Vərəm əleyhinə peyvəndi kim vurmalıdır?
Sahə tibb bacısı
Həkim
Xüsusi hazırlıq keçmiş tibb bacısı
Sahə həkimi
Prosedur tibb bacısı
Yenidoğulmuşlarda 3-5 ci gün vərəm əleyhinə BSJ vaksini vurulur. Peyvənd xüsusi otaqda xüsusi şprislə (1 qramlıq) ehtiyyatla, diqqətlə vurulmalıdır. Diqqətsizlik infeksiyanın yayılmasına səbəb ola bilər. Ona görə də BSJ vaksinini xüsusi hazırlıq keçmiş tibb bacısı vurmalıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı . 2007 səh38
Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
Duboviç
Sinverman
Apqar
Ortner
Neçeporenko
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə uşaqda 5 əlamət: ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüsün sayı, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla hesablanır .
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
Dostları ilə paylaş: |