989. Beyninə qan sızan xəstə hansı vəziyyətdə daşınmalıdır? A) Başın vəziyyəti tez-tez dəyişdirilməli
B) Başa hündür vəziyyət verilməli
C) Ayaqları yuxarı qaldırılmalı
D) Başın vəziyyəti sabit saxlanmalı, xəstə təcili yardım nəqliyyatı ilə xəstəxanaya
çatdırılmalı
E) Gövdənin vəziyyəti tez-tez dəyişdirilməli
Beyinə qan sızmanın genişlənməsinin qarşısını almaq məqsədi ilə başın vəziyyəti dəyişməməli, sabit saxlanmalıdır. Xəstəni təcili yardım nəqliyyatı ilə xəstəxanaya çatdırmaq lazımdır. Ədəbiyyat:Z.Salayeva: “Sinir xəstəlikləri”. Bakı 1983. Səh 58. 990. Alkoqolla zəhərlənmə zamanı ilk təxirəsalınmaz yardım necə olmalıdır? A) Təmiz havaya çıxartmaq
B) Zond vasitəsilə mədənin yumaq, qarın işlədici duzlar vermək, sürətləndirilmiş
diurez
C) Sıxıcı paltarlardan azad etmək
D) Başına buz qoymaq
E) Ayaqlarına isitqac qoymaq
Alkoqoldan sui istifadə-zəhərlənmələrə səbəb ola bilər. Alkoqolla zəhərlənmə zamanı şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu zəhərlənmə zamanı təxirəsalınmaz yardım dərhal zond vasitəsilə mədənin yuymaq, qarın işlədici duzlar vermək, sürətləndirilmiş diurez tətbiq etmək lazımdır. Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Bakı 1990. Səh 567 Bölmə VII 991.Peyvəndlər hansı preparatlar ilə aparılır? A) Anatoksin,interferon, vaksin
B) Antibiotiklər,sulfanilamidlər,bakteriofaqlar
C) Vaksinlər,nitrofuran törəmələri
D) Vaksinlər,anatoksinlər
E) Vaksin,regidron,trisol
Peyvənd preparatlarına, vaksinlər,anatoksinlər aid olduğundan antibiotiklər, sulfanilamidlər,bakteriofaqlar bu məqsədlə istifadə olunmur. Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 33-35