992.Süni aktiv immunitet necə əmələ gəlir? A) Yoluxucu xəstəlik keçirdikdən sonra
B) Tərkibində anticism olan zərdabların və qammaqlobulinlərin yeridilməsi
nəticəsində
C) Ana südü ilə immunoqlobulinlərin alınması nəticəsində
D) Vaksinlərin yeridilməsi nəticəsində
E) Zərdablar yeridilməsi nəticəsində
Vaksinlər vasitəsilə zəiflədilmiş və öldürülmüş mikroorqanizmlər yeritməklə süni aktiv immunitet yaradılır və bu immunitet davamlı olur. Ədəbiyyat: В.И.Покровский. К.М. Лова «Руководство по инфекционные болезням» 1986 993. Süni passiv immunitet necə əmələ gəlir? A) Anticism tərkibli qan zərdabı və qamma-qlobulinlərin yeridilməsi zamanı
B) Vaksinlər yeridilməsi zamanı
C) Nəsildən-nəsilə irsi yolla keçmə zamanı
D) Yoluxucu xəstəlik keçirdikdən sonra
E) Anadangəlmə
Anticism tərkibli qan zərdabı və qamma-qlobulinlərin yeritməklə davamsız süni passiv immunitet yaratmaq olar. Ədəbiyyat: И.Г.Булкин. В.И.Покровский «Инфекционные болезни с основами эпидемиологи» 1979 994.Residiv nədir? A) Törədicinin yenidən yoluxdurulması
B) Bir neçə əlamətin birlikdə təzahürü
C) Əlamətlərin geriyə qayıtması
D) Simptomsuz, subklinik formada cərəyan edən proses
E) Periodik olaraq kəskinləşən xəstəlik
Residiv latın dilindən tərcümədə - qayıdış deməkdir.Ona görə də əlamətlərin geriyə qayıtması residiv hesab edilir. Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 9-12 995. Dizenteriyada infeksiya mənbəyi aşağıdakılardan hansıdır? A) İri və xırda buynuzlu mal-qara
B) Xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlər
C) Vəhşi və ev quşları
D) Qansorucular
E) Bit,birə,gənə
Dizenteriya antroponoz xəstəlik olduğu üçün yalnız insanlar arasında yayılır və xəstəlik mənbəyi də yalnız xəstə insan, rekonvalessentlər, bakteriya gəzdirənlərdir. Ədəbiyyat: Ə.H.Vəliyev “İnfeksion xəstəliklər” 2009 səh 152