Yenidoğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?
Konyuktiva
Burun keçəcəyi
Göbək yarası
Dəri
Ağız boşluğu
Yenidoğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasındır. Yenidoğulmuşda giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptikaya qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır və sepsis əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 126
Aşağıdakılardan hansı yenidoğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?
Qlükoza
Xolestrin
Bilirubin
Melanin
İnsulin
Yenidoğulmuşların hemolitik xəstəliyində qanda qeyri-düz bilirubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
Dostları ilə paylaş: |