Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Qulağa qoyulan qızdırıcı kompress necə təsir göstərir?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə247/274
tarix30.07.2023
ölçüsü2,13 Mb.
#138008
növüYazı
1   ...   243   244   245   246   247   248   249   250   ...   274
Tibb bacisi test suallari

 
913. Qulağa qoyulan qızdırıcı kompress necə təsir göstərir? 
A) Spazmolitik və ağrıkəsici 
B) Sakitləşdirici və ağrıkəsici 
C) Qıcıqlandırıcı və sorucu 
D) Ağrıkəsici və sorucu
E) Antiseptik və stimuləedici 
Qızdırıcı kompress sadə fizioterapevtik prosedura olub müəyyən müddət ərzində qan 
damarlarını genişləndirir.Bu isə dəri və dərialtı toxumalarda qan dövranını artırır. 
Nəticədə ağrıkəsici effektə və iltihabı prossesin sorulmasına səbəb olur. 
Ədəbiyyat:. С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 308 
 
914. Kəskin otit nəyin iltihabıdır? 
A) Udlağın selikli qişasının
B) Burunun selikli qişasının 
C) Damaq badamcıqlarının 
D) Orta qulağın
E) Qulaq seyvanının 
Kəskin otit orta qulağın iltihabına deyilir.Qulağa daxil olan infeksiyaya orqanizmin 
reaksiyası törədicinin(mikrobun) virulentliyindən və xəstənin müqavimət qüvvəsindən 
asılıdır.Kəskin otitin inkişafına əvvəllər keçirilmiş qulaq xəstəlikləri,ağır infeksiyalar, 
xroniki xəstəliklər, mübadilə pozluqları,alerqik vəziyyət, soyuqlama və s. təsir 
göstərir. 
Ədəbiyyat:С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 180 


257 
 
915. Qulaq kiri tixacı nə ilə xaric edilir? 
A) Şpatel 
B) Atravmatik pipetka 
C) Pambıq tampon 
D) Qulaq qıfı 
E) Jane şprisi
Qulaq kiri tıxacı jane şprisi vaistəsilə xaric edilir.Bu məqsədlə jane şprisinə 37°C 
qədər qızdırılmış 3%-li bor turşusu və ya 2%-li natrium-bikarbonat məhlulu yığılır. 
Qulaq seyvanını yuxarı dartdıqdan sonra su axını qulaq keçəcəyinin arxa divarı ilə 
yeridilir.Kiri yuyarkən maye axını ayrı-ayrı porsiyalarla,təkanla yönəldilir. Qulaq 
kiri xaric edilən kmi qulaq keçəcəyi zondun ucuna bürünmüş pambıqla qurudur və 
pambıq qoyulur;xəstəyə, 1-2 saatdan sonra pambığı qulağından çıxartmaq tapşırılır. 
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное 
пособие для среднего медработника, стр 176 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin