Yanığın ən geniş yayılmış növü hansıdır?
Yuxarıda sadalananların hamısı
Şüa
Kimyəvi
Elektrik yanıqları
Termiki
Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 293
Dəridə suluqların əmələ gəlməsi neçənci dərəcəli yanıq zamanı baş verir?
II
I
III A
III B
IV
II-dərəcəli yanıqlarda suluqlar əmələ gəlir, içərisində seroz maye olur. Dərinin epidermisi soyulur və arasına seroz maye yığılır. Bu epidermisin yanmasını göstərir. Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
Dostları ilə paylaş: |