Dəriiçi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir?
İynənin bütün uzunluğu
İynənin 2/3 hissəsi
Damarın yerləşməsindən asılıdır
İynənin ucu- kəsik hissəsi
İynənin 1/3 hissəsi
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.Əks halda iynə dəri altına düşür.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
Steril yağlı məhlulu bədənə yeritmək üçün neçə dərəcəyə qədər qızdırmaq lazımdır?
28
40
34
38
25
Steril yağlı məhlulu bədənə yeritmək üçün onu 38 0- dək, yəni bədən temperaturuna uyğıun qızdırmaq lazımdır, çünki isidilmiş məhlul yaxşı sorulur, infiltrat, abses əmələ gəlmə riski azalır.
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil “ Bakı 1998
Dostları ilə paylaş: |