Yenidoğulmuşun burun boşluğu nə ilə təmizlənir?
Quru pambıq çöplə
Steril bitki yağında isladılmış pambıq çöplə
Suda isladılmış çöplə
Tənzif kürəciklərlə
Pambıq kürəciklərlə
Yenidoğulmuşlarda burun boşluğu kiçik və dar olur. Selikli qişası zərif olur. Burun tutulduqda, burunda selik olduqda tənəffüs tez pozulur. Yenidoğulmuşun burun boşluğu vaxtaşırı steril bitki yağında islanmış pambıq çöplə təmizlənməlidir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 42
Erkən yaşlı uşaqlarda xarici qulaq keçəcəyinin təmizlənməsində nədən istifadə edilir?
Suda isladılmış kürəciklər
Steril bitki yağında isladılmış pambıq çöplər
Pambıq kürəciklər
Tənzif kürəciklər
Quru pambıq çöplər
Qulaq həssas orqan olduğundan qulağı çox qıcıqlandırmaq olmaz. Xarici qulaq keçəcəyi quru pambıq çöplərlə təmizlənir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 33
Dostları ilə paylaş: |