Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb bacısı həmin nahiyəyə nə yeritməlidir?
2%-li novokain
5%-li qlükoza
3%-li-hidrogen peroksid
Fizioloji məhlul
10%-li natrium-xlorid
Vena daxilinə yeridiən 10 %-li kalsium- xlorid məhlulu səhvən dəri altına düşərsə, bu zaman tibb bacısı həmin hahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoymalıdır.
Ədəbiyyat: C.N Hacıyev, R.Y.Əliyev , “Xəstələrə qulluq”. Səh. 161. “ Təhsil” Bakı 1998
Təmizləyici imalənin aparılması üçün nə istifadə edilir?
Jane şprisindən
Armudabənzər balondan
Qazçıxarıcı borudan
Ucunda qıf olan zonddan
Esmarx parçından
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır: tutumu 1-2 litr olan Esmarx parçı, şüşə, plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |