264
I,II,III A dərəcəli yanıqlar –yüngül dərəcəli yanıqlar aiddir. Ağır dərəcəli yanıqlara
isə III B və IV dərəcəli yanıqlar aiddir.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва
1996 стр 173-174
939. Əhalinin kütləvi qırğın silahlarından mühafizə zamanı nədən istifadə
edilmir?
A) Metrodan
B) Radiasiyaya qarşı daldanacaqlardan
C) Binaların zirzəmisindən
D) Yeraltı keçidlərdən
E) Əlehqazlardan
Ona görə də kütləvi qırğın silahlarında istifadə zamanı əlehqazlardan istifadə
edilmir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 81
940. Nüvə zədələnməsi ocaqlarında göstərilən ilk tibbi yardıma hansı aid deyil?
A) Yanıqlarda ağrıkəsicilərin yeridilməsi
B) Qanaxmanın müvəqqəti dayandırılması
C) Arterial qanaxmanın daimi dayandırılması
D) Yanan paltarların söndürülməsi
E) Yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpası
Arterial qanaxmanın daimi dayandırılması ilk tibbi yardıma aid deyil, ilk həkim
yardımına aiddir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh102
Dostları ilə paylaş: