Hirudoterapiya nədir?
Zəli ilə müalicə
Su ilə müalicə
İqlimlə müalicə
İşıqla müalicə
Qanburaxma
Latınca zəli “Hirudenia “ adlanır və zəlinin tüpürcəyinin tərkibində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.39 “Çıraq” 2008
Şəkərli diabeti olan xəstələrin dispanser müşahidəsi zamanı sadalananlardan hansı tibb bacısının vəzifəsidir?
15 gündə bir dəfə qan analizi verməyə çağırmaq
Xəstəni növbəti müayinəyə çağırmaq
15 gündə bir dəfə sidiyin analizini gətirtmək
Sadalananların hamısı
Xəstə özünə iynə vura bilmədikdə hər gün müəyyən saatlarda ona insulin vurmaq.
Şəkərli diabeti olan xəstələr endokrinoloqun və tibb bacısının dispanser müşahidəsi altında olurlar. Tibb bacısı xəstənin dispanser yoxlamasından keçirilməsində və müalicəsində fəal iştirak edir və yuxarıda sadalananların hamısı onun vəzifəsinə aiddir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.159 “Çıraq” 2008.
Dostları ilə paylaş: |