Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Haymor cibinin punksiyası zamanı nədən istifadə olunur?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə248/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   244   245   246   247   248   249   250   251   ...   274
Tibb bacisi test suallari

 
916. Haymor cibinin punksiyası zamanı nədən istifadə olunur? 
A) Şpatel 
B) Burun-udlaq güzgüsü 
C) Qulaq zondu 
D) Kulikov iynəsi
E) Elektrosorucu 
Haymor cibinin punksiyasında Kulikov iynəsindən istifadə olunur. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 26 
917. Burundan yad cism nə ilə xaric edilir? 
A) Jane şprisi 
B) Pinset 
C) Qarmaq dəsti
D) Kulikov iynəsi
E) Burun zondu 
Burundan yad cismin xaric edilməsi xüsusi qarmaq dəsti ilə xaric edilir.Girdə 
formalı yad cismlərin xaric edilməsi isə küt Lange qarmağı vaistəsilə həyata keçirilir. 
Ədəbiyyat:. С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 45
918. Traxeotomiya nədir? 
A) Burun -udlaq badamcıqlarının çıxarılması 
B) Nəfəs borusuna süni fistulanın qoyulması 
C) Nəfəs borusunun kəsilməsi
D) Badamcıqların hissəvi rezeksiyası 
E) Traxeyaya intubasion borunun yeridilməsi 


258 
Traxeotomiya-traxeyanın(nəfəs borusunun) kəsilməsidir.Latınca traxeo-nəfəs borusu, 
tomiya-kəsmək deməkdir. 
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 126 
919.Kəskin tonzillitdə nə müşahidə olunur? 
A) Eşitmənin itməsi
B) Burunla nəfəs almanın çətinləşməsi 
C) Səsin itməsi 
D) Udma zamanı ağrı
E) Arası kəsilməyən öskürək 
Kəskin tonzillit ümumi infeksion allergik xəstəlik olub damaq badamcıqlarının limfa 
toxumasının iltihabı prosesidir.Kəskin tonzillit zamanı xəstədə udma zamanı ağrı, 
subfebril temperatur,boğazda quruluq və qıcıqlanma müşahidə olunur. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 81 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin