Thesis · April 019 citations reads 67 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#41437
1   2   3   4   5   6   7   8
2019genctedqiqatcikonfransi

TƏDQİQAT METODU 

Tədqiqat  zamanı  xarici  ədəbiyyatın  incələnməsi  ilə  yanaşı, öncədən tərtib  edilmiş  anket  sualları 

qida sektorunda fəaliyyət göstərən şirkətlərin məsul şəxsləri tərəfindən cavablandırılmışdır.  

NƏTİCƏ 

Sorğuda  iştirak  edən  pərakəndə  sektorunda  yer  alan  şirkət  nümayəndələrinin  50%-i  şirniyyat, 

25%-i  quru  qida,  8.3%-i  süd  və  süd  məhsulları,  8.3%-i  ət  və  ət  məhsulları,  8.3%-i  də  digər 

kateqoriyanı  təmsil  edir.  nəticə  olaraq  əldə  edilən  məlumatlar  tədqiq edildiyi  zaman  məlum  olur  ki, 

bazarda yeni məhsulların meydana gəlməsi bazarda müştərilərin ehtiyacları tam müəyyən edilmədən 

qərarlaşdırılır.  Qablaşdırması  və  dizaynı  zəif  olduğundan  bazara  daxil  olan  yeni  və  ya 

təkmilləşdirilmiş  məhsul  uğursuzluqla  nəticələnməsində  əhəmiyyətli  faktorlardandır,  bu  fikirlə 

razılaşanların faizi 92%-dir. Alternativ məhsul qədər yaxşı olmayan və üstünlük təklif etməyən yeni 

məhsul  da uğursuz  məhsuldur, respondentlərin 75%-i  bu fikri  dəstəkləyir.  Məhsul  bazara  yeni  daxil 

olarkən, istehsal və ya idxal olunmadan öncə marketinq araşdırması zamanı bu məhsul üçün potensial 

müştərilər və məhsulun bazarda mövqeyi  müəyyən edilir, bu faktor doğru müəyyən edilmədikdə isə 

məhsul  bazara  daxil  olduqda  gözlənilən  nəticəni  vermir,  bu  amil  ilə  razılaşanların  faizi  92%-dir. 

Marketinq kompleksinin məhsuldan sonrakı əhəmiyyətli faktoru olan qiymət, maya dəyəri, rəqib vəya 

müştəriyə  uyğun  təyin  edilir.  Bazarda  fəaliyyət  göstərən  şirkətlərin  böyük  üstünlüyü  maya  dəyəri 

əsaslı  qiymətlər  tətbiq  edildiyindən  müştərinin  satınalma  gücü  nəzərə  alınmır  və  bu  halda  da  sözü 

gedən  məhsul  müvəffəqiyyətsizliklə  qarşılaşır.  Qeyd  olunan  fikri  dəstəkləyənləyənlərin  nisbəti  isə 

83%-dir.  Yeni  məhsul  bazara  təqdim  olunmadan  öncə  aparılan  araşdırmalar,  bu  məhsulun  bazarda 

hansı  səviyyədə  marketinq  dəstəyi  alacağı  müəyyən  edilir.  Bu  dəstək  yetəri  qədər  olmadığı  zaman, 

paylama kanalları az və ya zəif, reklam, marka  məlumatlılığı və  müştərilərlə əlaqəsi olmadığı halda 

uğursuz məhsul meydana gəlir və bu fikirlə razılaşanların faizi 75%-dir. Yeni və ya təkmilləşdirilmiş 

məhsul istehsalı ilə məşğul olan şirkətin rəhbərlik marketinq araşdırması zamanı bu məhsula ehtiyacın 

olmadığını bildirməsinə baxmayaraq rəhbər bu qərarında israrlı olur. Bu fikrə qatılanların 58% təşkil 

edir. Qatılmayanlar isə 25%-dir və əsas səbəb kimi də biznesin ən əhəmiyyətli faktorlarından biri olan 

risk  faktorunun  rəhbər  üçün  əsas  olduğunu  vurğulayırlar.  Rəqiblər  daima  olaraq  bir-birlərinin 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin