Uşaqda birinci dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?
A) 5-10%
B) 10-15 %
C) 15-20%
D) 20-30%
E) 30-40 %
Hipotrofiya arıqlama deməkdir, səbəbi müxtəlifdir. –anada süd azlığı- hipoqalaktiya, keyfiyyətsiz bir tərəfli qidalanma, pis qulluq, xroniki xəstəliklər (vərəm dizenteriya və s.) 1 dərəcəli hipotrofiyada çəki itkisi 10-15% olur. Uşağın ümumi vəziyyəti qənaətbəxş olur. Dəri bir qədər avazıyır ,yuxu, iştaha pozğunluğu müşahidə olunur.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 28
Uşaqda II dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?
A) 10-15 %
B) 15-30 %
C) 15-20 %
D) 20-25 %
E) 25-30 %
dərəcəli hipotrofiyada çəki 15-30% azalır, belə uşaqda dəri və selikli qişalar avazıyır, uşağın sifəti, qarnında və ətraflarında piy qatı azalır. Uşaq passivləşir, yuxu və iştahası pozulur, immuniteti zəifləyir, belə uşaqlar tez-tez infeksion xəstəliklərlə xəstələnirlər.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84
Dostları ilə paylaş: |