Südəmər yaşda qida çatışmazlığı nə ilə nəticələnir?
Nəbz vurğuları artır
Sidik ifrazı pozulur
Nəcis ifrazı pozulur
Çəki artımı azalır
Tənəffüs tezləşir
Südəmər yaşda uşaq orqanizminin fiziki cəhətdən normal böyüməsi (çəki,boy) düzgün və dəyərli qidalanmadan asılıdır.Ona görə də qida çatışmazlığı zamanı ilk növbədə çəki artımı azalır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 103
Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
Tibb bacısı təyin edir
Həkim təyin edir
Süd verən ana təyin edir
Uşaq təyin edir
Köməkçi təyin edir.
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
Dostları ilə paylaş: |