Əzələdaxili inyeksiya zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır?
Qanaxma
Hava emboliyası
Tromboflebit
İnfiltrat
Yağ emboliyası
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə dərman qısa iynə ilə yeridildikdə dərmanın əzələyə çatmaması, dərialtına yeriməsi və burada da çətin sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
Əzələ daxili inyeksiya zamanı iynənin uzunluğu nə qədər olmalıdır (mm- lə)?
30
40
80
20
10
Əzələdaxili inyeksiya zamanı iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçərək əzələyə çatmalıdır, ona görə bu zaman uzunluğu 80 mm olan iynə götürülməlidir, əks halda inyeksiya ağırlaşması olan infiltrat, abses əmələ gələr.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 49.“Çıraq” 2008
Dostları ilə paylaş: |