489. Uşağı döşdən nə zaman ayırmaq məsləhətdir? A) Uşaq xəstələndikdə
B) İlin isti aylarında
C) Yoluxucu xəstəliklə kontaktda olduqda
D) İlin soyuq aylarında
E) Uşağın çəkisi artmadıqda
Uşağın düzgün inkişafı üçün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır. Bunun ücün ən əlverişli üsul ana südüdür. Ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir. Uşağı döşdən ilin soyuq vaxtı ayırmaq olar. Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75 490. Anada hipoqalaktiya olarsa ilk növbədə nə etməlidir? A) Qidasında zülalı artırmalı
B) Maye qəbul etməməli
C) Uşağı əmizdirmədən 20 dəq əvvəl maye qəbul etməli
D) Qidasında yağı azaltmalı
E) Vitaminlər qəbul etməli
Ana kefiyyətli qidqlandıqda onun südündə uşaq orqanizminə tələb olunan miqdarda vitaminlər olur.Anada süd az olduqda (hipoqalaktiya) isə uşaq ac qalır,çəkisi az artır.Bu zaman anada laktasiyanı artırmaq üçün ilk növbədə ana uşağı yedizdirmədən 20 dəqiqə əvvəl maye qəbul edir. Ədəbiyyat:N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 76 491. Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir? A) 32-34
B) 28-30
C) 38-42
D) 35-37
E) 38-39
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş ,
funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur. Ədəbiyyat:Л.А.Исаева.Л.А.Баженова Детские болезни. Москва 1986 стр 37 .
142
492. Uşaq neçə aylığında başını saxlaya bilir? A) 7-8
B) 3-4
C) 5-6
D) 1-2
E) 9-10
Fiziki və sinir-psixi normal sağlam inkişaf etmiş sağlam uşaq artıq 1-2 aylığında başını saxlamağa başlayır. 2 aylığında isə uşağı vertikal vəziyyətdə tutduqda başını yaxşı saxlayır. Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 26.