71. İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur? A) Əzələ daxili
B) Tənəffüs yolu ilə
C) Mədə-bağırsaq yolu ilə
D) Vena daxili
E) Dəri altı
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “ Çıraq” 2008. 72. Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir? A) 15 sm
B) 10 sm
C) 40 sm
D) 5 sm
E) 30 sm
Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının uzunluğuna müvafiq olaraq 30 sm-lik kateterdən istifadə olunur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “ Çıraq” 2008 73. Aşağıda sadalananlardan hansı böyük tibb bacısının vəzifəsinə aid deyil? A) Xəstəxananın ümumi mətbəxindən gətirilən yeməyə nəzarət etmək.
B) Şöbənin iş cədvəlini tərtib etmək
C) Şöbəyə dərman almaq
D) Orta və kiçik tibb işçilərinə rəhbərlik etmək
E) Xəstənin analizlərini laboratoriyaya aparmaq
Xəstənin analizlərini laboratoriyaya palatanın tibb bacısı aparır, sadalanan digər vəzifələr isə böyük tibb bacısının səlahiyyətinə aiddir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 89 “ Çıraq 2008. 74. Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir? A) Bilitrast
B) Xolevid
C) Biliqnost
D) Barium
E) Biliqrafin
Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli çəkməklə öd kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənilir. Öd kisəsinin
22
rentgen müayinəsi üçün tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. istifadə edilir . Barium bu zaman istifadə olunmur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ Çıraq 2008.