920.Kipriklərin və göz qapaqlarının təmizlənməsi necə aparılır? A) Aşağıdan yuxarıya
B) Dairəvi hərəkətlərlə
C) Gözün xarici bucağından daxilə
D) Gözün daxili bucağından xaricə
E) Göz qapağını aşağı çəkməklə
Kipriklərin və göz qapaqlarının təmizlənməsi xaricdən içəriyə doğru ehtiyatla aparılmalıdır. Bu zaman kir buruna doğru furasilin məhlulunda isladılmış pambıq kürəciklə gözün xarici bucağına doğru hərəkət etdirilərək xaric edilir. Qurumuş ifrazatdan bir-birinə yapışmış kip əvvəlcə bir neçə dəfə pambıq kürəciklə isladılır,sonra isə göz qapaqlarının silinməsində olduğu kimi bir neçə dəfəyə xaric edilir.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapaqları steril tənzif tamponla qurudulur. Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 237 921. Burun boşluğundan qartmağı xaric etmək üçün nədən istifadə olunur? A) 3%-li hidrogen peroksid
B) 70%-li etil spirti
C)10%-li kamfora spirti
D) Vazelin
E) 5%-li kalium permanqanat
Burun boşluğundan qartmağın xaric edilməsi vazelin və ya bitki yağlarının köməyi ilə həyata keçirilir. Xəstə işıq mənbəyindən sağda oturdulur. Əvvəlcədən proseduranın aparılması üçün lazım olan əşyalar hazırlanır. Tibb bacısı əllərinin yuyur, qurudur, əlcək geyinir,pipetkaya vazelin yağı yığır. Xəstənin burnunun ucunu bir qədər qaldırılaraq hər iki burun boşluğuna qartmağı yumşaltmaq üçün 2-3 damcı vazelin
259
yağı damızdırılır.Burun keçəcəyinə burun güzgüsü yeridərək boşluqdakı möhtəviyyat ucunda pambıq olan zondla xaric edilir. Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 271