  nəslin  estetik  zövqünün  və  yeni  düşüncə    tərzinin  formalaşması  istiqamətində  dəyərli 
işlər  gormüşlər.  (5) 
 Tamaşalarda    Beyrəyin    dərin  psixologizmi,  həyati  fəlsəfə,  Mustafa  Kamal  Atatürkün 
obrazındakı  cümhuriyyət  uğrunda  mübarizə,  xalq  və  rəhbər,  millət  və  lider  birliyinin  gücü, 
təntənəsi,  əlli  milyonluq  xalqı  anamız  azərbaycanın  başına  dolanmağa,  dilimizi,  milli  mənliyimizi 
qorumağa  çağırış,  estetik  ideal  kimi  bu  ali  qanunu  bir  daha  tamaşaçıya  çatdırmaq  əsas  qayə 
olmuşdur.  “Ölülər”  tamaşaslnda  kefli  İsgəndərin  dili  ilə  xalqın  mənəvi-ruhi  aləmində  böyük 
yeniliklər  yaratmaq    idealının  qeyri-adi  təzahürünü  ğöstərərək,  mövhumat  və  cəhalətin  tüğyan 
etməsinə  yol  vermədən,  mənəvi  buxovları  qırıb  dağıtmağı,  durğunluqu,  geriliyi  cəmiyyət  hə-
yatından  silib  atmağı   tələbə  aktyorlar  həvəslə  səhnəyə  gətirmişlər. 

- 159 - 
 Teatr  insanlığı  mənəvi  aşılanmaya  qarşı  mübarizəyə  ruhən,  mənən  həmişə  hazır  olmağa 
çağıran  bir  tribunadır.  Türk  dünyasının  böyük  şairi  Nazim  Hikmət  də  bu  tribunadan  xalqa  mənəviy-
yatsızlığa,  pul  və  ucuz  şöhrət  düşkünlüyünə  susamışlaraın    qarşısına    çıxan  “Qəribə  adam”ın  dili  ilə 
müraciət  edir  və  insanları  inandırır  ki,  məhz  mənəvi  olan  insanın  ən  ali,  uca,  təmiz  keyfiyyətləridir. 
Bu  tamaşada  da  tələbələr  öhdələrinə  düşən  vəzifəni  bacarıqla   yerinə  yetirmişlər.  (6)  
Studiyanın  2013-cü  ildə  hazırladığı  antik  dövrün  faciə  ustası  Esxilin  “Zəncirlənmiş 
Prometey”  tamaşası  yaradıcı  qüvvələrin  azadlıq  və  həqiqət  uğrunda  min-min  illər  boyu 
çarpışmalarının,  mənəvi  -  psixoloji  əzablarının  tərənnümünə  həsr  olunmuşdur.  Bu  tamaşada  rejissor 
bütün    səhnə  imkanlardan  istifadə  edərək    canlı  musiqili  xor  yaratmağa  da  nail  olmuşdur. 
Tamaşadakı    canlı  musiqilərin  bəstəkarı  və  xorun  təşkilatçısı  universitetin  “Teatr  və  mədəniyyətşü-
naslıq”  kafedrasının  baş  müəllimi,  Naxçıvan  Muxtar  Respublikasının  Əməkdar  incəsənət  xadimi, 
Azərbaycan  Bəstəkarlar  İttifaqı  Naxçıvan  Təşkilatınınn  sədri  Şəmsəddin  Qasımovdur. 
Tələbə  aktyorların  istedadlı  oyunu  tamaşaçıların  çox  böyük  marağına  səbəb  olmuş,  bu  tama-
şa  studiyanın  digər  tamaşalarından  fərqli  olaraq  dünya  teatr  təcrübəsində  oldüğu  kimi  xor  ifaçıları  
və  canlı  musiqisi  ilə  seçilmiş  teatrsevərlər  tərəfindən  studiyanın  yeni    nailiyyəti  kimi 
qiymətləndirilmişdir. 
Adil  Babayevin  “Sarı  gəlin”  pyesi  də  Tələbə  Teatr  Studiyasının  səhnəsində    məhz    Naxçıvan 
Dövlət  Universiteti  Tələbə  inşaat  dəstəsinin  həyatından  bəhs  edən,  orada  baş  verən  yenilikləri, 
irəliləyişi  əks  etdirən  gözəl  bir   musiqili  tamaşaya  çevrilmişdir. 
Tələbə  Teatr  Studiyasının  hazırda  üzərində  işlədiyi  ,  studiyanın  yetirməsi,  gənc  istedadlı 
tələbə  aktyor  Elnur  Rzayevin  ssenarisi  əsasında  hazırlanan  “Boz”  pantomim  tamaşasıdır.  Bu 
tamaşada  Tələbə  Teatr  Studiyası    öz  repertuarında  yeni  janra  müraciət  etmişdir.  Bu  əsər    ilə  Tələbə 
Teatr  Studiyası  respublikanın  paytaxtı  Bakıda    2015-ci  il    aprel  ayında  “Narkomaniyaya  qarşı” 
mövzusunda  kecirilən  Gənclərin  III Umumrespublika  Teatr  Festivalında  iştirak  edəcəkdir. 
Zaman..,  zamanın  yaddaşı  da,  tələbi  də    nəsillərə  örnəkdir.  Bu  günun  teatr  repertuarı  da 
zamanın  tələbinə  görə,  təyin  olunur.  Bu  mənada  Naxçıvan  Dövlət  Universitetinin  Tələbə  Teatr 
Studiyası    öz  fəaliyyətində    yeni-  yeni  janrlara  müraciət  etməzsə  yeniləşə,  inkişaf  edə  bilməz, 
tamaşaçı  zövqünü  oxşaya  bilməz. 
Bu  baxımdan  həvəskar  müəllim,  tələbə  və  şagirdlərin  göstərdikləri  tamaşalar  səhnə 
mədəniyyətimizin  iki  mühüm  istiqamətinin-  məktəb  teatrı  və  peşəkar  teatrın  təməl  daşları  olmuşdur. 
Yarandığı  gündən    maarifçilik  hərəkatının  tərkib  hissəsi  kimi  teatrın  məktəbə  köməklik  göstərməsi, 
əldə  edilən  vəsaitlə  gənclərin  təhsil  almalarına  əməli  şəkildə  yardımlar  olunması,  bəlkə  də,    bir  çox 
xalqların  mədəniyyət  tarixində  görünməmiş  bir  hadisə  idi.  Bu  cəhət  isə  məktəb  teatrı  ilə 
professional  teatrın  qarşılıqlı  əlaqələrinin  şərti  olmuşdur. 
Məktəb  teatrı  bu  gün  də  tələbə  teatrı  kimi  gəncliyin  biliklərə  və  yüksək  tərbiyəvi 
keyfiyyətlərə  yiyələnməsi  işində,  gənc  nəslin  özfəaliyyət  bacarıqlarının  inkişafında    mühüm  rol 
oynayır,  onun  mədəni  irsimizin  çox  mühüm  sahəsi  kimi  yeri  və  mövqeyini  uzun  zamanlar  üçün 
qoruyub  saxlamağa  zəmanət  verir.     
 
