605 .Qanköçürmədən sonra tibb bacısı hansı göstəricilərə fikir verməlidir?
Nəbz və temperatura
Nəbz və arterial təzyiqə(A/T)
Nəbzə, A/T, diurezə və temperatura
Diurez və temperatura
A/T və temperatura
Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı, ilk 4 saatda A/T, nəbz, diurezə və tempratura ciddi nəzarət edilməlidir.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 352) N.P.Paleyev Bakı-1991
606. Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?
Dehidratasiya
Hidratasiya
Çapıqlaşma
Epitelizasiya
Regenerasiya
İnfeksiyalaşmış yaranın birinci fazası hidrotasiya, ikinci fazası isə dehidrotasiya adlanır. Hidrotasiya fazasında damarların genişlənməsi, qızartı, ödem, ağrı, damar keçiriciliyinin pozulması, toxumaların infiltrasiyası baş verir.
Ədəbiyyat:Ümumi cərrahlıq. B.X.Abasov Bakı-1987. (səh 317)
Dostları ilə paylaş: |