265
943. Bunlardan hansı əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üsullarına
aid deyil?
A) Fərdi mühafizə vasitələrindən istifadə edilməsi
B) Əhalinin mühafizə qurğularında yerləşdirilməsi
C)
Əhalinin evlərdə, binalarda gizlədilməsi
D) Əhalinin sayının seyrəkləşdirilməsi
E) Əhalinin şəhərkənarı əraziyə təxliyyəsi
Əhalinin evlərdə, binalarda gizlədilməsi çox təhlükəli olduğundan bu üsul əhalinin
kütləvi qırğın silahlarından mühafizəsi üsullarına aid deyil.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı-2008, səh 81
944. Fərdi mühafizə vasitələrinə aşağıdakılardan hansı aid deyil?
A) Əlehqazlar
B) Tənəffüs üzvlərinin mühafizə vasitəsi
C)
Dərinin mühafizə vasitəsi
D) Radiasiyaya qarşı daldanacaqlar
E) Respiratorlar
Radiasiyaya qarşı daldanacaqlar kütləvi mühafizə vasitələridir. Müasir dövrdə
əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üçün istifadə edilir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 92
945. Fərdi tibbi mühafizə vasitələrinə nə aid deyil ?
A) Fərdi əczaxana(apteçka)
B) Fərdi sarğı paketi
C) Kimyəvi silah əleyhinə paket
D) Zirzəmilərdə sığınacaqlar
E) Əlehqaz
Zirzəmilər kütləvi mühafizə vasitələrinə aiddir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 92
Dostları ilə paylaş: