966.Kəskin qanitirmədə hansı növ şok əmələ gəlir? A) Kardiogen
B) Hemorrargik
C) Anafilaktik
D) Hemotransfuzion
E) Pulmonal
Qan itirmədə təzyiq kəskin aşağı düşür,.Orqanizmdə maddələr mübadiləsi pozulur, itirilən qanın miqdarında asılı olaraq hemorrargik şok yaranır. Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 132 967. Qanaxmanın hansı növündə köpüklü və al qırmızı qan müşahidə olunur? A) Burun qanaxmasında
B) Ağciyər qanaxmasında
C) Qida borusu qanaxmasında
D) Mədə qanaxmasında
E) Bağırsaq qnaxmasında
Köpüklü və al qırmızı qan ağciyər qanaxmasında bronx və toxumaların zədələnməsi nəticəsində əmələ gəlir. Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310 968. Qansaxlayıcı jqut düzgün qoyulduqda ətraflarda hansı hal baş verir? A) Venoz qanaxma davam edir
B) Ətraf avazıyır,göyərir, jqutdan aşağı nəbz təyin edilmir
C) Ətraf göyərir, venoz qanaxma davam edir
D) Jqutdan aşağı nəbz təyin edilmir
E) Jqutdan aşağı nəbz təyin edilir
Jqutu ətrafa bir neçə dəfə dolandırmalı, bu zaman rezin elə dartılır ki, periferiyada nəbz itir. ətraf avazıyır. Qanaxma dayanır. Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310 969.Hansı qanaxmalarda bərk sarğı qoyulur? A) Qarışıq
B) Arterial
C) Xarici
D) Venoz
E) Bazu arteriyasından qanaxma
Venoz qanaxmalarda qanın təzyiqi aşağı olduğundan , qan zəif surətlə axır. Yara yerinə bir neçə qat bint qoyulur və bərk bağlanır. Ədəbiyyat: .М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 139-140
272
970. Don vurmuş nahiyənin qan dövranını bərpa etmək üçün hansı ilk tibbi