ƏDƏBİYYAT 
 
1.
 
Cəfərov  C.H. Azərbaycan  dram  teatrı.  Bakı,  Azərnəşr,  1959, 417 s. 
2.
 
Язимова  С.N. Тялябя Tеатр студийасынын уьурлары. “Шярг гапысы” гяз., 2006, 15 
феврал                                     
3.
 
Hacı  T.Q.  “Qəribə  adam”  (Naxçıvan  Dövlət  Universitetində  ali  məktəbin  Tələbə  Teatr 
Studiyasının  quruluş  və  təqdimatında  Nazim  Hikmətin  eyni  adlı  dramı  göstərilib),  “Azad 
Azərbaycan”  qəz., 2012, 17 aprel. 
4.
 
Həbibbəyli  İ.Ə.  Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri.  Bakı,  Azərnəşr,  1997, 
s.178)  
5.
 
Тялябя  актйорлар Игдырда. “Азярбайжан”  гяз., 2000, 4 май 
6.
 
Тялябя  актйорлар  Игдырда.  “  Республика”  гяз.,  2000,  4  май  Нахчыван  Тялябя 
Театр Студийасынын йени тамашасы. “Шярг  гапысы” гяз.,  2000, 29 март 

- 160 - 
7.
 
Тялябя  Театр Sтудийасы. “Азярбайжан  мцяллими” гяз.,  1999, 6-12 май  
8.
 
Тялябя  Театр  Студийасынын  йени  тамашасы.  “Азярбайжан  мцяллими”  гяз.,  2000, 
29 ийун 
9.
 
Тялябя  Театр Sтудийасы. “ Ядябиййат” гяз.,  2000, 26 май 
10.
 
 Тялябя  Театр Sтудийасы. “Ядябиййат” гяз.,  1999, 24 сентйабр. 
11.
 
Тялябя  Театр Студийасынын йени тамашасы. “Шярг  гапысы” гяз.,  2000, 29 март                                                                      
                                                                                                          
ABSTRACT 
Gulkhara   Ahmedova   
Traditions  of school theatre and  time 
The  article  explores  the  way  the  Students’  Theatre  Studio  of  Nakhchivan  State  University 
passed.  It  is  stated  that  the  Azerbaijan  Students’  Theatre  traditions  are  followed  here  and  this 
Students’  Theatre  at  the  University  can  be  an  example  to  other  universities  of  Azerbaijan  in  the 
development  of our theatre  and dramaturgy.   
 
                                        
РЕЗЮМЕ 
 
Гюульхара   Ахмедова  
Традиции  школного  театра и время 
В  статье  выло  исследовоно    пройденный  руть  студенческой  Театральной  Студии 
Нахчыванского  Государственного  Университета.  Здесь  тагже  рассказывается  о  традициех  
Азербайжанского  школьного  театра  которые  продолжается  до  сих  пор.  СТС  НГУ 
показывается  как  образеч  другим  университетам  Азербайжана  в  пути  развития 
ночионального театра и драматургии. 
 
                                                                                        
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 
İ.Məhərrəmova 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 161 - 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
GÜNAY  MƏMMƏDOVA  
Naxçıvan Dövlət Universiteti 
UOT:78 
AZƏRBAYCAN  XALQ  MUSİQİSİNDƏ FORMA MƏSƏLƏSİ 
 
Açar  sözlər: milli musiqi, xalq rəqsləri,  musiqi forması, ritm, melodiya, stuktur 
Key words:  national music, people music, music form, ryitm, melody,  structure 
Ключевые  слова:  Национальная  музыка,  народные  танцы,  музыкальная  форма, 
ритм, мелодия, структура 
 
     
Oyun  havaları  Azərbaycan  xalq  musiqisinin  digər  janrları  ilə  lad-intonasiya  cəhətdən  sırf  
bağlı  olur.  “Bəhrli  janr  qrupuna”  (M.S.İsmayılov)  daxil  olan  mahnını  təsnif  və  rənglərlə  müqayisə 
etsək  onlar  arasında  bəzi  fərqli  cəhətlərlə  yanaşı,  həm  də  bir  çox  ümumi  melodik  və  ritmik  cəhətləri 
də  göstərmək  olar.  Forma  quruluşuna  gəldikdə  isə  oyun  havalarının  adları  çəkilən  janrlarından  daha 
çox fərqli  olduğunu  görürük. 
    
Azərbaycan  və  digər  Şərq  musiqişünasları  milli  forma  nəzəriyyəsi  sahəsində  olan  müəyyən 
boşluğu  doldurmaq  üçün  Avropa  nəzəri  təliminə  üz  tutmuşlar.  Buna  görə  də  şifahi  ənənəli  xalq  və 
profesional  Azərbaycan  musiqisini  həmin  yöndən  araşdırararkən  mürəkkəb  və  ziddiyətli  bir 
vəziyyət  ortaya  çıxır.  Əsrlər  boyu  müxtəlif  xalq  musiqi  janrlarında    özünəməxsus    üslublar  təşəkkül 
tapsa  da,  onların  formasının  izahında  klassik  Avropa  musiqisinin  meyarları  tətbiq  edilmiş  və  bu 
uyğunsuzluq  tədricən  aradan  qaldırılmışdır.  Məsələn,  muğam  dəstgahlarında  suita  və  hətta  sonata 
cizgilərini  axtarmaq  kimi  yanlış  səmərəsiz  meyllər  olmuşdur.  Belə  bir  vəziyyət  bununla  izah  olunur 
ki,  indiyə  qədər  ali  musiqi  məktəblərində  tədris  olunan  musiqi  əsərlərinin  təhlili  məhz  Avropa 
bəstəkarlıq  sənətinə  əsaslanmış  və  onun  kompozisiya  quruluşu  özünə  xas  nəzəriyyə  əsasında  izahını 
tapmışdır.   
     
Eyni 
zamanda, 
Azərbaycan 
musiqişünasları 
milli 
musiqimizin 
janr 
və 
üslub 
keyfiyyətlərindən  irəli  gələn  xüsusi  strukturlara  əsaslanaraq  klassik  nəzəriyyənin  müddəalarını 
yaradıcılıqla  tətbiq  etmiş  və  bir  sıra  spesifik  qanunauyğunluqları  aşkara  çıxara  bilmişdirlər.    Bu 
istiqamətdə  tədqiqatları  yenə  də  davam  etdirib  milli  musiqi  formaları  haqqında  bitkin  bir 
nəzəriyyəyə  ehtiyac  vardır.  Kifayət  qədər  öyrənilmiş  olan  iri  həcmli  janrların  forma  cəhəti  daha 
dərindən  öyrənilmişdir  (muğamat  dəsgahları,  aşıq  havaları).  Nə  qədər  qəribə  olsa  da,  folklor 
yaradıcılığına  aid  edilən  kiçik  həcmli  mahnı  və  oyun  havalarına  nisbətən  az  diqqət  yetirilmişdir. 
Oların  struktur  növləri  tam  şəkildə  sistemləşdirilmişdir.  Bu  baxımdan  oyun  havalarının  öyrənilməsi 
müəyyən  uğurlu  təcrübəyə  baxmayaraq,  istənilən  səviyyəyə  gəlib  çatmamışdır.  Janrın  daxilində 
mövcud  olan  müxtəlif  laylar  (folklor  sinkretizmini  əks  etdirən  mahnı-rəqslər,  kənd  zurnaçılarının 
ənənəvi  havaları  və yeni  nümunələr)  etnomusiqişünaslıq  cəhətdən  ciddi  şəkildə  araşdırılmalıdır. 
 
Son  zamanlara  qədər  əldə  olan  materialların  kifayət  qədər  olmaması  və  kiçik  həcmli  not 
nəşrləri  ilə  məhdudlaşması  xalq  rəqs  musiqisi  sahəsində  geniş  tədqiqatlar  aparmağa  imkan 
verməmiş  və  təbii  ki,  janrın  forma  növlərinin  öyrənilməsinə  də  müəyyən  əngəl  törətmişdir.  2002-ci 
ildə  fəal  folklor  toplayıcısı  Rauf  Bəhmənliyə  məxsus  böyük  həcmli  (150  nümunədən  ibarət)  və 
səriştəli  “Azərbaycan  xalq  rəqsləri”  not  məcmuəsinin  nəşr  olunması  janra  qarşı  musiqişünaslıq 
marağını  artırmış,  həm  də  onun  forma  xüsusiyyətlərini  öyrənməyə  yaxşı  imkanlar  açmışdır.  İndi 
metodoloji  cəhətdən  ortaya  çıxan  əsas  vəzifələr  Avropa  musiqi  nəzəriyyəsinin  bacarıqlı  tətbiq 
olunmasından 
və 
forma 
məsələsini 
başqa 
janrlar 
timsalında 
öyrənmiş 
Azərbaycan 
musiqişünaslarının  təcrübəsindən  faydalanmaqdan  ibarətdir. 

- 162 - 
      
Klassik  Avropa  musiqi  nəzəriyyəsinin  mühüm  bir  tərkib  hissəsini  musiqi  formaları  haqqında 
təlim  təşkil  edir.  Musiqi  forması  haqqında  nəzəriyyə  həmin  mədəniyyətdə  bərqərar  olmuş  bütün 
quruluş  tiplərini  əhatə  edir.  Bundan  başqa,  bəzi  struktur  qanunauyğunluqlarını  qeyri-  Avropa 
mədəniyyətlərində,  o  cümlədən  şifahi  ənənəli  Azərbaycan  musiqisinin  müxtəlif  janrlarında  da 
axtarıb  tapmaq  olar.  Bununla  belə,  klassik  formalarının  milli  musiqi  yaradıcılığına  tam  uyğun 
gəlmədiyini  və  burada müstəqil  prinsiplərin  fəaliyyətini  də qeyd etmək  lazımdır. 
     
Elə  həmin  səbəbdən  Azərbaycan  musiqişünasları  xalq  musiqi  janrlarının  quruluş 
xüsusiyyətlərini  öyrənərkən  onların  özünəməxsus  qanunauyğunluqları  ilə  qarşılaşmış,  tədricən 
xarici  nəzəriyyə  ilə  milli  təcrübə  arasındakı  uyğunsuzluqları  aradan  qaldırmalı  olmuşdur.  Şifahi 
ənənəli  Azərbaycan  xalq  və  professional  musiqisinin  başlıca  janrları  –  klassik  muğamlar,  aşıq 
havaları,  dini  oxumalar,  hətta  folklor  yaradıcılığına  aid  edilən  xalq  mahnıları  və  oyun  havaları  kimi 
janrlardan  hər  biri  bir-birindən  fərqli  quruluş  prinsiplərinə  malikdirlər.  Bu  fikir  xüsusi  nəzəri 
tədqiqatlar  nəticəsində  təsdiq  olunmuşdur. 
    
Müxtəlif  xalq  yaradıcılığı  sahələrinin  forma  müstəvisində  araşdırılması  zamanı  qiymətli 
təcrübə  əldə  edilmişdir.  Ü.Hacıbəyovun  kamil  lad  nəzəriyyəsi  forma  təşəkkülünə  də  işıq  tutduğu 
üçün  sonrakı  nəsillərin  musiqişünasları  -    M.S.İsmayılov,  R.Zöhrabov,  E.Babayev,  R.Məmmədova 
tərəfindən  muğam  sənətinə  uğurla  tətbiq  olundusa,  Ə.Eldarova,  T.Məmmədov,  A.Ozan  (Kərimli), 
K.Dadaşzadə  aşıq  havalarının  forma  qanunauyğunluqlarının  tədqiqi  ilə  məşğul  oldular.  Xalq 
mahnıları  və  oyun  havaları  sahəsində  eyni  məsələ  B.Hüseynli,  R.İsmayılzadə,  Ə.Ələkbərova, 
Ə.Məmmədova  tərəfindən  bu və ya başqa dərəcədə öyrənilmişdir. 
     
Musiqi  nümunələrinin  tematik  məzmunu  kiçik  özəklərdən  və  onların  inkişafından  hasil 
olduğu  üçün,  əvvəlcə,  oyun  havalarının  sintaktik  quruluşuna  diqqət  yetirək.  Xalq  mahnılarında  rast 
gəlinən  təməl  prinsipləri  oyun  havalarında  da  özünü  göstərir  (periodiklik,  cüt  periodiklik,  bölünmə, 
cəmlənmə  və  s.).  Lakin  instrumental  oyun  havaları  söz  mətnindən,  yəni  şerin  quruluş 
çərçivələrindən  azad  olduğundan  sırf  musiqi  inkişafına  yol  açılır.  Doğrudur,  bəzi  nümunələrdə 
sinkretik  folklorla  varislik  əlaqələri  sayəsində  şeirin  misra  və  bənd  (kuplet)  quruluşları  da  özünü 
göstərə  bilər.  Xalq  mahnılarında  olduğu  kimi,  rəqs  melodiyalarında  da  periodik  strukturların  rolu 
böyükdür.  Bir  ibarənin  və  ya  musiqi  cümləsinin  eynilə  təkrarı  aa  hərfləri  ilə  işarələnir.  Əgər  biz 
tematik  özəklə  onun  variantlı  təkrarı  (aa
1
+aa
1) 
və  ya  iki  müxtəlif  özək  qoşalaşırsa  (ab+ab)  cüt 
periodiklikdən  danışmaq  olar.  Folklorşünas  –alim  B.Hüseynlinin  müşahidəsinə  görə,    “adətən  ən 
çox təkrar qısa  melodiyalı  rəqs havalarında  tətbiq  edilir”.
 
     
Qədim  mənşəli  oyun  havalarımızın  bəsit,  lakin  cilalanmış  mövzu  özəkləri  saf  çeşmədən  baş 
alıb  durula-durula  zəmanəmizə  qədər  gəlib  çatmışdır.  Müasir  musiqi  həyatının  qarışıq  və  mürəkkəb 
bir  durumunda  ənənəvi  havaların  yaşadılması  üçün  təkcə  onların  mövzusunu  əxz  etmək  kifayət 
deyil.  Xalq  ifaçıları  həm  də  tematizmin  tərtibatını  və  inkişafını  da  müxtəlif  variantlaşmalar,  
keçidlər,  sonluq  və  əlavələrlə  birlikdə  təcrübi  yolla  öyrənir.  Musiqişünasların  vəzifəsi  isə  inkişafın 
prinsiplərini  və quruluş  özəlliklərini  nəzəri  cəhətdən  açıqlamaqdan  ibarətdir. 
    
Oyun  havalarının  mövzu  özəkləri  kiçik  ritm  –  intonasiya  formullarından  ibarət  olsa  da, 
(“Ovşarı”,  “Ceyranı”  və  s.)    xalq  sənətkarlarının  təcrübəsində  bitkin  və  mütənasib  tərtibata  salınır. 
Formanın  müəyyən  çərçivə  daxilində  variantlaşması  ilə  yanaşı  variant  prinsiplərin  də  aşkarlanması 
vacibdir  və  praktikaya  müsbət  təsir  göstərə  bilər. 
    
Təcrübəli  ifaçılar  müəyyən  tərtibata  saldıqları  oyun  havalarını  adətən  kuplet  qismində  daha 
bir  neçə  dəfə  çalırlar.  Bu  ənənə  insturmental  rəqs  melodiyalarına,  sözsüz  ki,  xalq  mahnılarından 
keçmişdir  və  bu  iki  janr  daxilində  kupletlərarası  variant  münasibətləri  təxminən  eynidir.  Buna  görə 
də  xalq  mahnıları  kimi  oyun  havalarını  da  nota  yazarkən  adətən  1  kupletlə  kifayətlənirlər.  Lakin 
müxtəlif  ifa  versiyalarını  götürdükdə,  oyun  havaları  daha çox variantlaşmaya  meyllidir. 
    
 Ladın  formayaradıcı  imkanları  nisbətən  iri  həcmli  quruluşlarla  özünü  göstərir.  “Rəqs 
musiqisinin  tanınmış  tədqiqatçısı  professor  B.Hüseynli  bu  barədə  yazmışdır:  “Azərbaycan  xalq  rəqs 
musiqisinin  lad  əsasını,  intonasiya  avaz  quruluşunu  zənginləşdirən,  onu  daha  geniş  diapazonlu 
melodiyalara  çevirən  ifadə  üsullarından  biri  də  melodiya  daxilində  ladın  bir  istinad  pərdəsindən 
digər  istinad  pərdəsinə  keçmək,  bir  laddan  başqa  lada  meyl  və  ya  bir  laddan  başqa  lada  tam  keçid  – 
modulyasiyadır.”  Belə  quruluşlar  təkamülün  nəticəsində  meydana  gəlmiş  və  qədim  havalarda 

- 163 - 
(məsələn,  kəndli  folklorunda)  gözə  çarpmır.  Xalq  musiqi  yaradıcılığın  müxtəlif  qatları  özündə 
təkamül  prosesinin  mərhələlərini  əks  etdirdiyindən  müvafiq  musiqi  nümunələri  və  ya  onların 
müxtəlif  variantları  diqqətlə  təhlil  olunmalıdır. 
    
   Lad  (bəzən  də  lad-tonallıq)  inkişaflı  quruluşlarda  formaya  nəzərən  aydınlaşdırıcı  rol 
oynayır.  Ümumi  lad  ahəginin  yeniləşməsi  hətta  tematik  cəhətdən  oxşar  elementləri  bir-birindən 
ayırd  etməyə,  formanın  hissələri  arasında  sədd  çəkməyə  qadirdir.  Məsələn,  “Sima”  oyun  havasının 
başlanğıc  və  orta  bölmələri  tematik  cəhətdən  bir-birinə  yaxın  olsalar  da,  lad  etibarilə  fərqlənirlər.  İlk 
musiqi  qurumunda  “re”  səsinin  arabir  xatırlanması  onun  mayə  funksiyasını  (re-sur)  bildirirsə,  daha 
sonra  cazibə  mərkəzi  “fa”  səsinə  düşür  və  bu amil  hissələri  bir-birindən  ayırır. 
       
 Yeni  lad  ahənginin  yaranması  orta  bölmənin  göstəricisidirsə,  ilkin  mayənin  qayıdışı  (“re”-
sur)  yeni  intonasiya  materialı  əsasında  baş  verir  və  lad-tonal  repriza  səciyyəsi  daşıyır.  Beləliklə, 
nəzərdən  keçirdiyimiz  bu  nümunədə  formanın  inkişafı  ladın  inkişafı  ilə  paralel  davam  edir.  Orta 
bölmə  ilə  repriza  eyni  bir  hissə  (ikinci)  daxilində  birləşdiyindən  bütöv  forma  lad-tonal  reprizalı  iki 
hissəli  forma  kimi  təyin  olunur.  Bu  kimi  formanın  başqa  nümunələrdə  də  təsadüf  olunması  lad 
amilinin  təsiri  ilə  bağlıdır. 
       
 Maraqlıdır  ki,  əks  hallarda  (yəni  eyni  bir  ladın  əhatəsindən  çıxmamaq  şərti  ilə  tematik 
yeniləşmə)  formanın  inkişafında  yeni  bir  mərhələ  (hissə)  açmır  və  əvvəlki  cümlənin  əlavəsi  kimi 
təsir  bağışlayır.  Bir  sıra  nümunələrdə  birdən  artıq  əlavələr  zəncirinin  olması  da  eyni  hallarda  baş 
verir. 
     
 Akademik  V.Asafyevin  musiqi-intonasiya  nəzəriyyəsinə  əsasən  forma  quruluşu  musiqi 
mövzuları  və  onların  inkişaf  prinsiplərinin  nəticəsi  olaraq  kristallaşır.  Orijinal  musiqi  dili  ilə  seçilən 
Azərbaycan  klassik  muğamlarında  tədqiqatçılarımız  tematizmin  özünəməxsus  təzahürlərindən  bəhs 
edirlər  (R.Zöhrabov,  Ş.Mahmudova  və  b.).  Eyni  cəhəti,  sözsüz  ki,  dəqiq  ritmik  quruluşlu  oyun 
havalarına  da,  şamil  etmək  olar.  Lakin  bu  janrda  (xüsusən  də  onun  ənənəvi  nümunələrində) 
mövzunun  kiçik  həcmi  və  sintaktik  quruluşu  çox  önəmli  rol  oynayır.  Bəzi  oyun  havaları  ikixanəli 
ibarələrin  ardıcıllaşması  ilə  başlayırsa,  digər  nümunələrdə  üç  və  dördxanəli  mövzu  elementlərini  də 
göstərmək  olar. 
     Lakin  digər  tərəfdən  Azərbaycan  xalq  musiqisində,  o  cümlədən  oyun  havalarında 
tematizmlə  yanaşı  forma  təşəkkülünün  daha  bir  güclü  mənbəyi  vardır  ki,  bu  da  ladın  zəngin 
intonasiya  potensialı  və  inkişafı  ilə  bağlıdır.  İstinad  pərdələrinin  dəyişməsi  və  ya  onların  sadəcə 
registr  münasibətləri  (zil-bəm  və  ya  əksinə)  yeni  bölümlərində  period  forması  tam  mənada  hasil 
olmadan  inkişafın  yeni  mərhələyə  keçməsi  kifayət  qədər  nümunələrdə  özünü  göstərir.  Əgər 
başlanğıc  bölmə  periodu  əmələ  gətirmirsə,  o  zaman  2  və  ya  3  hissədən  ibarət  bütöv  formanın  da 
fərqli  olduğunu  söyləmək  olar.  Beləliklə  də,  forma  təlimi  ilə  əlaqəar  bir  sıra  anlayışları  və  3  hissəli 
formalar  və b.) şərti  mənada  işləndiyini  etiraf  etməliyik.   
     
