Thesis · April 019 citations reads 67 author: Some of the authors of this publication are also working on these related projects


III  INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#41437
1   2   3   4   5   6   7   8
2019genctedqiqatcikonfransi

III  INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

Baku Engineering University

627

29-30 April 2019, Baku, Azerbaijan


təqdim  olunarkən  hansı  faktorların  nəzərə  alındığı  və  nəzərə  alınmalı  olanları,  bu  məhsulların 

uğursuzluqlarına  əsas  səbəblərin  aşkar  olunmasıdır.  Yerli  ƏDƏBİYYATda  bu  mövzuların 

araşdırılmadığı aşkar edilmiş və elmi əhəmiyyətliliyini təmin etmək üçün praktika ilə vəhdət halında 

TƏDQİQATı aparılmışdır. 



AÇAR SÖZLƏR: YENI MƏHSUL, INNOVASIYA, QIDA SEKTORU 

 

GİRİŞ 

Mövcud  şəraitdə  artan  sürətli  rəqabət  və  dəyişiklik  qarşısında  şirkətlərin  ilkin  məqsədi 

mövcudluqlarını  davam  etdirmək  və  mövqelərini  gücləndirməkdir.  Bunu  həyata  keçirə  bilmək  isə 

müştərilərə  təklif  etdikləri  məhsulların  göstərmiş  olduğu  müvəffəqiyyətdən  asılıdır.  Qloballaşan 

bazarlar,  texnoloji  dəyişikliklərlə  yanaşı  müştəri  ehtiyaclarında  da  dəyişikliklər  baş  verir  və  bu  da 

birbaşa  olaraq  yeni  məhsul  və  məhsul  təkmilləşdirmə  prosesini  daha  çox  strateji  hala  gətirir. 

Müştərilərə  rəqiblərdən  daha  çox  dəyər  vermək,  marketinq  performansını  artırmaq,  şirkət  imicini 

gücləndirmək  bilavasitə  yeni  məhsul  strategiyası  ilə  əlaqəlidir.  Yeni  məhsul  fikirləri  və  buna  dəstək 

olacaq  effektiv  strategiyaları  müəyyən  etmək  və  inkişaf  etdirmək  bir  şirkətin  uğuru  və  mövcudluğu 

üçün çox əhəmiyyətlidir. Şirkətlərdə qazancı artıracaq vacib faktorlardan biri də istehsal edib satacağı 

məhsullara  texnoloji  təkmilləşmiş  məhsulları  da  əlavə  etməkləri  lazımdır.  Yüksək  texnologiyadan 

istifadə  edilmiş  bu  məhsullar  sektorun  və  rəqabətin  şərtlərinə  görə  digər  rəqiblər  tərəfindən  təqlid 

edilib bənzərləri istehsal edilmirsə, effektiv marketinq kompleksi ilə bazara təqdim olunubsa, gəlirlilik 

dərəcəsini  artırırlar.  Təbii  olaraq  rəqiblər  bu  halda  fəaliyyətsiz  dayanmayacaqlar,  yenə  sektorun  və 

texnologiyanın vəziyyətinə görə bu məhsulu təqlid etmək üçün əllərindən gələni edəcəklər. Bu zaman 

şirkət, şirkət daxili (idarəçilər, satış komandası və digərləri) və şirkət xarici (istehlakçılar, rəqiblər və 

digərləri)  mənbələrdən  yeni  məhsul  və  tələblərlə  bağlı  fikirləri  toplayıb  yeni  məhsul  təkmilləşdirmə 

prosesindən keçirib təkrar məhsul həyat əyrisində böyümə və yetkinlik dövründə qısa müddətdə əldə 

edə biləcək məhsulları hazırlamaq məcburiyyətindədir. Sözügedən bütün bu proseslər bir orqanizmin 

fəaliyyəti kimi canlı mövcud olduğu müddətdə yəni şirkət ticari fəaliyyətini davam etdirdiyi müddətdə 

davamlı təqib edilib icra edilməsi lazım olan funksiyalardır. 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin