956. Yanıq xəstəliyinin müalicəsində aşağıdakı hansı dərmanlardan istifadə edilir ? A) Suprastin
B) Heparin
C) Natrium sulfasil
D) Promedol
E) Aspirin
Yanıqlar zamanı kəskin ağrılar baş verdiyi üçün narkotik ağrıkəsici –promedol istifadə olunur. Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297 957.Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur? A) Botulizm
B) Qarayara
C) Tetanus
D) Quduzluq
E) Vəba
269
Termiki yanıqlar zamanı zərdab botulizm xəstəliyinin profilaktikası məqsədilə ağırlaşmaların, tonik və klonik qıcolmaların qarşısını almaq üçün vurulur. Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297 958.Yanıq xəstəliyi bədənin neçə faizi yandıqda əmələ gəlir? A) 10% və daha çox
B) 3-5%
C) 6-7 %
D) 8-9 %
E) 1-2%
Bədənin 10%-ə qədər yanması zamanı yerli ağrı yaranır ,bu keçici reaksiya adlanır. Bədən səthinin 10%-dən artığı yanarsa bu yanıq xəstəliyi adlanır. Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175 959. Yanıq xəstəliyi nəticəsində hansı şok əmələ gəlir? A) Anafilaktik
B) Bakterial
C) Hipovolemik
D) Travmatik
E) Kardiogen
Yanıq şoku zamanı ürək döyüntülərinin azalması dövr edən qanın və plazmanın həcminin azalmasına gətirib çıxarır. Bu da hipovolemik şokla nəticələnir. Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 294-295 960.Termiki yanıqlar neçə dərəcəyə bölünür? A) 4
B) 2
C) 3
D) 5
E) 6
Yanıqdan sonra toxuma qatlarında gedən dəyişikliyə görə yanıqlar 5 dərəcəyə bölünür I, II, III A, III B, IV. Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 291-292