112
E) Sadə qarışıqlar verilir
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada
hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana
südünə yaxın adaptasiya olunmuş qarışıqlar verilir.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
380. Südəmər uşaq necə qidalanmalıdır?
A) 3 saatdan bir
B) Uşaq tələbatına görə, sərbəst qidalanır
C) 2 saatdan bir
D) 4 saatdan bir
E) 6 saatdan bir
Südəmər uşaq təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına
görə qidalanmalıdır. Bu da prolaktin hormonunun ifrazını stimulyasiyaına,süd
ifrazının artmasına səbəb olur.
Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
381.Qida rasionunda uzun müddət askorbin turşusu çatışmazlığı hansı
xəstəliyin yaranmasına səbəb olur?
A) Pellaqra
B) Beri - beri
C) Ariboflavinoz
D) Sinqa
E) Hemeralopiya
Qida rasionunda uzun müddət askorbin turşusunun olmaması Sinqa xəstəliyini əmələ
gətirir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва.
1987 səh.51
382. Südəmər uşaq əmizdirildikdən sonra qusursa nə etməli?
A) Su verilir, qarına isitqac qoyulur
B) Üfüqi vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
C) Vertikal vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
D) İmalə edilir
E) Dərmanlar təyin edilir
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır.
Belə etdikdə, uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 səh 135
Dostları ilə paylaş: