Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Qulağa damızdırılan maye neçə dərəcə temperaturda olmalıdır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə245/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   241   242   243   244   245   246   247   248   ...   274
Tibb bacisi test suallari

 
907. Qulağa damızdırılan maye neçə dərəcə temperaturda olmalıdır? 
A) 18-20
B) 20-25
C) 36-37
D) 30-35
E) 25-30 
Dərman maddəsi tökülməzdən əvvəl 50-60 dərəcə su hamamında bədən 
temperaturuna qədər (36-37) qızdırılmalıdır.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 305. 
908. Xarici qulaq keçəcəyindən yad cism nəyin köməkliyi ilə xaric edilir? 
A) Pinset 
B) Burun zondu
C) Şüşə çubuq
D) Kulikov iynəsi
E) Jane şpirisi
Jane şprisinə 37 C
0
-də qızdırılmış maye yığılaraq xarici qulaq keçəcəyi yuyulur və
yad cism xaric edilir.
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 300. 
909. Xarici qulağın təmizlənməsi necə həyata keçirilir? 
1)Qulaq zondu 2)Konik pinset 3)Jane şprisi4)Qulaq qıfı
5) Elektrosorucu 6)Atravmatik pipetka7). Şüşə çubuq 
A) 1,3,5 
B) 2,4,6 


255 
C) 1,4,7 
D) 3,4,7 
E) 2,5,6 
Xarici qulağın təmizlənməsinin 3 üsulu var
1)qulaq zondu ilə, 
2)Jane şprisi ilə, 
3)elektrosorucu ilə. 
Ədəbiyyat С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 329. 
910. Xarici qulaq keçəcəyindən qanaxma zamanı ilkin tibbi yardım nədən 
ibarətdir? 
A) Qulağı təmizləyib,qan laxtalarını xaric etmək 
B) Qulaq keçəcəyinə steril pambıq kürəcik qoyub,xəstəxanaya göndərmək
C) Xarici qulaq keçəcəyini yumaq 
D) Qulağı təmizləyib,büzücü dərmanları damızdırmaq 
E) Buz qovuqcuğu qoyub,xəstəxanaya göndərmək 
Xarici qulaq keçəcəyinin zədələnmələri səthi və dərin olur.Səthi travmalar dərinin 
zədələnməsi ilə,dərin travmalar isə qığırdaq və sümük toxunmasının zədələnməsi ilə 
müşahidə olunur. Xaric qulaq keçəcəyinin dərisinin zədələnməsi məişət xarakterli 
olub, çox vaxt təbil pərdəsinin travması ilə nəticələnir.Buna əsasən uşaqlarda oyun 
zamanı,böyüklərdə kibrit çöpü,sancaq və s. ilə qulağı təmizlədikdə,yad cismi xaric 
etdikdə rast gəlinir. Xaric qulaq keçəcəyindən qanaxma olduqda qulaq keçəcəyinə 
steril pambıq kürəcik yeridərək xəstəni otorinolarinqloqun baxışına göndərmək 
lazımdır. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 170 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin