BÖLMƏ V 922. Əsgərin fərdi əczaxanasına aşağıdakı hansı preparat daxil deyil? A) Atropin
B) Sulfadimekotsin
C) Sistamin
D) Promеdol
E) Etapirazin
Promedol narkotik maddə olduğu üçün onun daşınması və əsgərlər tərəfindən istifadəsi qadağandır.Lazım gəldikdə həkim və ya feldşer tərəfindən 1 ml – 2% li promеdol məhlulu ağrı və şokun qarşısını almaq üçün əzələ daxilinə və ya venaya yeridilir. Ədəbiyyat: A.Musayev . “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” - Bakı – 2008 səh 92-94 923.İlk tibbi yardım harada göstərilir? A) Hərbi hissədə
B) Tibb məntəqəsində
C) Xəstəxanada
D) Zədələnmə ocağında
E) Çeşidləmə meydançasında
Zədələnmə ocağında nə qədər tez və düzgün yardım göstərilərsə ölüm və əlilliyin sayı bir o qədər az olar. İlk tibbi yardım öz – özünə və digərinə olmaqla qarşılıqlı şəkildə yerinə yetirilir. Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76 924. Uzunmüddətli sıxılma sindromunun ən çox rast gəlinən ağırlaşması hansıdır? A) Sınıqların əmələ gəlməsi
B) Ağrı
C) Tənəffüsün pozulması
D) Toksiki şok
E) Huşun itməsi
Toksiki şoka ən ağır travmalarda və müxtəlif fəlakət növlərində rast gəlinir. Zədələnmiş bədən nahiyəsi sıxılmadan azad edildikdən sonra bir sıra toksiki maddələr qana sorulur. Qanda əzələ mioqlobininin miqdarı artır. Toksiki şok əmələ gəlir.
260
Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-127 925. “Diqqət hamının nəzərinə” həyacan siqnalı nə ilə verilir? A) Yerli radio ilə
B) Telefon ilə
C) Səsgücləndirici ilə
D) Televizior ilə
E) Polis maşını iə
İnsanlar 2-3 dəq müddətində səsgücləndirici ilə verilən siqnala uyğun olaraq baş verə biləcək hadisəyə hazırlaşmalıdır. Ədəbiyyat В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.25-26