Tetanus əleyhinə zərdabın durulaşdırılmış dəri içi sınağı üçün işlədilən nisbəti:
A) 1:1000
B) 1:500
C) 1:100
D) 1:50
E) 1:10
Tetanus əleyhinə zərdabın vurulma təlimatında göstərilmişdir: Tetanus əleyhinə zərdab 1/500 nisbətində Bezredko üsulu ilə 3 sınaqdan sonra əzələ daxilinə vurulur. Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 150).
Yarada olan spesifik qoxunu azaltmaq üçün hansı antiseptik məhlul işlədilir?
Gümüş nitrat
Kalium permanqanat
Yod
Spirt
Furasillin
0.1-0.05%-li kalium-permonqanat məhlulu ilə çürüntülü, irinli, yaraları yuyarkən yaxşı nəticə verir, yaranın qoxusunu aradan qaldırır.
Ədəbiyyat: Ümumi cərrahlıq.(səh 60) B.X.Abasov Bakı-1987
Dostları ilə paylaş: |