Azərbaycan  musiqişünaslarının  müxtəlif  janrlar  timsalında  aşkar  etdikləri  formayaradıcı 
prinsiplər  qismən  rəqs  havalarına  da  şamil  edilə  bilər.  Buna  görə  də  həmin  qiymətli  təcrübənin  ən 
mühüm  cəhətlərini  ümumi  şəkildə  nəzərdən  keçirək. 
     
Dahi  bəstəkar  və  musiqişünas-alim  Ü.Hacıbəyov  Azərbaycan  şifahi  musiqisinin  janrlar 
sistemində  ilk  növbədə  muğam  dəstgahlarına  və  onların  lad  əsasına  xüsusi  əhəmiyyət  vermiş  bu 
amilin  rəngarəng  təzahürlərini  (melodiya,  quruluş,  dramaturgiya)  və  forma  təşəkkülündə  oynadığı 
mühüm  rolu  nəzəri  cəhətdən  sübut  etmişdir. 
  Ü.Hacıbəyov  ritm  məsələsinə  xüsusi  bir  tədqiqat  əsəri  həsr  etməsə  də,  bu  barədə  özünün 
dəyərli  fikirlərini  söyləmiş  və  dolayısıyla  ritm  ilə  formanın  qarşılıqlı  əlaqələrinə  də  toxunmuşdur. 
O,  “Azərbaycan  musiqi  həyatına  bir  nəzər”  adlı  məqaləsində  ritmik  təşkilin  “bəhrli”  (dəqiq  ritmik 
quruluşlu)  və  “bəhrisz”  (sərbəst  ritm)  növlərini  göstərmiş,  bu  cəhətin  formaya    təsir  etməsi  barədə 
qənaətə  gəlmişdir:  “Bəhri  və  havası  (ölçüsü  və  melodiyası  –  G.M.)    mövcud  və  müəyyən  olan 
musiqiyə  gəldikdə  bunlar  da : təsnif,  rəng,  rəqs, el  mahnılarıdır.” 
Milli  musiqidə  forma  və  kompozisiya  məsələləri  görkəmli  rus  musiqişünası  V.M. 
Belyayevin  yetirmələri  sayılan  B.Hüseynli,  Ə.Eldarova  və  R.Zöhrabovun  tədqiqatlarında  mühüm 
yer tutur. 

- 164 - 
    
 Professor  R.Zöhrabov  muğam,  onunla  əlaqədar  olan  zərbi-muğam  və  təsnif  janrlarına 
müraciət  etmiş,  onların  hər  birində  forma  məsələsini  qaldırmış  və  özünəməxsus  cəhətləri  aşkar 
etmişdir.  Musiqişünas  Azərbaycan  təsniflərində  musiqi  quruluşunu  öyrənmək  məqsədi  ilə  şeirin 
bəndlərindən  çıxış  etmiş,  onlara  uyğun  olaraq  kupletlərin  sayı  və  nəqəratın  olub-olmamasını  bir 
göstərici  kimi  qəbul  etmişdir.  Təsniflərdə  qeyd  olunmuş  refrenli  və  rondovari  formalar  isə  müstəqil 
musiqi  qanunauyğunluqlarından  irəli  gəlir.  Son  quruluş  tiplərinə  oyun  havalarında  da  tez-tez  rast 
gəlirik. 
Təsnif  və  rənglər  kimi  dəqiq  metroritmik  quruluşlu  komponentlər    iki,  üç  və  dörd  hissədən 
təşkil  oluna  bilər  ki,  bunun  da  nisbətən  bəsit  forma  nümunələri  müəyyən  oyun  havalarında  öz  əksini 
tapmışdır.  Zərbi  –muğamlara    gəldikdə,  onların  quruluş  tərkibi  (əksəriyyəti  rondo  formasındadır) 
oyun  havalarına  uyğun  deyil  və buna  görə də biz  bu məsələni  nəzərdən  keçirək. 
Aşıq  musiqisinin  struktur  təhlili  bu  janrı  tədqiq  etmiş  bir  sıra  tədqiqatçıların  (Ə.Eldarova, 
T.Məmmədov,  A.Ozan  Kərimli,  K.Dadaşzadə)  diqqətini  cəlb  etmişdir.  Havaların  istər  sintaktik 
səviyyəsində,  istərsə  də  bütöv  forma  kompozisiyasında  özünəməxsus  cizgiləri  kifayət  qədər 
rəngarəng  şəkildə  aşkar olunmuşdur. 
Xalq 
mahnılarının 
forma 
xüsusiyyətləri 
Ə.Məmmədovanın 
“Azərbaycan 
musiqi 
münasibətləri”  kitabında  hərtərəfli  təhlilini  tapmışdır.  Mahnıların  tematik  özəkləri  və  struktur 
prinsipləri  (peridoiklik,  cəmlənmə,  bölünmə)  oyun  havaları  üçün  də  səciyyəvi    olduğu  üçün  hazırkı 
dissertasiya  işində  nəzərə  alınmışdır.  Eni  zamanda  bu  iki  janrın  bütöv  forma  quruluşu  kifayət  qədər 
fərqlidir,  bu da oyun  havalarının  sırf  instrumental  forması  və musiqi  inkişafı  ilə  bağlıdır. 
   
  Professor  B.Hüseynli  milli  rəqs  msuqiisnin  toplayıb  etnomusiqişünaslıq  mövqeyindən 
tədqiq  etdiyi  kimi  (oyun  havalarının  folklor  mədəniyyətində  tutduğu  yeri,  coğrafi  ərazilərdə 
yayılması,  mövcudluğu  formaları  və  s.),  onları  nəzəri  cəhətdən  də  təhlil  etmişdir  (lad,  melodiya, 
ritm  və forma). 
 “Azərbaycan    instrumental  xalq  rəqs  musiqisi”  adlı  dolğun  məzmunlu  məqaləsində 
B.Hüseynli  nəinki  bu  janr  nümunələrində  rast  gəlinən  müxtəlif  forma  tiplərini  (  period,  sadə  iki  və 
üçhissəli  forma,  rondo)  qeyd  etmiş,  eyni  zamanda  tematik  elementlərin  uzunluğunu  və  bununla 
əlaqədar  onların  struktuunu  və  müxtəlif  üsullarla  (variantlılıq  ,  təkrarlıq,  sekvensiya)  inkişaf 
etdirildiyini  kifayət  qədər  not  nümunələri  ilə  aydın  şəkildə  nümayiş  etdirmişdir.  Məqalədə  bir  sıra 
rəqs  melodiyalarının  forması  ayrıca  şəkildə  təhlil  edilmişdir.  (“Qızılgül”,  “Uzundərə”,  “Tərəkəmə”, 
“Hacıcan”,  “Xalabacı”,  Qəşəngi”,  “Gülgəz”  və  b.).  Musiqi    cümlələrinin  mütənasibliyi  ilə  yanaşı  bir 
sıra  hallarda  qeyri-periodik  quruluşlar  da diqqəti  cəlb edir. 
Milli  musiqidə  sintaktik  quruluş  xüsusiyyətlərini  öyrənmək  baxımından  İ.Abezqauzun 
“Koroğlu”  operasına  həsr  olunmuş  tədqiqatlarının  “Melos  və  sintaksis”  adlı  üçüncü  fəsli  müəyyən 
əhəmiyyət  kəsb edir. 
      
Tədqiqatçı  bilavasitə  xalq  musiqi  janrlarını  öyrənməsə  də,  dahi  bəstəkarın  yaradıcılığında 
milli  ənənlərdən,  o  cümlədən  rəqs  musiqisindən  gələ  bilən  bir  sıra  struktur  prinsiplərini 
açıqlamışdır.  Əsərdə  qeyri-məhdud  sayda  variantları  olan  aşağıdakı  tipoloji  strukturlar 
göstərilmişdir: 
a)
 
Refrenli  struktur; 
b)
 
Period  tezis-  periodik  açılma; 
c)
 
Miqyasın  getdikcə  yığcamlaşmasına  əsaslanan  quruluş; 
d)
 
Meloslu-variant  strukturu. 
İ.Abezqauzun  daha  əvvəllər  yazdığı  başqa  bir  əsərində  şərhini  tapan  bir  qanunauyğunluq  – 
əvvəlin  dəyişməsi  sonluqların  təkrarı  -  xalq  oyun  havalarında  forma  təşkilinin  müxtəlif 
səviyyələrində  təzahür  edir  və refrenli  quruluşları   şərtləndirir.   
 
ƏDƏBİYYAT 
 
1.  B.Hüseynli.  Azərbaycan  instrumental  xalq  rəqs  melodiyaları.  Azərbaycan  xalq        musiqisi 
(Oçerklər),  Bakı,  1981 
2. M.S. İsmayılov.  “Azərbaycan  xalq  musiqisinin   janrları”,  Bakı,  1984 

- 165 - 
3. R. Zöhrabov.  “Rast”  muğam  dəstgahının  nəzəri  əsasları.  Bakı,  2002 
 4. R.Zöhrabov.  Zərbi  muğamlar  (musiqi-  nəzəri  tədqiqat)   Bakı,  2002 
5. И. Абезгауз.  Опера «Кероглы» Узеира Гаджибекова   М., 1987 
6. Т.Мамедов. Традиционные напевы ашыгов Азербайджана. Баку,  1988 
ABSTRACT 
Gunay  Mammadova 
The form  problem  in  Azerbaijan  folk music 
The  article  deal  with  the  form  problem  of  the  samples  belonging  to  various  branches  of  our 
folk  music  investigated  by local  and Russian  musicologists. 
 
РЕЗЮМЕ 
Гюнай Мамедова 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin