Eventerasiya nədir?
Bağırsağın burulması
Bağırsaq möhtəviyyatının yaradan xaric olması
Bağırsaqlarda qazın yığılması
Bağırsaq ilgəyinin və piyliyin əməliyyatdan sonra qarının ön divarından kənara çıxması
Qarın boşluğu orqanlarının iltihabı
Qarının üzərində sarğı birdən-birə seroz qanlı mayeyə bulaşarsa və onun altı şişmiş olarsa bu yara tikişlərinin açılmasını və bağırsaq ilgəyinin bayıra çıxmasını göstərir Bu cərrahlıqda eventerasiya adlanır.
Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır?
5%-li lizol məhlulunda 6 saat saxlamaq
3%-li xloramin məhlulunda saxlamaq
Yandırmaq
1%-li soda məhlulunda 1 gün saxlayıb,təkrar istifadə etmək
Zibil qabına atmaq
Sarğı materialı irinlə çirklənibsə o yandırırlır, infeksiyanın yayılmasının qarşısını almaq üçün ancaq bu üsul istifadə olunur.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99) M.M.Abakumov.Moskva-1985
Dostları ilə paylaş: |