Thesis · April 019 citations reads 67 author: Some of the authors of this publication are also working on these related projects


III  INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.01.2022
ölçüsü0,88 Mb.
#41437
1   2   3   4   5   6   7   8
2019genctedqiqatcikonfransi

III  INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS

Baku Engineering University

628

29-30 April 2019, Baku, Azerbaijan


addımlarını  izlədiyindən  şirkətlər  yeni  məhsul  istehsalı  barədə  qərar  verdiyi  zaman  rəqib  də  anoloji 

addım  atmaq  qərarı  ala  bilər.  Bazara təqdim  olunan bu  məhsuldan  nisbətən  daha  üstün  fayda  təmin 

edən  güclü  bir  məhsul  təqdim  edə  bilərlər.  Bu  fikirlə  razı  olanlar  33%  təşkil  edir,  bununla  razı 

olmayanlar isə 42%-dir. Hər bir məhsulun aid olduğu kateqoriya üzrə bazarda potensialı mövcuddur 

və  bunu  aşkar  etmək  məhsul  ideyası  yaranan  zaman  araşdırma  tələb  edir.  Potensial  düzgün 

dəyərləndirilmədiyi  zaman,  yəni  bazarda  özünü  doğrultma  potensialı  zəif  olan  məhsul  uğursuz 

məhsullar sırasında yer alacaqdır. Bu fikirlə həmfikir olanlar 67% təşkil edir. Hər hansı bir məhsul son 

istehlakçıya çatması üçün müəyyən satış kanalları vasitəsiylə pərakəndə bazarda öz  yerini alır. Bəzi 

pərakəndəçilər  bu  məhsullara  dəstək  olmur,  yəni  həmin  satış  nöqtəsində  bu  məhsul  sərgilənmir, 

məhdud çərçivədə dəstək olur. Bu fikirlə 50% razılaşır və bu halda təbii olaraq məhsul bazarda tam 

dəstək  görmədiyindən,  istehlaçı  ilə  əlaqə  yaratmadan  uğursuz  başlanğıc  edir.  36%  iştirakçı  isə  bu 

fikirlərlə razı deyil. Bazara ilk və ya vaxtında daxil olan məhsullar özlərinə böyük müştəri payı əldə 

etmiş  olur.  İstər  güclü,  istərsə  də  zəif  məhsul  olsun,  hər  bir  məhsulun  öz  payı  və  öz  müştəriləri 

mövcuddur. Elə bir müştəri payı vardır ki, daim seçim etdikləri markaya loyaq qalır, rəqib məhsulun 

qiyməti  ucuz,  dizaynı  cəlbedici,  faydası  üstün  olsa  da  sadiq  olduqları  markanı  dəyişmirlər.  Bu  tip 

müştəriləri öz məhsuluna cəlb etmək çox çətin olur və ciddi marketinq strategiyası tələb edir. Yeni və 

ya təkmilləşdirilmiş məhsul bazara daxil olarkən bu əngəllə qarşılaşır və uğursuz olur. Bu yanaşma ilə 

razılaşanlar  33%-dir,  fikri  olmayan  və  razılaşmayanlar  isə  hər  biri  33%-lik  hissəni  təşkil  edir  və 

düşünürlər ki, bu baryeri aşmaq digər faktorlara nisbətən daha asandır və hazırki iqtisadi vəziyyətdə 

ölkəmizdə  bu  loyal  müştəriləri  müəyyən  yollarla  yeni  məhsula  yönəltmək  mümkündür.  İstər  fayda 

istərsə  də  qiymət  cəhətdən  müştəriyə  uyğun  məhsul  təklif  etdikdə  və  bu  stabil  olaraq  keyfiyyət  ilə 

dəstəkləndiyi zaman loyal müştərini yeni məhsulun müştərisi etmək mümkün hal alır. 

 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin