Kəllə-beyin travmasının olmasını göstərən əsas simptom hansıdır?
Temperaturun yüksəlməsi
Xvostek simptomu
Retroqrad amneziya
Baş ağrıları
Hallüsinasiyalar
Kəllə-beyin travmaları arasında ən çox rast gəlinən beyin silkələnməsidir. O yüngül orta, ağır dərəcələrə bölünür. Bütün formalarda xəstənin huşu pozulur. Retroqrad amneziya yaranır. Xəstədə güclü baş ağrıları, qulaqlarında küy, qusma, yuxunun pozulması və s. müşahidə olunur.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh.228
Pnevmotoraks nədir?
Döş qəfəsinə qanın toplanması
Döş qəfəsinə irinin toplanması
Döş qəfəsinə havanın daxil olması
Döş qəfəsinə mayenin toplanması
Hamısı
Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır. Dəri altı küt travmalar zamanı qabırğaların yerini dəyişən qəlpəli sınıqları ağciyər parenximasını və plevranı zədələyir: bu zaman pnevmotoraks əmələ gəlir. Pnevmotoraks 3 formada:qapalı,açıq və qapaqlı (klapanlı) olur.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233
Dostları ilə paylaş: |