Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə nə zaman aparılır?
Müayinə olunan gün səhər
Müayinədən əvvəlki axşam
Aparılmır
Axşam və səhər
Müayinədən 5 dəqiqə əvvəl
Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə aparılmasının heç bir əhəmiyyəti yoxdur. Təmizləyici imalə əsasən bağırsaq keçməməzliyi zamanı, qarın boşluğunda aparılacaq əməliyyatlardan əvvəl aparılır.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.203. “Təhsil “Bakı 1998.
Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir?
Səhər- sifon imaləsi
Axşam-təmizləyici imalə
Səhər və axşam təmizləyici imalə
Axşam-yüngül şam yeməyi, səhər-acqarına
Səhər və axşam sifon imaləsi
Mədə zondlanmasından bir gün əvvəl xəstə axşam saat 600-dan gec olmayaraq yüngül şam etməli, müayinə aparılan gün isə heç bir qida, maye, dərman qəbul etməməli və siqaret çəkməməlidir.
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 194. “ Təhsil” Bakı 1998.
Dostları ilə paylaş: |